Icma.az
close
up
RU
Yaxın illərdə problem daha da kəskinləşə bilər Elektromobil bazarında yeni çağırış

Yaxın illərdə problem daha da kəskinləşə bilər Elektromobil bazarında yeni çağırış

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son illər Azərbaycanda elektromobillərin istifadəsinin genişləndirilməsi məqsədilə mühüm təşviq tədbirləri həyata keçirilib. Vergi və gömrük güzəştləri nəticəsində ölkəyə gətirilən elektrik avtomobillərinin sayı artıb, bununla paralel olaraq şəhərin müxtəlif ərazilərində enerji doldurma məntəqələri quraşdırılıb. Həm dövlət qurumları, həm də özəl şirkətlər bu prosesə qoşularaq şarj infrastrukturunun sürətlə inkişaf edəcəyini açıqlayırdılar.

Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ancaq hazırda fərqli mənzərə müşahidə olunur. Son dövrlərdə yeni enerji doldurma məntəqələrinin quraşdırılması əhəmiyyətli dərəcədə zəifləyib, bəzi mövcud məntəqələr isə texniki nasazlıq səbəbindən istifadəyə yararsız vəziyyətdə qalıb. Bunun nəticəsində elektromobil sahibləri işlək məntəqələrdə uzun növbələrlə üzləşir, enerji doldurmaq üçün xeyli vaxt itirirlər.

Bəs, görəsən, enerji doldurma infrastrukturunun inkişaf tempi niyə zəifləyib?

Yaxın illərdə problem daha da kəskinləşə bilər

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev hesab edir ki, son dövrlərdə elektromobillər üçün yeni enerjidoldurma məntəqələrinin quraşdırılması tempinin zəifləməsi dövlətin bu sahədən geri çəkilməsi anlamına gəlmir. Onun sözlərinə görə, ilkin mərhələdə əsas məqsəd ölkə üzrə minimal şarj şəbəkəsinin yaradılması idi. Hazırda isə proses daha çox bazar prinsipləri əsasında davam etdirilir. Eyni zamanda, yeni şarj məntəqəsinin yaradılması təkcə avadanlığın quraşdırılması ilə yekunlaşmır. Bunun üçün kifayət qədər elektrik gücü, transformator və kabel infrastrukturu, şəbəkəyə qoşulma, ödəniş sistemi, internet bağlantısı və davamlı texniki xidmət təmin edilməlidir.

Ekspertin sözlərinə görə, mövcud infrastruktur hazırkı elektromobil sayını müəyyən qədər qarşılasa da, yaxın illərdə bazarın genişlənməsi üçün yetərli deyil. Əsas problem şarj məntəqələrinin sayından çox onların işlək vəziyyətdə olması, şarj gücü, əlçatanlığı və ölkə üzrə düzgün yerləşdirilməsidir. Xüsusilə çoxmənzilli binalarda yaşayan elektromobil sahibləri ictimai şarj şəbəkəsindən asılı olduqları üçün bu sahədəki çatışmazlıqları daha çox hiss edirlər.

A.Nəbiyev bildirib ki, şarj məntəqələrinin işləməməsi texniki xidmətin vaxtında aparılmaması, proqram təminatındakı problemlər, ehtiyat hissələrinin gec əldə olunması, müxtəlif qurumlar arasında məsuliyyət bölgüsünün tam müəyyənləşdirilməməsi və bəzi məntəqələrin iqtisadi cəhətdən səmərəli işləməməsi ilə bağlıdır. Bu səbəbdən yalnız yeni cihazların quraşdırılması deyil, onların fasiləsiz işləməsini təmin edəcək peşəkar texniki xidmət sisteminin qurulması da vacibdir.

Ekspert hesab edir ki, şarj məntəqələrində yaranan növbələr elektromobil bazarının inkişafını ləngidə, potensial alıcılarda isə infrastrukturla bağlı narahatlıq yarada bilər. Bu baxımdan, infrastruktur elektromobillərin sayının artmasını gözləmədən əvvəlcədən planlaşdırılmalıdır.

Vahid şarj xəritəsinin yaradılmasına ehtiyac var

A.Nəbiyevin fikrincə, problemin həlli üçün ölkə üzrə vahid şarj infrastrukturunun inkişaf proqramı hazırlanmalı, məntəqələr real tələbat və nəqliyyat axını nəzərə alınmaqla yerləşdirilməlidir. İlk növbədə Bakı şəhərinin yaşayış massivlərində, çoxmənzilli binaların ətrafında, rayon mərkəzlərində və regionlararası magistral yollar boyunca şarj şəbəkəsi genişləndirilməlidir. Xüsusilə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax və Bakı-Astara istiqamətlərində kifayət qədər sürətli şarj məntəqələrinin yaradılması vacibdir. Eyni zamanda, yeni tikilən binaların parkinqlərində şarj nöqtələrinin yaradılması üçün zəruri infrastruktur əvvəlcədən nəzərdə tutulmalıdır.

Ekspertin sözlərinə görə, özəl sektorun bu sahəyə marağı qalır. Lakin yüksək investisiya xərcləri, uzun geridönüş müddəti və şəbəkəyə qoşulma problemləri investisiyaların sürətini azaldır. Buna görə də dövlət tərəfindən vergi və gömrük güzəştləri, subsidiya və güzəştli kredit mexanizmləri tətbiq edilməli, dövlət-özəl tərəfdaşlığı genişləndirilməli, vahid rəqəmsal platforma yaradılmalı və bütün operatorlar üçün texniki xidmət standartları müəyyənləşdirilməlidir.

A.Nəbiyev hesab edir ki, Azərbaycanın mövcud şarj infrastrukturu tələbatı qarşılamaq üçün ciddi şəkildə təkmilləşdirilməlidir.

"Sadəcə proses əvvəlki kimi görünmür"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev isə bildirib ki, Azərbaycanda elektrik və hibrid avtomobillərin təşviqi məqsədilə dövlət tərəfindən tətbiq olunan güzəştlər şarj infrastrukturunun inkişafına ciddi təkan verib. Onun sözlərinə görə, həmin dövrdə həm dövlət qurumları, həm də özəl sektor tərəfindən şarj məntəqələrinin quraşdırılmasına başlanılıb və son illərdə bu proses daha da sürətlənib.

Ekspert qeyd edib ki, "Azərişıq" və digər özəl şirkətlər tərəfindən təkcə Bakıda və Bakıətrafı ərazilərdə deyil, regionlarda da şarj stansiyalarının sayı artırılıb. O, işğaldan azad olunmuş ərazilərə elektrik avtomobili ilə səfər etdiyini və marşrutunu əvvəlcədən planlaşdırmaqla heç bir enerji doldurma problemi ilə qarşılaşmadığını da vurğulayıb.

Onun fikrincə, son dövrlərdə yeni şarj məntəqələrinin quraşdırılması tempinin nisbətən zəifləməsi investisiya və iqtisadi amillərlə bağlıdır. Belə ki, özəl sektor yatırdığı vəsaitin geri dönüşünü nəzərə alır. Bəzi məntəqələr əvvəlcə sınaq məqsədilə quraşdırılır, gözlənilən istifadə səviyyəsi əldə olunmadıqda isə həmin stansiyanın başqa əraziyə köçürülməsi zərurəti yaranır. Bu isə müxtəlif dövlət qurumlarından icazələrin alınması və digər texniki prosedurlar səbəbindən müəyyən vaxt tələb edir.

E.Əliyev hesab edir ki, hazırkı mərhələdə həm Bakı, həm də regionlara planlı şəkildə səyahət edən elektrik avtomobili sahibləri şarj məntəqələri ilə bağlı ciddi problem yaşamırlar. Onun sözlərinə görə, bəzi stansiyaların müvəqqəti işləməməsinin səbəbi proqram təminatında yaranan nasazlıqlar, ərazidə aparılan tikinti və ya təmir işləri, yaxud da şirkətdaxili texniki problemlər ola bilər. Bununla belə, belə halların uzunmüddətli davam etməsi həm özəl, həm də dövlət tərəfindən qurulan məntəqələrin sahibkarları üçün gəlir itkisi yaratdığından, bu problemlər adətən operativ şəkildə aradan qaldırılır.

Ekspert bildirib ki, Bakıda növbə problemi demək olar ki, müşahidə olunmur. Şarj stansiyaları ticarət mərkəzlərində, restoranlarda, yolkənarı xidmət obyektlərində və yanacaqdoldurma məntəqələrinin ərazisində kifayət qədər mövcuddur.

E.Əliyevin sözlərinə görə, özəl sektorun bu sahəyə investisiya marağı da azalmayıb. Sadəcə, bir müddət əvvəl şarj infrastrukturunun qurulması geniş təbliğ olunduğundan görülən işlər daha çox diqqət çəkirdi. Sonradan bu mövzu medianın və ictimaiyyətin gündəmindən qismən kənarda qaldığı üçün sanki proses dayanmış kimi təsəvvür yaranıb. Halbuki, hazırda da müxtəlif hotellər, restoranlar, əyləncə mərkəzləri və digər xidmət obyektləri öz ərazilərində şarj məntəqələri quraşdırmağa davam edirlər.

Sadələşdirilmiş prosedurlar investisiyaları sürətləndirə bilər

Ekspert hesab edir ki, dövlət tərəfindən texniki şərtlərin və digər prosedurların daha da sadələşdirilməsi bu sahədə fəaliyyət göstərən şirkətlər üçün əlavə stimul ola bilər. Bununla yanaşı, o vurğulayıb ki, hazırda dövlət tərəfindən hər hansı maneə yaradılmır. Əksinə, elektrik avtomobilləri üçün şarj infrastrukturunun genişləndirilməsi dövlətin prioritet istiqamətlərindən biridir.

E. Əliyev əlavə edib ki, gələcəkdə şarj məntəqələrinin günəş panelləri vasitəsilə istehsal olunan enerji ilə təmin edilməsi və həmin enerjinin satışına şərait yaradılması istiqamətində atılacaq addımlar özəl sektorun marağını daha da artıraraq yeni investisiyaların cəlb olunmasına təkan verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Avqust 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri