Icma.az
close
up
RU
Yaxın Şərqdə davam edən İsrail Fələstin münaqişəsi konkret həlli uzun zaman tələb edən bir münaqişədir

Yaxın Şərqdə davam edən İsrail Fələstin münaqişəsi konkret həlli uzun zaman tələb edən bir münaqişədir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“İsrail–Fələstin müharibəsinin əsas səbəbi eyni torpaq üzərində iki xalqın dövlət iddiasıdır. Münaqişənin kökü XX əsrin əvvəllərinə, xüsusilə 1917-ci il Balfur Bəyannaməsinə və 1948-ci ildə İsrail dövlətinin yaradılmasına gedib çıxır. Həmin vaxt yüz minlərlə fələstinli öz torpaqlarını tərk etməyə məcbur oldu və problem dərinləşdi. Bu qarşıdurma təxminən 75 ildən çoxdur davam edir və müxtəlif müharibələr və silahlı toqquşmalarla özünü göstərib”.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail- Fələstin münaqişəsinin həlli 80 ilə yaxındır davam etməkdədir və hələ də öz həllini tapmır: “Bu məsələdə tərəflərin məsələnin həllinə baxışları tamamilə bir birindən fərqlənir. Baxmayaraq ki, BMT Fələstin münaqişəsinin həlli ilə bağlı çox sayda qətnamələr, qərarlar qəbul edib, amma bunlar icra olunmayıb”.

Oqtay Qasımov

Qəzzadakı vəziyyətlə bağlı politoloq bildirib ki, Qəzzada atəşkəs rejiminə əməl olunur və “Tramp planı” artıq masaya yatırılıb: “Bununla bağlı Misirin Şarm Əl-Şeyx şəhərində oktyabr ayında beynəlxalq konfrans keçirildi və “Trampın sülh” planı qəbul olundu və bu planı bölgə ölkələrinin və marağı olan ölkələrinin əksəsriyyəti qəbul edib. Hazırda bu planın ikinci mərhələsinə keçidlə bağlı proses yaşanmaqdadır. Bu baxımdan Yaxın Şərqdəki İsrail-Fələstin münaqişəsinin həlli hələ uzun zaman tələb edən bir münaqişədir. Bu gərginlik eyni zamanda özündə həm də regional gərginliyi ehtiva edir. Hər zaman məhz Fələstin münaqişəsi üzərindən regionda bir savaşın çıxacağı ilə bağlı təhlükələr ehtimalı nəzərdə saxlanılır”.

Politoloqun fikrincə, hazırda Qəzza zolağında "HƏMAS" xeyli dərəcədə zəiflədilib, bununla yanaşı İranın proksi qüvvələrindən biri olan "Hizbullah" da ciddi şəkildə zəiflədilib, "Husilər"ə də ciddi zərbələr vurulub: “Bu baxımdan İsrail xeyli dərəcədə təhlükəsizlik baxımdan əlini gücləndirmiş olsa da, amma İranla bağlı məsələ açıq qalmaqdadır”.

Oqtay Qasımov regional müharibə təhlükəsindən danışarkən bildirib ki, müharibə ABŞ prezidenti Donald Trampın qərarından asılı olacaq: “İran sahillərinin yaxınlığında Amerika donanması cəmləşdirilib və bu böyük bir qüvvəni özündə əhatə edir. Hazırda Tramp da İran tərəfini danışığa məcbur etmək üçün məhz bu güc faktorundan təzyiq vasitəsi kimi istifadə edir. Amma mümkün az da olsa, ehtimallardan biri ondan ibarətdir ki, bölgəyə cəlb olunmuş bu hərbi qüvvələrdən istifadə oluna bilər. İrana zərbələr endirilə bilər. Bu halda regional müharibə təhlükəsi ciddi şəkildə yüksəlmiş olacaq. Çünki İran bəyan edib ki, əgər ona hücum ediləcəksə və zərbələr endiriləcəksə, o zaman bu savaş İran sərhədlərini aşacaq və Amerika Birləşmiş Ştatlarının bölgədəki hədəfləri vurulacaq”.

Beynəlxalq sistemin ikili standartları ilə bağlı politoloq Oqtay Qasımov qeyd edib ki, bunu ən yaxşı hiss edənlərdən biri elə Azərbaycan dövləti və Azərbaycan cəmiyyətidir.

“Dünya sisteminin reallığını qəbul etmək lazımdır ki, hər zaman belə olub. İkili standartlar olub. Yəni bir tərəfə tətbiq olunan standart bir cür olub, digər tərəfə tamamilə fərqli bir standartlar tətbiq olunub. Ona görə də məhz Yaxın Şərq münaqişəsində, Fələstin münaqişəsində də biz bu ikili standartları görməkdəyik. Bu baxımdan burada təəccüblü bir məsələ yoxdur.

Ümumiyyətlə, dünya var olduğu müddətdə elə böyük güclər, adətən öz maraqları naminə ikili standartlardan istifadə edirlər. Biz belə ikili standartlardan birinin nümunəsini elə ötən günlərdə də gördük. Avropa Şurası Parlament Assambleyası heç bir əsası olmadan yenidən Azərbaycanla bağlı bir qərar qəbul etdi. Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı çağırış etdi. Halbuki, artıq Ermənistan və Azərbaycan arasında məsələ böyük ölçüdə öz həllini tapıb və tərəflər sülh istiqamətində addımlar atmaqdadırlar. Ermənistan özü tərəfindən dilə gətirilməyən məsələlər, məhz beynəlxalq qurum statusu daşıyan AŞPA tərəfindən dilə gətirildi”-deyən politoloq bildirib ki, bu da ikili standartların ən açıq, bariz nümunələrindən biridir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri