Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Yarpaqlar altındakı yalan Dolmanın erməniləşdirilməsi

Yarpaqlar altındakı yalan Dolmanın erməniləşdirilməsi

Icma.az bildirir, 525.az portalına istinadən.

Qafqaz coğrafiyası qədim və zəngin mədəni irsi ilə tanınır. Bu coğrafiyada yerləşən xalqların bir-biri ilə yaxın təmasda olması, müəyyən ortaq mədəni nümunələrin yaranmasına gətirib çıxarıb. Lakin bu təmasdan sui-istifadə edərək, bir xalqın digərinə məxsus olan mədəniyyət nümunələrini özadına çıxması plagiatlıq, əqli mülkiyyət oğurluğudur. Təəssüfki, bu hal ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi məqsədli siyasətin birparçasına çevrilib.

Tarixdən də məlumdur ki, Qafqaza başqa bölgələrdən gəlmə xalq olan haylar - ermənilər uzun illər öncə Azərbaycan torpaqlarında məskunlaşdırılıblar. Azərbaycan torpaqlarında yerləşəndən sonra yerli mətbəx nümunələrini mənimsəyən haylar tədricən onları öz milli dəyərləri kimi təqdim etməyə çalışıblar.

Ermənilər-haylar uzun illərdir iddia edirlər ki, dolma bir yemək növü kimi oların mətbəxində yaranıb, daha sonra türk və Azərbaycan mətbəxinə keçib. Erməni mənbələri bu yeməyi “tolma” adlandırırlar.
Bu gün də erməni mətbəxi ilə bağlı təqdimatlarda, xüsusilə xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda dolma “erməni yeməyi” kimi tanıdılır. Tanınmış erməni xadimləri müxtəlif kitablarda, internet resurslarında, televerilişlərdə, Yutub platformasındakı videoroliklərdə dolmanı “erməni xalqının qədim yeməyi” kimi təqdim edirlər. Bu mənimsəmə cəhdlərində erməni diasporu da xüsusi fəallıq göstərir.
Ermənistanda vaxtaşırı “tolma festivalı” da keçirilir. Bu festivallarda aşpazlar qarşısına qoyulan əsas tapşırıqlardan biri dünyanın  ən uzun dolmasını bişirib,beynəlxaql alımdə səs-küy yaratmaq, diqqət çəkməkdir. Bu il də belə bir tədbir planlaşdırılıb. Budəfəki 11-ci “tolma festivalı”ndaermənilər 150 metr uzunluğunda yarpaq dolması bişirməklə “Ginnesin Rekordlar Kitabı”na düşməyi hədəfləyiblər.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov deyir ki, ermənilər Qafqaza yerləşəndən sonra - 1872-ci ildən başlayaraq türk-Azərbaycan mətbəx nümunələrini müxtəlif kitablarda toplayıblar. Həmin kitablara salınan yeməkləri  “qədim erməni mətbəxinin əsası” kimi qələmə verirlər.
“Biz onlardan nəsə öyrənməmişik, onlar bizdən öyrənib, özününküləşdiriblər. Ermənilər bu mühitə uyğunlaşmaq üçün Azərbaycan mətbəxini mənimsəmək məcburiyyətində idilər. Yoxsa bu cür coğrafiyada onların bişirdiyi yeməklərlə yaşamaq olmazdı, dəyişməliydilər, yoxsa hamısı ölərdilər”.

T.Əmiraslanovun sözlərinə görə, ermənilər 200-dən çox yeməyimizi hələ 1960-cı ildə özəlləşdiriblər.
“1959-cu ildə Ermənistan SSR Nazirlər Kabinetinin qərarı var. Həmin qərarda 200-dən çox xörəyimizin adının ermənicə olduğunu təsbitləyiblər”.
Tahir Əmiraslanov deyir ki, Azərbaycan milli mətbəxinə aid 5000 çeşid yemək var ki, onlardan da biri dolmadır. Onun sözlərinə görə, tarixi mənbələr və etnoqrafik araşdırmalar göstərir ki, dolma Azərbaycanın qədim yeməkləri sırasına daxildir. Hələ qədim türk tayfalarının qida mədəniyyətində ətdən və bitki mənşəli məhsullardan ibarət bükmələr – dolma tipli yeməklər mühüm yer tutub. Azərbaycanın coğrafi mövqeyi, iqlimi və kənd təsərrüfatı məhsulları bu yeməyin yayılmasını və müxtəlifləşməsini təmin edib.
Tahir Əmiraslanov onu da qeyd edib ki, Azərbaycan mətbəxində dolmanın400-dən çox növü var: “10 dolmamız patent olunub dünyada tanınır”.   
O, “Azərbaycan mətbəxində dolmalar” adlı kitab da yazıb.


Dolma Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Ət, düyü, göyərti və müxtəlif tərəvəzlərin vəhdətindən hazırlanan bu yemək, bölgələrə görə müxtəlif formalarda təqdim olunur: yarpaq dolması, badımcan, bibər, pomidor dolması və s. Azərbaycanın bütün bölgələrində dolmanın hazırlanma üsulu və ləzzəti fərqlənsə də, ortaq bir mədəni ruh daşıyır. Məhz bu fərqliliklər və zənginliklər dolmanı Azərbaycan xalqına məxsus mətbəx incisi kimi tanıdır.
Dolma üzüm, əvəlik, vələs və heyva ağaclarının təzə və ya konservləşdirilmiş yarpaqlarıa bükülən, alma, bibər, pomidor, badımcan, heyva, qabaq, balqabaq, xiyar, göbələk kimi meyvə və tərəvəzlərin, bütöv quzu, qoyun, toyuq və balığın içərisinə qoyularaq bişirilən, içlikdən ibarət xörək növüdür. Azərbaycan xalqının qədim milli xörəklərindən biri olan dolma toy mərasimlərində, bayram şənliklərində plov, kabab kimi milli mətbəx nümunələri ilə yanaşı, etnik kulinariyanın simvollarından birinə çevrilmiş, qonşu region xalqlarının da süfrəsinə daxil olmuşdur.
Moskvada yaşayan məşhur azərbaycanlı aşpaz, teleaparıcı, kulinariya üzrə bir çox kitabların müəllifi olan Stalik Xankişiyev də erməniləri “dolma iddiası”ndan əl çəkməyə çağırıb. O, özünün internet bloqunda və Facebook səhifəsində dolmaya aid rus dilində yerləşdirdiyi yazıları ilə erməniləri təkzibolunmaz faktlar qarşısında qoyub.S.Xankişiyevdolma sözünün bütün türk dillərinə daxil olduğunu sübuta yetirən nüfuzlu mənbələrə çoxsaylı istinadlar edərək, bu xörəklə bağlı sağa-sola yalanlar danışanermənistanlı aşpaz Sedrak Mamulyanı diskusiyaya çağırıb. Lakin erməni aşpaz müzakirələrdən yayınıb.
Stalik Xankişiyevin sözlərinə görə, xörəyin türk mənşəli adı (dolma, doldurmaq) onun hazırlanma texnologiyasını göstərməkdədir. Yəni, adından da göründüyü kimi, bu xörəyin ermənilərlə əlaqəsi yoxdur.Ermənilər yalan danışarkən bunu unutmamaldırlar!
Bəzi regionlarda dolmaya “sarma” da deyirlər. Azərbaycanda dolma həm da mövsümi xörək növü hesab edilir. Fəsildən asılı olaraq onu müxtəlif bitki yarpaqlarından və tərəvəz növlərindən hazırlayırlar. Üzüm yarpağından isə il boyu dolma hazırlamaq mümkündür. Bu məqsədlə yaz-yay aylarında təzə yarpaq tədarük edilir və duza qoyulur. Dolma içliyindən asılı olaraq vegetarian (yalançı dolma), ətli və qarışıq növlərə bölünür. Vegetarian dolmanın içliyi adətən, düyü, paxlalı bitkilər, göyərti və ədviyyatdan ibarət olur. Ətli dolmaların içliyi həm qızardılmış, həm da çiy farşdan hazırlanır. Qarışıq dolmalarda isə içliyin tərkibinə ətlə yanaşı, paxlalı bitkilər, göyərti və s. əlavə edilir.
Dolma həm də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün xalqları birləşdirən ortaq kulinariya elementinə - qeyri-maddi mədəni irs nümunəsinə çevrilib.
Ermənilər kulinariyanın bu əsassız mübahisəsini UNESCO-ya qədər aparıblar. Ermənistan bir neçə dəfə beynəlxalq təşkilata müraciət edərək, dolmanı “qədim erməni yeməyi” kimi qeydiyyata aldırmağa cəhd göstərib.
Moskvada yaşayan məşhur azərbaycanlı aşpaz, teleaparıcı, kulinariya üzrə bir çox kitabların müəllifi olan Stalik Xankişiyev də erməniləri “dolma iddiası”ndan əl çəkməyə çağırıb. O, internetdə dolmaya aid rus dilində yerləşdirdiyi yazıları ilə erməniləri təkzibolunmaz faktlar qarşısında qoyub.
Nəhayət 2017-ci ilin 6 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan tərəfinin təqdim etdiyi “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” adlı nominasiya UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bu, beynəlxalq səviyyədə dolmanın Azərbaycana məxsusluğunun təsdiqi idi.
Bu qərarla razılaşmayan ermənilər dolmaya olan iddialarını sürdürməyə, saxta arqumentlər gətirməyə davam edirlər. Onlar bununla dolmanın azərbaycanlılara məxsus xörək növü olduğunu həzm edə bilmədiklərini göstərirlər. Amma təkcə dolmaya deyil, kabab, lavaş, piti, bozbaşı da "erməni yeməkləri" kimi tanıtmaq cəhdindən əl çəkmirlər...

A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see493

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see320

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see281

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see145

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri