Icma.az
close
up
RU
Yas məclisləri ehsan olmaqdan çıxıb, biznesə çevrilib Deputat MƏRASİM EVLƏRİNDƏN danışdı

Yas məclisləri ehsan olmaqdan çıxıb, biznesə çevrilib Deputat MƏRASİM EVLƏRİNDƏN danışdı

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq bir çox rayonlarda dəbdəbəli ehsan süfrələri yığışdırılıb, yas məclisləri sadə süfrə ilə - çay, xurma, halva ilə verilir. Sosial şəbəkələrdə yazılanlardan çıxış etsək, geniş ictimaiyyət bu qərarların verilməsindən razıdır. Çünki yaxını , doğması dünyadan köçən şəxs kədərini yaşamaq əvəzinə gedib yüzlərlə insana çatacaq qədər ət, yağ, düyü almaq qayğısına düşməyəcək. 

Ancaq bu qaydalar rayonları əhatə etsə də, nədənsə paytaxt Bakıdan yan keçir. Hər bir yenilik ilk Bakıdan başladığı halda, bu yeganə məsələdir ki, rayonlarda baş tutsa da, Bakı üçün gündəmdə deyil. Bəs buna səbəb mərasim evləri sahiblərinin müqavimətidirmi, yoxsa ictimai rəy imkan vermir? Müvafiq tövsiyyələr Bakıda niyə keçərli deyil? Mərasim evlərin sadə çay süfrəsi sifariş vermək niyə mümkün deyil?

Mövzu ilə bağlı Sitat.info-ya danışan deputat Razi Nurullayev bildirdi ki, bu məsələ hüquqi baxımdan tənzimləmə olmadığından ölkə üzrə birmənalı qərar qəbul etmək mümkün deyil: "Yas məclislərində yemək verilməsi bir çox regionlarda yığışdırılıb. Ancaq hələ də yığışdırılmayan bölgələr də var. Məsələn, Cənub bölgəsində hələ də yığışdırılmayıb, bəzi rayonlarda yarı kəndlərdə hələ də yemək verilir, yarısı imtina edib. Bakı şəhərində isə ümumiyyətlə yemək verilir, dəbdəbəli süfrələr açılır. Zaman-zaman bu barədə fikrimi bildirmişəm. Bu sahədə qanun qəbul olunmadığından insanlara birbaşa qadağa da qoymaq olmur.

Yas məclislərində yemək verilməməsi tövsiyyə xarakteri daşıyır və rayonlarda da əhalinin razılığı ilə qərar qəbul edilir. Əgər bununla bağlı qanun qəbul edilərsə, qanun çərçivəsində hər kəsə tətbiq edilə bilər. Bu zaman mərasim evində də yas sahibi sadə bir çay süfrəsi seçə bilər. Bu zaman da mərasim evləri həmin məclisdən imtina edə bilər. Çünki başqa müraciət edənlər də var, yemək süfrəsi sahibkar üçün daha sərfəlidir, nəinki çay süfrəsi. Sahibkar deyə bilər ki, daha çox yemək olan süfrə mənim üçün daha sərfəlidir. Artıq yas məclisləri ehsan olmaqdan çıxıb və biznesə çevrilib. İstər Bakıda, istər rayonlarda mərasim evləri var, çadırlar qurulur, kollektivlər hazırlanıb. Bu artıq bir biznes sahəsidir. Mən bunun bütünlüklə əleyhinə də deyiləm. Çünki yas sahibinin də işi asanlaşır, xərci çəksə də, bütün işlər - çadırın qurulması, süfrədə qulluq və sair kollektiv tərəfindən icra edilir. İstənilən halda ağır bir yükdür. Əgər qanunla tənzimlənərsə, ölkə üzrə birmənalı şəkildə tətbiq etmək olar. Ancaq hazırda tövsiyə xarakteri daşıyır və insanları məcbur etməyin də tərəfdarı deyiləm".

R.Nurullayev bildirib ki, televiziyada, mətbuatda ciddi şəkildə maarifləndirmə aparılmalıdır: "Dini Komitə, QMİ, hər rayonun axundu, kəndin din xadimi bu məsələdə öncü rol oynamalıdır. Dövlət səviyyəsində maarifləndirmə işi təşkil olunmalıdır. İzah etmək lazımdır ki, yasda yemək vermək hələ o insanın cənnətə düşməsi demək deyil. Bəzi insanlar ehsan süfrələrinin yığışdırılmasından narazıdırlar, hesab edirlər ki, onu kimsə atasına və ya anasına ehsan verməkdən məhrum edir. Çünki o insan inanır ki, bu ehsanla mərhumun ruhunu şad edir. Başqa işlərlə də ölən şəxsin ruhunu şad etmək olar. İnsanların yeməyinə çəkilən xərcə bir yol çəkmək, məktəb təmir etdirmək olar. 5-10 yetimi sevindirmək olar, bir körpü salmaq olar. Bu yol qaldıqca, körpü qaldıqca insanlar rəhmət oxuyacaqlar. Rəhmət qazanmağın belə yolları da var. Bütün bunlar qanunvericilik çərçivəsində həll olunarsa, daha yaxşı olar".

Tehran,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri