“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Bakıda “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, bu, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə nazirlərin/Rəhbər Komitənin qeyri-rəsmi görüşündə baş tutub.
Görüşdə Avropa İttifaqının (Aİ) enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen də iştirak edib.
Həmçinin tərəflər Bolqarıstanın bu layihəyə qoşulması, dəhlizin fiber-optik komponenti və Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi məqsədilə müvafiq müraciətin hazırlanması istiqamətində irəliləyişlər nəzərdən keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 04 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















