Icma.az
close
up
RU
Yatmayan səslər: 26..., 7..., 13... İlqar Rəsulun yeni hekayəsi

Yatmayan səslər: 26..., 7..., 13... İlqar Rəsulun yeni hekayəsi

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az İlqar Rəsulun "Yatmayan səslər: 26..., 7..., 13..." adlı yeni hekayəsini təqdim edir.

Bakının küçələrinin birində keçmiş qonşumla rastlaşdım. Keçmiş deyəndə ki, əsl qonşum, dədə-baba məhəllə adamı ilə. İkimiz də sevindik. Gör neçə il idi, görüşmürdük. Hər halda on ildən az deyildi. Hamı kimi biz də Ağdam işğal olunanda el-obadan didərgin düşmüşdük və bu illər ərzində hamı kimi bizim də bir-birimizin öldüsündən-qaldısından xəbərimiz yox idi. Nə isə, taleyin qanqaraldıcı guşələrinə sürükləməyim söhbəti. Təxminən həmyaşıd idik. O məndən bir az böyük yəni. Rayonda evlərimiz yanaşı idi. Onlar imkanlı idilər. Bizim də imkanımız pis deyildi. Amma onlar məhəllənin varlılarından sayılırdılar. Daha böyük evləri, həyət bacaları var idi, necə deyərlər, cah-cəlal içində yaşayırdılar...

Uzun-uzadı hal-əhvaldan, əzizləri, doğmaları soruşandan sonra əl çəkmədi ki, gedək bizə, bu görüşü qeyd edək. Narahat etmək istəməsəm də, təklifi könlümcə idi. Hara getdiyimizi anlayanda bir az təəccübləndim, amma hiss etdirmədim. Universitetlərdən birinin ümumi mətbəxi, ayaqyolusu olan, dar birotaqlılardan ibarət tələbə yataqxanasında qalırdılar. İkinci mərtəbədə ensiz koridor boyu sıralanan üzbəüz qapılardan ikisi onların idi. Otağın birinə girdik, ailə ilə görüşdüm, hamımız bir az sevindik, bir az kövrəldik. Özümüzə gələndən və illərlə yığılıb-qalmış qarşılıqlı suallar bitəndən sonra məni keçirdilər üzbəüz otağa. Belə anladım ki, bura onların qonaq otağıdır. İçəri basırıq və darısqal idi. “Yəqin ki, bir küncdə qaralan yorğan-döşək yükü gecələr evə dağıdılır və hamı yıxılıb yerdən yatır bu otaqda da”, – düşündüm. Düzü, vəziyyəti belə görəndə bir az ürpərdim. O boyda cah-cəlalın içindən çıxmış adamlar buraya necə yerləşir, burada necə yaşayır, heç cür ağlıma sığışdıra bilmirdim. Küçədə rastlaşanda mən onu evimə dəvət etmədiyimə görə ürəyimdə özümü qınadım. Düzdür, bizdə də darısqallıq idi, iki ailə bir evdə yaşayırdıq, amma mənimki adi yaşayış binasında hər cür şəraiti olan üçotaqlı ev idi...
Süfrə açdılar, olan-olmazdan gətirib düzdülər. İkilikdə yeyib-içib ötən günləri, Ağdamın cah-cəlallı dövrünü xatırladıq. Süfrəyə oturanda onların güzəranının təsirindən içimdə yaranmış sıxıntını, ağrı-acını içkinin təsiri bir az səngitdi. Söhbət zamanı arada bayırdan qulağıma fasilələrlə səs dəyirdi: 9..., 1..., 3..., 12... Əvvəl fikir vermirdim bu fərqli səslərə, ancaq davamlı olduğunu və yalnız rəqəm deyildiyini anlayanda diqqətimi çəkməyə başladı. Dedim, yəqin, yan otaqlardan hansındasa domino-filan oynayırlar...

Artıq gec idi. Çay içəndə qonşum təklif etdi ki, gecəni onlarda qalım. Bunu heç gözləmirdim. “Böyük ailə, özləri güclə sığışır iki otağa, mən necə qalım?” düşünüb: “Yox – dedim, – getsəm, yaxşıdır”. Qonşum əl çəkmədi, qalmağımda təkid elədi. Kefimiz durulmuşdu deyə sözünü yerə sala bilmədim. Həm də düşündüm ki, adam düz deyir, bir də nə vaxtsa görüşmək qismət olacaqmı bizə, kim bilir?..
Yükü dağıdıb bizə yer saldılar. Arvad-uşaq qalan yorğan-döşəyi keçirdi o biri otağa. İçəri kimsəsizləşən kimi işığı söndürüb uzandıq. Qonşumu yuxu tez apardı. Mənim gözümə yuxu getmirdi. Elə hey onların vəziyyətini düşünürdüm. Neçə ildir bu şəraitdə yaşadıqlarını təsəvvür edib dəhşətə gəlirdim. Əslində, ilk dəfə deyildi, belə şəraitdə yaşayan ellilərimi görürdüm. Ağlım, gözüm çoxdan öyrəşmişdi belə şeylərə. Amma onları – o cür cah-cəlal içində yaşamış, evi, maşını məhəllədə az qala hamınınkından yaxşı, qapısı daima qonaq-qaralı olan qonşumu bu şəraitdə təsəvvür etməyə beynimin gücü çatmırdı. İçkinin təsiri getdikcə fikir məni daha pis götürürdü. Bir tərəfdən də bu rəqəmlər: 31..., 7..., 10..., 10..., 26..., 4...

Rəqəmlərin hələ də eşidildiyinin fərqinə varanda elə bildim, qulağıma səs düşür. Diqqət kəsilib gördüm, yox, gerçək səslərdir. Daha çox kişi səsi, arada qadın səsi, hərdən də uşaq səsi. Uşaq səsi yox dərəcəsində idi. Bir-iki dəfə eşidəm, ya eşitməyəm. O da süfrə başında olanda. Yataqda eşitdiyim, əsasən, kişi səsi idi. Saata baxdım: üçə işləyirdi. Gözlərimi yumub üzümü divara çevirdim ki, bəlkə, yuxu apara. Yataqda ha vurnuxdum, xeyri olmadı. Saata baxdım: dördə işləyirdi. Gördüm, belə getsə, bu səs beynimi deşəcək, astaca çiynindən dürtmələyib qonşumu oyatdım:
– Bu nə səsdir, belə?
–Nə səs? – üzünü mənə sarı çevirdi, gözlərini açmadan soruşdu.
–Rəqəmləri deyirəm də, – tərəddüdlə dilləndim, – 1..., 3..., 15...
–Gecdir, bir azdan səhər açılacaq, gözlərini yum, yatmağa çalış, – qonşu üzünü divara çevirib yenə fısıldamağa başladı.

Tüklərim biz-biz oldu: yoxsa bu səsi məndən başqa eşidən yoxdur? Bəlkə, içkidəndir, amma səs içki süfrəyə gəlməmiş də var idi axı. Otuz beş yaşında müharibə gördüyümü, dəfələrlə odun-alovun içindən çiynimdə şəhid, yaralı əsgər sağ-salamat çıxdığımı, heç nədən qorxmadığım günləri xatırladım. Amma indi... Gecənin bir aləmi Bakının ortasında, yataqda qorxurdum sanki. Həm də oddan-alovdan, partlayışdan, bağırtıdan, ölümdən yox, adi səsdən qorxurdum. Səssə amansızcasına davam edirdi: 16..., 5..., 29...

Səhərə qədər gah yorğanı başıma çəkib, gah başımı yastığın altına soxub bir az gözümün yuxusunu aldım, hava işıqlaşanda qalxdım. Deyəsən, bir dəfə kimsə ucadan “30” dedi. Məhəl qoymadım. Qonşumu oyatmamaq üçün ehmallıca əynimi geyinib otaqdan çıxdım. Birinci mərtəbəyə enib tələsik yarıqaranlıq koridorun başına doğru getdim. Çıxışa az qalmış – ayaqyolunun yanından adlayanda qapısının ağzında divar dibi sıra ilə düzülmüş plastmas aftafalar gördüm: ağ, sarı, qırmızı aftafalar. Hamısının üstü nömrəli idi: 9, 18, 22... Tüklərim biz-biz oldu. Sonradan öyrənəcəkdim ki, sən demə, bəzi yataqxanalarda köçkünlər ayaqyoluya növbəyə durub bir-birini utandırmasınlar deyə aftafaları nömrələyirlər. İçəridən çıxan sıradakı aftafanın nömrəsini ucadan deyir ki, sahibi ayaqyolunun boşaldığını eşidib gəlsin....
Yataqxananın çıxışından bayıra ayaq qoyanda özümü mühasirədən indicə qurtulmuş əsgər kimi hiss elədim. Nəfəsim bir az genişləndi. Beş-altı addım aralanmışdım ki, arxadan səs eşitdim: 13...
Bakı – 06.09.2024

İntiqamı alınan faciə... - Ermənilər Ağdaban qətliamını niyə törətmişdilər? "Elden Ring" bədii filminin çəkilişlərinə start verildi Çarşab ilə yaxşı deyil qız gəzə - Cəfər Cabbarlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Aprel 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri