Yarımfabrikatlar depressiya və narahatlığı artıra bilər
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Endokrinoloq Zuxra Pavlova qidalanmanın insanın əhval-ruhiyyəsinə təsir göstərə biləcəyini bildirib. O, Telegram kanalında qida rasionu ilə emosional vəziyyət arasındakı əlaqəni izah edib.
Həkimin sözlərinə görə, aparılan bir eksperimentdə depressiya və metabolik pozuntuları olan insanlardan yarımfabrikatların istehlakını 85 faiz azaltmaq istənilib. İştirakçılar dərmanların dozasını, fiziki aktivlik səviyyəsini və yuxu rejimini dəyişməyiblər.
Eksperimentin nəticələrinə əsasən, iştirakçılarda depressiya və narahatlıq səviyyəsinin orta göstəriciləri əhəmiyyətli dərəcədə azalıb. Pavlova qeyd edib ki, bu təsir qidanın bağırsağa və sinir sisteminə təsiri ilə əlaqəli ola bilər.
“Daha az narahat olmaq və özünüzü daha yaxşı hiss etmək istəyirsiniz? Ola bilsin ki, qida rasionunuzu yenidən nəzərdən keçirməyin vaxtıdır”, – deyə Pavlova vurğulayıb.
Sunay Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Oktyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















