Icma.az
close
up
RU
Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində Biləsuvarda 16 minə yaxın ağac əkilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində Biləsuvarda 16 minə yaxın ağac əkilib Xəbər saytı Son xəbərlər və Hadisələr

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Biləsuvar rayonunda ağacəkmə aksiyaları davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, cari il ərzində rayonun ayrı-ayrı ərazilərində, ümumilikdə 100 hektar sahədə 15 368 ədəd ağac əkilib.

Bu ağaclara Xan çinarı, Eldar şamı, küknar, söyüd, palıd, qovaq, akasiya, sərv, palma, şümşad, göyrüş, ağcaqayın, meliya və meyvə ağacları aiddir.

Həmçinin ilin sonunadək isə 1 867 ədəd ağac (Xan çinarı, sərv, meliya və iydə ağacları) əkiləcək. Bununla da 2024-cü il ərzində rayon üzrə 17 235 ədəd ağac əkiləcək.

seeBaxış sayı:57
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri