Icma.az
close
up
RU
Yaşamaq üçün stimul qalmayıb Fərhad Mehdiyevdən ürəkdağlayan paylaşım

Yaşamaq üçün stimul qalmayıb Fərhad Mehdiyevdən ürəkdağlayan paylaşım

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış hüquqşünas Fərhad Mehdiyev bir müddət öncə motosikel qəzasında həyatını itirmiş qızı Zəhra ilə bağlı ürəkdağlayan paylaşım edib.
Modern.az xəbər verir ki, hüquqşünas əslində bununla övladlarını itirmiş bütün valideynlərin yaşadığı hissi ifadə edib.
F. Mehdiyev yazıb ki, övladını itirmiş hər bir valideyn əzab və həstət hissi ilə bərabər həm də ağır və həlli çətin bir sualla qarşılaşır - bundan sonra həyatına hansı məqsədlə və necə davam edəcəyi haqqında.
Çünki itkinin ağırlığı əvvəldən olan digər bütün məqsədləri, əyləncələri, nailiyyətləri ləğv edir. Böyük bir zəhmət, əmək hədər olur. Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır.
Digər tərəfdən itkini qəbul etmək, onunla barışmaq da olmur. Övladın olmadığını qəbul edə bilmirsən və inkar etməkdə dirənirsən; varoluşla bağlı suallar soruşursan. Gündə bir neçə dəfə kafir olub, talehi inkar edirsən, sonra Allahdan cavab gözləyirsən.
Həyat xoşbəxt olmaq üçün yaşanır. Belə hallarda isə xoşbəxt olmaq üçün deyil, məcbur olduğun üçün yaşamalı olursan. Doymadığın övladına verə bilmədiyin sevgi bu səfər səni içəridən bir nizə kimi deşib keçdiyini hiss edə bilirsən.
Sonra anlayırsan ki, artıq övladın özünü ifadə edə bilmir, "mən varam" deyə bilmir, özü addımlaya bilmir və o bəbəş olduğu vaxtlarda necə ki, sən hər şeyi onun yerinə edirdin, - qərar verirsən ki onun izinin bu dünyadan silinməsinə imkan verməyəcəksən, onun danışan dili, onun xəyallarının icraçısı sən olmalısan. Valideyn olmağın çətinliyi və məsuliyyəti məhz budur.
Mən anlayıram ki bu yazını oxuyanların əksəri bu ağrını hiss etmir, amma bəlkə öz övladlarına başqa cür baxa bilər, onlara başqa cür toxuna bilər, onlara öz sevgilərini başqa cür dilə gətirə bilərlər. Məsələn övladınızın yanağından tutub bir 50 dəfə öpə bilərlərsiniz, lap o çağa olduğu illərdə öpdüyünüz kimi. Buraxın ilk dəfəsində o bunu gülməklə ya da təəcüblə qarşılasın, amma elə edin ki zamanla bu sizin övladınızın gözləntisi olsun - "valideynim məni bu axşam niyə sadəcə bir dəfə öpdü?"
Bu gün o imtahana girməli idi, daha böyük səhnələrdə oynamalı idi. Onun yerinə isə imtahana çəkilən bu gün mənəm, və bu imtahanı uğurla keçdiyimi deyə bilmirəm; oynadığım səhnə isə sonsuz bir dramanı yada salacaq.
Zəhra haqqında hər gün paylaşmağımın, yazmağımın səbəbi odur ki, gedişini və yoxluğunu qəbul edə bilmirəm. "O burdadır" demək istəyirəm.
Artıq öz həyatını deyil, onun həyatını yaşamağa məcbur olursan. Çünki özünü artıq onsuz düşünə bilmirsən.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyul 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri