Yaxın günlərdə ABŞ da Ukrayna üçün təhlükəsizlik zəmanətləri imzalana bilər
Azpost saytına istinadən Icma.az xəbər verir.
ABŞ və Avropa ölkələri yaxın günlərdə Vaşinqtonda Ukraynanın təhlükəsizliyinə dair zəmanətləri nəzərdə tutan sənədləri imzalaya bilərlər.
Polşanın Baş naziri Donald Tusk bu barədə Parisə “İstəklilər koalisiyası”nın görüşünə yola düşərkən jurnalistlərə deyib. “Paris görüşündən hər hansı bir qərar gözləməyə dəyməz. ABŞ və Avropanın yekun ortaq mövqeyini təsdiqləyəcək sənədlərin imzalanması yaxın günlərdə, çox güman ki, Vaşinqtonda baş tutacaq”, – deyə Donald Tusk bildirib.
Qeyd edək ki, çərşənbə axşamı Parisdə “İstəklilər koalisiyası”nın formatı çərçivəsində yüksəksəviyyəli görüş keçiriləcək. Görüşdə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin də iştirakı gözlənilir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 06 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















