Icma.az
close
up
RU
Статья не опубликована
Yaqlandın yağlanması: O şərəfsizlik ordenini geri qaytar, Turbyörn! Etiraz məqaləsi

Yaqlandın yağlanması: O şərəfsizlik ordenini geri qaytar, Turbyörn! Etiraz məqaləsi

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Norveçə rəsmi səfəri çərçivəsində Avropa Şurasının keçmiş baş katibi və Norveçin keçmiş baş naziri Turbyörn Yaqlandla görüşüb. Nikol Paşinyanın naziri Yaqlandın sinəsinə Ermənistanın “Şərəf” ordenini taxıb.

Əvvəla, Ermənistanda belə bir adda orden olmasının özü absurddur.

Ermənistan özünü “dövlət” kimi təqdim edən faşist təşkilatıdır.

Azərbaycan torpaqlarını işğal etdiyinə, azərbaycanlıları milli və dini ayrıseçkilik zəminində qırdığına, didərgin saldığına, ölkəmizin maddi və mənəvi sərvətlərini taladığına görə cinayətlərini etiraf etməyib, rəsmən üzr istəməyib, təzminat ödəyəcəyini açıqlamayıb.

Belə bir cani və kvazi-dövlətin hansısa metal parçasını “Şərəf ordeni” adlandırması şərəfsizliyin başqa bir ifadəsidir.

Turbyörn Yaqlandın o şərəfsizlik simvolunu qəbul etməsi isə, həm Avropa, həm Norveç, həm də insanlıq adına ləkədir, utancdır, xəcalətdir.

Yaqland sıradan bir adam deyil, bütün dediklərimi bilən, təhlil etməyi bacaran, Allah qoymasa, təcrübəli siyasətçidir.

O çox yaxşı başa düşür ki, İkinci Qarabağ Savaşından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş olsa da, Ermənistanın faşist və revanşist zehniyyəti Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan vermir. Belə bir ortamda onun münaqişə tərəflərindən birinin- Ermənistanın “yüksək dövlət mükafatı”nı qəbul etməsi, neytrallıqdan çıxaraq ermənipərəst mövqe nümayiş etdirməsinin ən bariz göstəricisidir. Bu, təkcə günümüzün məsələsi deyil, Avropa Şurası kimi Azərbaycanla münasibətləri tükdən asılı qalmış bir beynəlxalq təşkilatın ilk dövrlərdən bəri ölkəmizə qərəzli yanaşdığını gözlər önünə sərən fakt, məlumun elanıdır.

Avropa Şurasının Baş katibi olmuş bir adama Ermənistan qarşısındakı xidmətlərinə görə orden verirsə, belə bir qurum Azərbaycanın önünə hansı üzlə, hansı həya ilə, hansı etimadla çıxa bilər?

Turbyörn Yaqland siyasi əxlaqdan, doplomatik abır-həyadan uzaq bir şəkildə ordeni sinəsinə taxarkən hansısa erməni keşişindən aldığı “Nansen pasportu”na diqqət çəkdi. Bununla da, o, dolayı yolla etiraf etdi ki, "orden" ona elə-belə verilmir- qarşılığında “Artsax ermənilərinin qayıdış hüququ”na gen-bol dəstək verəcək. Bu vurğunu həm də Yaqlandın Ermənistanla emosional bağlılığını nümayiş etdirmək cəhdi və Ermənistanı dəstəkləyən açıq mesaj kimi qiymətləndirə bilərik. Bütün hallarda “Nansen pasportu”nun tarixi kontekstdə təqdim edilməsi Ermənistanın və ermənilərin “zərər çəkmiş”, “məzlum” görkəmdə tanıdılmasına yönəlib.

Bəli, Yaqlandın sinəsinə taxılmış şərəfsizlik ordeni əsl beynəlxalq diplomatik skandaldır. İstisna etmirəm ki, Azərbaycan rəsmi və qeyri-rəsmi diplomatik kanalları bu yöndə ən sərt açıqlamalar verəcək, hətta Yaqlanddan ordeni geri qaytarmasını tələb edəcəklər. Mənim fikrim budur ki, Turbyörnün adı Azərbaycanın "qara siyahı"sına salınmalı, ayağı bir daha ölkəmizə dəyməməlidir. Sən uzun illər Azərbaycanla danışıqlarda iştirak et, özünü tülkülüyə vurub ağıl öyrət, yol göstər, sülhə çağır, əleyhimizə qətnamələr çıxart, bəyanatlar səsləndir, sonra da get Ermənistandan faşizmə xidmətlərinə görə orden al?!.

Zənnimcə, Norveç hökuməti də bu məsələyə konkret mövqe bildirməlidir. Norveç tərəfsiz diplomatiya prinsiplərinə sadiqdirsə, bu hadisəyə rəsmi reaksiya verməlidir. Əgər Norveç Yaqlandın addımını müdafiə edirsə və edəcəksə, bu, Azərbaycan üçün Norveçin artıq tərəfsiz bir dövlət olmadığı anlamına gəlməli, addımlarımızı bu gerçəkliyə uyğun olaraq atmalıyıq. Odur ki, Azərbaycanın diplomatiyası Norveçi bu məsələyə münasibət bildirməyə çağırmalı və Yaqlandın ordendən imtina etməməsinin ikitərəfli münasibətlərə xələl gətirəcəyini nəzərə çatdırmalıdır.

Yaqland Mirzoyanın əlindən şərəfsizlik ordenini qəbul edərkən bir “sensassion” bəyanat da verdi.

Diqqətinizi bu nüansa çəkmək istəyirəm.

O, Ermənistanın parlament üsul-idarəsinə keçidinə “böyük töhfə verdiyini” iddia etdi. Bir respublikanın prezident, yoxsa parlament tipli olması onun daxili işidir, kimsənin qarışacağı, yardım edəcəyi məsələ deyil. Yaqlandın bəyanatı Avropa Şurasının və Norveçin Ermənistanın daxili işlərinə qarışmasının etirafıdır. Bu, beynəlxalq hüquqa zidd davranışdır və Yaqlandın Ermənistanda siyasi qarşıdurmalarda da tərəflərdən birini dəstəklədiyini nümayiş etdirir.

Bütün bunlar sonda o qənaət yaradır ki, Nikol Paşinyana Şuşada “Yallı” getmək məsləhətini də elə Yaqland kimi ermənilərin yağladıqları veribmiş…

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 10 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri