Icma.az
close
up
RU
Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” adlı sessiya keçirilib FOTO

Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” adlı sessiya keçirilib FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 konfransı çərçivəsində Mavi Zonada keçirilən yüksək səviyyəli danışıqlarla yanaşı Yaşıl Zonada da müvafiq proqram üzrə silsilə tədbirlərin təşkili davam edir. Belə ki, noyabrın 21-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti tədbirini təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri" adlı panel sessiyasında iqlim dəyişmələrinin artan təsirlərinə qarşı mübarizədə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) qarşılaşdıqları çətinliklər müzakirə olunub. Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serimin moderatorluğu ilə keçirilən müzakirə sessiyasında Millətlər Birliyi təşkilatının Baş katibi baroness Patrisiya Skotland, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Dr. Maina Talia, "ODI Global" mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Dr. Rebekka Nadin, Birləşmiş Millətlər Təşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Azərbaycan Respublikasının Kosmik Agentliyi "Azərkosmos"un Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov iştirak ediblər.

Panel sessiyası zamanı qeyd edilib ki, dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələrindən tutmuş mühüm ekosistemlərin itkisinə qədər meydana çıxan problemlər kiçik ada dövlətlərini xüsusilə həssaslaşdırır. İqlim dəyişmələrinin bu dövlətlər üçün yaratdığı sosial və iqtisadi nəticələr, o cümlədən köç, dolanışıq itkiləri, həmçinin dəniz və sahil resurslarına əsaslanan iqtisadiyyatların zəifləməsi kimi məsələlər tədbirdə müzakirə mövzusu olub. Sessiyada hemçinin təbii ekosistemlərin deqradasiyasının həm bioloji müxtəliflik, həm də köklü icmaların dolanışığı üçün yaratdığı təhlükə və digər bu kimi mühim məsələlərə toxunulub.

Panelistlər müzakirə zamanı iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizə üçün davamlı monitorinqin aparılması və onun nəticələrinə uyğun addımların atılmasının vacib olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, iqlimə dayanıqlı infrastrukturun yaradılması, gənc nəslin lazımi bilik və bacarıqlara yiyələnməsi və gələcəyə hazırlanması ilə yanaşı, yerli uyğunlaşma imkanlarının artırılması və ekosistemlərin qorunmasını icma yönümlü həllərlə birləşdirmək üçün strategiyaların hazırlanması bu mübarizədə ciddi əhəmiyyət kəsb edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri