Icma.az
close
up
RU
Yaxın Şərqdə eskalasiya: İsrail yeni müharibəyə yol aça bilərmi?

Yaxın Şərqdə eskalasiya: İsrail yeni müharibəyə yol aça bilərmi?

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqdə yerləşən Müdafiə Nazirliyi və Prezident Sarayını raket atəşinə tutması regionda onsuz da gərgin olan vəziyyəti daha da dramatikləşdirib. Bu hadisə yalnız iki ölkə arasında deyil, bütün Yaxın Şərqdə yeni bir münaqişə ocağının yaranması ehtimalını gündəmə gətirib. İsrailin son hərbi addımı beynəlxalq ictimaiyyətin, xüsusilə də böyük güclərin diqqət mərkəzinə düşüb. Bir çox siyasi ekspertlər bu cür hücumların lokal müharibə ilə kifayətlənməyəcəyini, genişmiqyaslı regional və hətta qlobal qarşıdurmalara yol aça biləcəyini istisna etmir.

Hazırkı mərhələdə əsas sual budur: bu münaqişəyə digər dövlətlər də cəlb oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, Suriya ilə İsrail arasında baş verəcək mümkün bir müharibə yalnız iki ölkə ilə məhdudlaşmaya bilər. Onun sözlərinə görə, bu cür qarşıdurma, xüsusilə Yaxın Şərq kimi geosiyasi baxımdan həssas bir bölgədə, tezliklə regional və hətta beynəlxalq münaqişəyə çevrilə bilər:

“Bu ilk növbədə İranın Suriyada yenidən aktivləşməsinə təkan verə bilər. Bu isə nə yeni hökumətin, nə də İsrailin maraqlarına uyğundur. Tel-Əviv bu məqamı nəzərə almalıdır. Unutmaq olmaz ki, İsrail üçün uzun illər əsas təhlükə məhz İranın Suriyadakı mövcudluğu olub. Bu mövcudluğa isə yeni iqtidar dönəmində son qoyulmuşdu”.

Zifəroğlu əlavə edib ki, Suriyada başlaya biləcək proses ərəb ölkələrinə, xüsusilə Livan və İraqa da təsir göstərə bilər. Bu isə münaqişənin miqyasının böyüməsi deməkdir ki, bu da tərəflərin heç birinin maraqlarına uyğun deyil.

Politoloq qeyd edib ki, ABŞ hər nə qədər İsrailin təhlükəsizliyini “qırmızı xətt” kimi qəbul etsə də, son açıqlamalardan görünür ki, Vaşinqton müharibədə maraqlı deyil və İsrailin son eskalasiyasından narazıdır.

“Türkiyə Suriyada hərbi mövcudluğa malikdir və yeni iqtidarı dəstəkləyir. Ankara Suriyada yeni müharibədə maraqlı deyil və qarşıdurma dərinləşəcəyi təqdirdə kənarda qalmayacaq”, - deyə politoloq qeyd edib. 

V.Zifəroğlu vurğulayıb ki, Suriya ilə İsrail arasında baş verəcək hərbi münaqişə sürətlə regional müharibəyə çevrilə bilər. Xüsusilə Suriyada və bölgədə marağı olan qüvvələrin iştirakı bu gərginliyi çoxqütblü qarşıdurma halına sala bilər.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri