“Yaşıl Addımlar” adlı ekoloji mövzuda tədbir keçirilib Fotolar Yeni Sabah
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ilə bağlı “Yaşıl Addımlar” adlı ekoloji mövzuda tədbir təşkil olunmuşdur.
Yenisabah.az xəbər verir ki, tədbir şagirdlər arasında ətraf mühitin qorunması və ekoloji problemlərin həllinə dair maarifləndirmə məqsədi daşıyır, eyni zamanda, tədbirdə ağaclar, quşlar və digər təbiət elementlərinin əhəmiyyəti vurğulanır, ətraf mühitin qorunması üçün uşaqlara məsuliyyət aşılanır.
Təqdimat vətənpərvərlik ruhunda açılış, rəqslər, şagirdlərin yaratdığı fləşmoblar, video və səhnəciklərlə zənginləşdirilib. Sonda ümummilli lider Heydər Əliyevin təbiətin qorunması ilə bağlı fikirləri xatırlandı.
Şagirdlərin möhtəşəm çıxışlarını izləmək üçün tədbirdə Nərimanov rayonunun qabaqcıl məktəb rəhbərləri, YAP Nərimanov rayon təşkilatı sədri Anar Məmmədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community ictimai birliyinin fəal üzvü, 138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli və digər ictimai xadimlər iştirak edirdi. İştirak edən, əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Noyabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















