Icma.az
close
up
RU
Yaratdığı dünyaya köçən yazıçı

Yaratdığı dünyaya köçən yazıçı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” romanı haqqında

Əvvəli ötən sayımızda...

İllarion qalxıb otağa girdi, əlində bağlama qayıtdı:

- Burada bir az quru balıq var, mçadi və “İzabella” ilə yaxşı tutur. Sənin üçün gətirmişəm.

- Bilirdim gətirəcəksən.

İliko bağlamanı alıb ayağa durdu, tələsmədən darvazaya sarı getdi.

- Dayan, səni ötürüm.

- Ötür...

Onlar həyətdən çıxıb yavaş-yavaş addımladılar. Mən uzun zaman onların ardınca baxdım. Onlar qaranlıqda yox oluncaya qədər baxdım...”

***

Zurikonun Tsira adlı göygöz, solğunbəniz, ucaboy, göyçək bir qrup yoldaşı var. Bir kursda oxuduğu tələbələr hərdən Zurikelanın başına yığışıb, Marta xalanın danlaqları, töhmətləri altında imtahana hazırlaşırlar. Otar, Nestor, Şoto tələbə şəhərciyində, Tsira isə Maçabeli küçəsində yaşayır. Onu hər dəfə evə Zurikela ötürür. Kurs oğlanlarının, demək olar, hamısı Tsiraya vurulub, qız isə heç kimi sevmir, hara getsə, ancaq Zurikoyla gedib-gəlir. Onlar bağçada saatlarla oturub ordan-burdan danışır, arabir də susurlar. Susanda əsl sevgililərə bənzəyirlər - hər halda qrup yoldaşları belə deyirlər.

Zaman keçdikcə deyilənlər doğrulmağa başlayır, Tsira Zurikelaya aşiq olur, Zuriko da bir növ borclu qalmamaq üçün qıza meyil göstərir. Bu meyil sevgiyə çevrilmək ərəfəsində olanda onda qorxu yaranır: bəs Meri?

Tələbə yoldaşlarıyla kilsəyə ekskursiyaya gedəndə Zuriko sərxoş olub Tsiranı qəflətdən oyadır:

“- Sən məni sevmirsən, Tsira... Mən indi sərxoşam, sərxoş olanda isə həmişə doğru danışıram. Sən... Mən... Sən gözəl qızsan. İstəmirəm məni sevəsən... Çünki sənin sevginə layiq deyiləm.

- Sus, Zuriko!

- Mən əclafam! Ağlıma da gəlməzdi ki, sən məni sevə bilərsən. Heç bilmirsən mən necə pis adamam. Sənsə yaxşısan... Mənim...

- Lazım deyil, Zuriko, sus!

- Yox, sən bilməlisən... Mənim... mənim məhəbbətim var. Orada - kənddə... Onu mən bu dünyada hamıdan çox istəyirəm... O mənə həyatımdan da artıqdır. Sən ondan yaxşısan, min dəfə yaxşısan... Ancaq mən onu sevirəm. O mənim günəşimdir, mənim gözümün nurudur. Onun adı Meridir... Bunu sən bilməlisən...

Həyəcandan boğulurdum. Boğazım tutulmuşdu, danışmağa qoymurdu. Artıq bir kəlmə deməyə taqətim olmadığından başımı aşağı salıb susdum.

Tsira tərpənmirdi, daş heykəl kimi durmuşdu. Onun geniş açılmış mavi gözlərində nə göz yaşı, nə məzəmmət, yalnızca heyrət vardı. Birdən o sanki ayıldı, silkinib mənə yanaşdı, var gücüylə üzümə bir şillə vurdu. Mən yerimdən qımıldanmadım. Onda o, üzünü əlləriylə örtdü, başını sinəmə söykəyib zar-zar ağladı...”

Əlbəttə, yuxuya qalıb sonra da ömür boyu taleyin qapazı altında yaşamaqdansa, səmimiyyət şilləsinin zərbindən bəri başdan ayılıb kursu doğru götürmək məsləhətdir. Tsira nə qədər gözəl, ağıllı qız olsa da, kəndçi balasının arzularına, ideallarına uyğun gəlin deyil, o arzulara gedən yolda bu qız ona yoldaşlıq eləyə bilməz. Onunla evlənərsə, Zuriko şəhərdə məskunlaşmalıdır, elmi ad, karyera, vəzifə dalınca qaçıb məmur, yaxud professor həyatı yaşamalıdır. Bir sözlə, gerçək mahiyyətindən üz döndərib, qəlbini arvadının dilədiyi məzmunla doldurmalıdır. Amma kənddə onun dünyası qalıb, o dünya onsuz dağılıb tarmar olar. Zurikela o dünyanı Tsiranın mavi gözlərinə qurban verə bilməz; verərsə, heç vaxt özünə yeni ömür sarayı qura bilməyəcək, çünki o sarayın kərpicləri qızıldan olsa belə bünövrəsi olmayacaq.

***

Bu biri yandan qızın qəlbini qırmaq da doğru deyil. Odur ki, Zurikela Tsiranı ucaldıb özünü yerə vurmaqla ondan qopmağa çalışır, qızı şərəfinə, namusuna, qüruruna xal salmadan özündən ayırır, onu qəflətdən ayıldıb sonrakı peşmanlıqdan duyuq salır, bu yolla vicdanını suya çəkib arzularının, ideallarının ardınca gedir: “Doğma kəndimizə, məni parlaq ulduz kimi səbirsizliklə gözləyən nənəmin, İlikonun, İllarionun, Merinin yanına qayıdacağam. Evimizə qayıdacağam, evin qabağında üzümlük salacağam, üç ildən sonra bağımın ilk məhsulunu yığacağam. Mən kənddə yaşayıb işləyəcəyəm, mənim öz evim olacaq, həyətim də, Muradam da olacaq. Mənim Merim və on iki uşağım olacaq, on bir oğlum, bir də gözəl, alagöz qızım. Tez-tez şəhərə gedib arvadıma, uşaqlarıma bəxşişlər, kitablar gətirəcəyəm. Nənəmə də bəxşiş gətirəcəyəm, elə bəxşişlər ki, sevincindən ağlayacaq...

İlikoyla İllariona da bəxşişlər gətirəcəyəm, elə bəxşişlər ki, məni ələ salmağa cürət eləməsinlər. Marta xalanın yanına gedəcəyəm, nənəmdən ona pay aparacağam, Marta xala da sevincindən ağlayacaq...

Sonra isə onların hamısını öz evimə köçürəcəyəm - İlikonu, İllarionu, Marta xalanı. Biz bir yerdə yaşayacağıq. Mənim çoxlu uşağım, nəvə-nəticəm olacaq. Biz çox olacağıq, lap çox, bütöv bir kənd. Sonra biz daha da artıb çoxalacağıq, bütün dünyada olacağıq. Biz heç vaxt ölməyəcəyik, daim yaşayacağıq”.

Gözəl, hətta müqəddəs arzulardır, ancaq zaman bizim arzularımızın öhdəsindən gələ biləcəyimiz vaxtı gözləmir. Zaman arzular qənimi, ömürlərə balta çalan cəlladdır. Zaman ən gözəl duyğuların qatilidir.

Zurikela təhsilini bitirib doğma kəndə qayıdanda nənəsi can üstə olur. Səksən yaşa çatmış qarı nəvəsinin diplomunu alıb oxşayır, əzizləyir, içində yazılanları İllariona oxudur. Sonra vəsiyyətini eləyir, İlikonu, İllarionu Zurikoya amanatlayır: “Bu adamları itirmə, bala, onlar səninlə nəfəs alırlar. Onları həmişə çox istə, sözlərindən çıxma”.

Nəvəsiylə ikilikdə qalanda nənə onu öpüb bağrına basır, ona xeyir-dua verir, onu Allaha, peyğəmbərə, bütün müqəddəslərə tapşırır: “Nənəm çaxırdan bir qurtum içib stəkanı mənə qaytardı. Sonra sakitcə dedi:

- İşığı söndür, çıx...

Dediyinə əməl elədim. Bir neçə dəqiqə sonra yenə nənəmin yanına qayıdanda o artıq keçinmişdi.

Mən əyilib onun əziz, doğma üzünə uzun-uzadı baxdım. Kimsə içəri girib arxamda durdu. Kiminsə hənirini duyur və hiss edirdim ki, bu hənirti həmişə, ömrüm boyu mənim üstümdə olacaq. Geri dönmürdüm, amma bilirdim ki, o, Meridir, mənim qaranlıq otağa nur saçan Merim. Sonra qanrılıb arxaya baxdım. Baxdım ki, o nuru gözlərim görsün, onun aydınlığında İlikomu, İllarionumu, nənəmi görüm...”

Roman bu cümlələrlə başa çatır.

***

Nodar Dumbadze fani dünyada cəmi əlli altı il ömür yaşadı. Dördüncü infarktından sonra əcəl onu apardı. Xalq adını göylərə ucaldan sənətkarın borcundan çıxmaq üçün 1984-cü ilin günəşli bir sentyabr günündə nəhəng bir ordu kimi Tiflisin küçələrinə axışdı. Şahidlərin dediyinə, həm də lentlərin şahidliyinə görə, o gün yazıçını son mənzilə on minlərlə insan yola salıb.

Dumbadze ömrü boyu personajlarının arasında, onlarla nəfəs-nəfəsə, ürək-ürəyə yaşamış xoşbəxt yazıçılardan idi. Yuxuda da, ayıqlıqda da daim onlarla danışar, məsləhətləşər, ölməz ruh bağışladığı qəhrəmanlarının istisinə qızınardı. İnanıram ki, onun o dünyasının sakinləri də elə yaratdığı personajlardır, Nodar Dumbadze bu dünyadan öz əlləriylə yaratdığı həmin o dünyaya köçüb.

Hələ ayağı yerdəykən ölümün qapısı ağzında ikinci dəfə növbəyə duranda fürsətdən yararlanıb öz dünyasına baş çəkmiş, orada gördüyünü sonradan “Kukaraça” povestinin finalında qələmə almışdı: “1979-cu ilin oktyabr ayının 12-də, gecə saat on ikidə, ikinci infarktıma yarımca saat qalmış Kukaraça yuxuma girdi. Qəribədir: yuxumda Kukaraça o vaxtkı kimi iyirmi bir-iyirmi iki yaşındaydı, mənimsə yaşım artıq əllini adlamışdı. Ancaq o yenə əvvəlkitək mənə öyüd-nəsihət verir, yol göstərirdi...”

F.Uğurlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri