Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Rusiyadan miqrantları üzən QƏRAR

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Yaxın Şərqdə ATƏŞ KƏSiləcəkmi?

Yaxın Şərqdə ATƏŞ KƏSiləcəkmi?

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müvəqqəti atəşkəsdən daimi sülhə qədər...

Livan və Hizbullah təşkilatı ABŞ-ın İsraillə təklif etdiyi atəşkəs sazişi layihəsini təsdiqləyib. Bu barədə Reuters agentliyinə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib. Təsdiqlənmə ilə bağlı yazılı cavab məktubu ABŞ-ın Beyrutdakı səfiri Liza Consona göndərilib. Əli Həsən Xəlil hazırda atəşkəsin yaranmasının İsraildən asılı olduğunu qeyd edib və ABŞ tərəfinin təşəbbüsünü atəşkəsə nail olmaq üçün göstərilən səylərin ən ciddisi adlandırıb. Atəşkəsin şərtləri və qarşı tərəflərin öhdəlikləri ilə bağlı hər hansı bir təfərrüat bildirilməyib. Qeyd edək ki, atəşkəs sazişinin detalları ABŞ tərəfi ilə də müzakirə edilir. Livanın baş naziri Nəcib Miqati bir müddət öncə bildirmişdi ki, sazişin bütün bəndlərinin və təfərrüatının Beyruta səfər edəcək ABŞ rəsmisi Emos Xokstin ilə müzakirə edilməsi nəzərdə tutulur.

Atəşkəsə kim razıdır?

ABŞ-ın təqdim etdiyi saziş rəsmi ratifikasiya edilməsə də, artıq bunu atəşkəs üçün əsas adlandırırlar. Düzdür, rəsmi Təl-Əviv hələ ki məsələ ilə bağlı tam rəy bildirməyib. Hələ sentyabr ayında İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Livanda mümkün atəşkəs barədə xəbərləri təkzib etmişdi və bildirilmişdi ki, İsrail tərəfi ABŞ və Fransanın müvafiq təklifini qəbul etməyib. “Atəşkəs haqqında şayiələr yalandır. Bu, baş nazir Netanyahunun cavab belə vermədiyi Fransa-Amerika təklifidir”, - bəyanatda deyilirdi. Vurğulanırdı ki, Qəzza zolağında hərbi əməliyyatlar müharibənin bütün məqsədlərinə çatana qədər davam edəcək.

Amma Blinkenin ötən ayın sonunda Yaxın Şərqə səfəri çərçivəsində atəşkəs planını yenidən müzakirə etməsi deyəsən vəziyyəti dəyişib. Siyasi mütəxəssislər bildirir ki, ABŞ özünün mütt?fiqi ilə razılaşdırmadığı halda atəşkəs planını Livana və ya Hizbullaha təqdim etməz, onların razılığını ala bilməzdi.

Qalıcı sülhə gedən yol...

Avropalı siyasətçilər isə atəşkəs müzakirələrinin aktuallaşmasını ABŞ-dakı hakimiyyət dəyişikliyi ilə əlaqləndirirlər. Bildirilir ki, Trampın Ukrayna - Rusiya müharibəsi ilə paralel şəkildə Yaxın Şərqdə də atəşə son verəcəyi vəd etməsi yalnız “söz” olaraq qalmayıb - artıq Bayden adminstrasiyası özündən sonrakı hakimiyyət üçün bununla bağlı “təməl” formalaşdırır. Hətta bəzi məqamlarda Demokratların bu amildən gələcəkdə seçki kampaniyaları zamanı istifadə etmə perspektivi də istisna olunmur.

Tramp isə hələ özünün prioritetlərini rəsmi şəkildə açıqlamayıb. Hazırda müvəqqəti atəşkəsə nail olunması gələn ilin yanvarından sonra qalıcı sülh ümidini də artıra bilər.

İsrail vətəndaşlarına sanksiya...

Atəşkəs danışıqları davam edən zaman isə ABŞ Maliyyə Nazirliyi İordan çayının qərb sahilindəki vəziyyətlə əlaqədar üç İsrail vətəndaşı və üç İsrail təşkilatına qarşı sanksiya tətbiq edib. Yayılan məlumatda bildirilir ki, ABŞ-ın sanksiyaları altında olan şəxslərlə əlaqəsi olduğuna görə “Amana” təşkilatı və onun törəmə şirkəti “Binyanei Bara”ya qarşı məhdudiyyətlər tətbiq edilib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, bu hüquqi şəxs İordan çayının qərb sahilində əmlakın ələ keçirilməsi və ya qeyri-qanuni məhrumedilmə işlərində iştirak edir. Bundan başqa, İsrailin “Eyal Hari Yehuda” təşkilatına və 3 İsrail vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.

ABŞ-ın Yaxın Şərq siyasəti dəyişəcəkmi?

Siyasi mütəxəssislər Donald Trampın 2025-ci ilin yanvarında andiçmə mərasimindən sonra Yaxın Şərqə münasibətdə tutacağı mövqeni birmənalı qiymətləndirmir. Vaşinqtondakı Beynəlxalq Siyasət Mərkəzinin vitse-prezidenti Mett Duss və Virciniyadakı Corc Meyson Universitetinin professoru Mark Katz İsrailin Qəzza zolağına və Livana hücumları ilə bağlı Tramp administrasiyasının mövqeyini şərh edərkən diqqəti Trampın ilk prezidentlik dövrünə fokuslayıblar - Ağ ev sahibi hələ o dövrdə İsrail-Fələstin münaqişəsinin həllində vasitəçilik etmək niyyətini ifadə etmişdi. Sonradan proses müəyyən səbəblər üzündən dayandırılmışdı.

Yaxın Şərqi təmsil edən siyasi şərhçilərin isə İsrail-Fələstin müharibəsinin yekunlaşmasına, Yaxın Şərqdə tam normallaşma prosesinin davam edəcəyinə inamı azdır. Onların fikrincə, Trampın atəşkəsə nail olması ən azından müharibəni müvəqqəti də olsa dayandıracaq - bu isə hazırda region üçün ən vacib məsələdir. Prosesin davamı isə sonrakı siyasi hadisələrdən və müzakirə detallarından asılı olacaq. 

Suriyanı nə gözləyir - ABŞ qoşunları çıxırmı?

Donald Trampın prezident seçilməsi Yaxın Şərqin ən gərgin regionlarından biri olan Suriya ilə bağlı da müəyyən suallar yaradır. Siyasi ekspertlər ABŞ qoşunlarının Suriyadan çıxarılması ehtimalını irəli sürürlər - onlar, belə bir perspektivə müsbət yanaşırlar. Vurğulanır ki, Tramp regional problemlərə region ölkələrinin müdaxiləsini daha düzgün sayır - hələ birinci prezidentliyi dövründə Donald Tramp İŞİD ilə mübarizəyə daha çox region ölkələrinin cəlb olunmasına şərait yaratmşdı. ABŞ isə prosesə daha çox yardımçı funksiyasından yanaşırdı. Təsadüfi deyildi ki, hələ 2018-ci ilin dekabrında Tramp ABŞ prezidenti kimi Türkiyənin PKK/YPG terror təşkilatının hədəflərinə qarşı sərhədyanı əməliyyata başlamaq qərarı fonunda 2 minə yaxın əsgərini Suriyadan dərhal çıxarmaq planlarını açıqlamışdı. 2019-cu ilin oktyabrında isə Tramp ABŞ-ın Suriyada lazım olduğundan daha çox müddət qaldığını bildirmiş, Amerika əsgərlərinin Suriyada bu qədər çox qalmasını istəmədiyini açıqlamışdı.

Yeni strateji plan...

Beləliklə, yeni dövr üçün mühüm siyasi perspektivlərdən biri də Yaxın Şərqlə bağlı olacaq. Birinci mərhələdə atəşkəsin əldə edilmə imkanları genişləndirilməlidir - bu, böyükmiqyaslı eskalasiyanın qarşısını alacaq ən vacib amildir. ABŞ-ın yeni hökuməti anlayır ki, Bayden administrasiyasının İsrailə güclü hərbi dəstək nümayiş etdirməsi bölgədəki digər dövlətləri qıcıqlandırır. Artıq buna qarşı güclü etiraz dalğası yaranmaqdadır. Belə bir etiraz dalğası isə hətta bir-birinə düşmən olan ölkələri belə İsrailə qarşı birləşdirəcək. Bu isə nə ABŞ-ın, nə də İsrailin maraqlarına uyğun gəlmir. Bu mənada, Tramp administrasiyasının gələn ilin yanvarından etibarən Yaxın Şərqlə bağlı yeni strateji plan işləyəcəyi də inandırıcıdır - hətta, bu planın içində yekun sülh də yer ala bilər...

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see861

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see360

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see313

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see295

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see212

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see204

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see201

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see199

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see195

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see194

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see191

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see187

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see183

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see180

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see177

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see176

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see165

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see163

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see162

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri