Yaponiyanın baş naziri BMT Təhlükəsizlik Şurasını tənqid etdi: Dəyişiklik vaxtıdır
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyanın Baş naziri Siqeru İsiba Birləşmiş Millətlər Təşkilatının (BMT), xüsusilə də Təhlükəsizlik Şurasının (TŞ) öz funksiyalarını tam yerinə yetirmək qabiliyyətinə şübhə etdiyini bildirib və qurumun islahatı çağırışı ilə çıxış edib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, o bu fikirləri BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirəsində səsləndirib.
"Biz sual verməliyik: BMT həqiqətən də ondan gözlənilən vəzifələrin öhdəsindən gəlirmi? O, funksiyalarını tam şəkildə icra edirmi?" - deyə İsiba vurğulayıb.
Baş nazir xüsusilə TŞ-nin veto hüququ sistemini tənqid edib.
"İndi TŞ-nin islahatını həyata keçirmək üçün qətiyyət göstərmək vaxtıdır", - deyə o əlavə edib.
İsiba TŞ-nin daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını təklif edib. Bununla yanaşı, o qeyd edib ki, sadəcə üzvlərin sayının artırılması yetərli olmayacaq:
"Əminəm ki, TŞ-ni həm daha təmsilçi etmək, həm də səmərəliliyini azaltmadan saxlamaq mümkündür".
Baş nazir, həmçinin bildirib ki, əgər TŞ-yə yeni daimi üzvlər qəbul ediləcəksə, onlar ilk 15 il ərzində veto hüququndan istifadə etmək imkanına malik olmamalıdırlar.
Baxış sayı:38
Bu xəbər 24 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















