Icma.az
close
up
RU
Yasamalda sakinlərin olduğu evi uçuran şirkət bağlana bilər VƏKİLDƏN AÇIQLAMA

Yasamalda sakinlərin olduğu evi uçuran şirkət bağlana bilər VƏKİLDƏN AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Yasamal rayonu Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar vəkil Vamiq Şükürov öz sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirir ki, içərisində sakinlər olduğu halda yaşayış sahəsinin sökülməsi çox ciddi hüquq pozuntusudur və haqlı olaraq cəmiyyətdə böyük bir rezonans doğurdu. "Sosial şəbəkələrdən görünür ki, evi sökülən şəxslər və izləyicilər çox naharat olub. Cəmiyyətin açıq şəkildə narahat olması başa düşüləndir. Yaşayış sahəsinin sakinlərin etirazına baxmadan sökülməsi hər birimizə qarşı hədədir və bu qorxunu hər kəs yaşayır.

Sakinlərin evdə yaşadığı, evdən çıxarılmadığı və yaxud ev boşaldılamdığı halda söküntü işinin aparılması Cinayət Məcəlləsində nəzərdə tutulan bir neçə maddə üzrə cinayət işinin başlanılmasına üçün əsas ola bilər.

Tikinti şirkətinin tələbi ilə evin sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdursa, bu əməl Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi hesab edilə bilər".

Vəkil qeyd edir ki, bu halda məsul şəxslər Cinayət Məcəlləsinin 186-cı maddəsilə (əmlakı qəsdən məhv etmə və ya zədələmə),

186.1-ci maddəsilə (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə),

186.2.1-ci maddəsilə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə),

186.2.2-ci maddəsilə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda)

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Eyni zamanda tikinti şirkətinin tələbi ilə evin sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa belə təhlükəsizlik qaydalarının pozulması ilə söküntü işləri aparmaq qanunsuzdur. Buna görə Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cinayət işi açıla bilər.

222.1-ci maddədə qeyd olunub ki, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -

bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

222.2-ci maddədə isə qeyd olunub ki, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda -

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər istintaq zamanı qanunsuz söküntü işlərinin aparılmasına şirkət rəhbərliyi tərəfindən göstəriş verilməsi aşkar edilərsə, bu zaman Cinayət Məcəlləsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi barədə cinayət işi açılmalıdır.

Məcəllənin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq şirkət rəhbərliyinin qəsdən belə bir əmr vermədiyini, lakin laqeydlik nəticəsində ictimai təhlükəli söküntü işlərinin aparılmasını müəyyən edərsə, bu zaman Cinayət Məcəlləsinin

314.1-ci maddəsilə (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması) səhlənkarlıq əməlinə görə cinayət işi açılmalıdır.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunda nəzərdə tutulmuş əsaslar müəyyən edilərsə, tikinti şirkətinin fəaliyyəti dayandırıla bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Mart 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri