Icma.az
close
up
RU
Yaxın Şərqdə yeni dövrün başlanğıcı: İsrailin husi liderlərinə zərbəsi regionda nəyi dəyişəcək?

Yaxın Şərqdə yeni dövrün başlanğıcı: İsrailin husi liderlərinə zərbəsi regionda nəyi dəyişəcək?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun sonlarına yaxın İsrail və "Ənsar Allah" (husilər) arasında münaqişə yenidən qızışdı. Düzdür, İsrail üçün bu əməliyyat bir neçə istiqamətdə strateji üstünlük qazandırır, lakin baş verənlər bu dəfə genişmiqyaslı və konkret nəticələrlə yadda qaldı. Belə ki, İsrailin Yəmənin paytaxtı Sənada husilərə hava zərbəsi endirməsi nəticəsində hərəkatın baş naziri Əhməd ər-Rəhavi və hökumətin 12 üzvü həlak olub. Nəticədə bu hücum Yaxın Şərqdə yeni hərbi-siyasi reallıq yaradıb. Çünki hadisə təkcə husi administrasiyasının rəhbərliyinə deyil, həm də Qırmızı dənizdə davam edən strateji qarşıdurmanın gələcəyinə ciddi təsir edəcək bir akt kimi yadda qalıb.

Zərbənin miqyası və siyasi simvolizminə nəzər salsaq, öldürülən şəxslər arasında iqtisadiyyat, energetika, xarici işlər, ədliyyə, turizm və informasiya nazirlərinin olmasının təsadüfi seçilmədiyini görərik. Baş nazir Ər-Rəhavi husilərin beynəlxalq siması kimi tanınırdı və onun qətlə yetirilməsi "Ənsar Allah"ın strukturlarında artıq ciddi bir boşluğa səbəb olub. Ölən hökumət başçısının yerinə onun birinci müavini Məhəmməd Miftah keçib və hərəkatın "intiqam alacağı" vədləri yenidən səslənməyə başlayıb. Yəni husi rəhbərliyinə endirilən zərbə qısa müddətdə onların taktiki imkanlarını zəiflədə bilər, lakin bu, uzunmüddətli dövrdə onların daha da radikallaşmasına səbəb ola və yeni hücum dalğasına yol aça bilər.

Zərbədən dərhal sonra husi qüvvələri BMT-yə bağlı bir neçə qurumun Səna ofislərinə basqın edərək, genişmiqyaslı həbslərə başlayıb. Digər tərəfdən, Dünya Ərzaq Proqramı (WFP) da bəyan edib ki, Sənada bir əməkdaşları husilər tərəfindən saxlanılıb və digər əməkdaşlarının taleyi ilə bağlı ciddi narahatlıq mövcuddur.

Bütün bunların fonunda Qırmızı dənizdə İsrailə məxsus "Scarlet Ray" adlı tankeri hədəf alan raket hücumu husilərin cavab atəşinə start verdiyini göstərir. Ümumiyyətlə, husilər Qırmızı dənizdə İsrail və Qərbə bağlı gəmiləri hədəf alaraq, dünya ticarətinin ən vacib marşrutlarından birini iflic vəziyyətinə salmaqda əsas oyunçulardır. Bu, onların döyüş meydanını yalnız Yəmənlə məhdudlaşdırmadıqlarının, regional miqyasda hərbi və siyasi alətlərdən istifadə etdiklərinin göstəricisidir. Bu baxımdan, onların cavabı həm də dünya iqtisadiyyatı üçün potensial təhlükə mənbəyidir.

Düzdür, husi administrasiyasının yüksəkçinli üzvlərinin hədəf alınması onların koordinasiya imkanlarını zəiflədə bilər. Bu, xüsusən də Qırmızı dənizdəki hücum potensialına təsir göstərə bilər. Digər tərəfdən isə istər "Mossad", istər hərbi kəşfiyyatın bu qədər dərinə nüfuz etməsi İsrailin bölgədəki texnoloji və operativ üstünlüyünü təsdiqləyir. Ancaq bu zərbələrin mənfi nəticələri də gözardı edilə bilməz. Çünki husi tərəfdarları daha sərt və özünəinamlı cavablar verə, Yəməndə və regionun digər yerlərində "Ənsar Allah" daha geniş dəstək ala, eləcə də İran başda olmaqla bir sıra region ölkələri zərbəni qınayaraq husilərə dəstək nümayiş etdirə bilərlər. Bu gərginlik isə daha geniş diplomatik qarşıdurmalara yol aça bilər. Çünki gedişat Yaxın Şərqdə İsrail-husi qarşıdurmasının proksi müharibədən açıq strateji toqquşmaya keçdiyini göstərir. Əgər qarşılıqlı hücumlar davam edərsə, bu, İran və Körfəz ölkələrinin də dolayısı mövqe tutmasını qaçılmaz edəcək.

Yaxın Şərqdə, onsuz da, qaynayan siyasi qazan indi daha da qızışır. İsrailin husi rəhbərliyinə qarşı apardığı bu əməliyyat yalnız hərbi deyil, həm də psixoloji və diplomatik meydanda oynanılan riskli bir oyundur. Gələcək günlərdə Qırmızı dənizdə ticarət axınlarına, humanitar təşkilatların fəaliyyətinə və diplomatik münasibətlərə ciddi təsirlərin şahidi ola bilərik. Bir sözlə, bu hücum yeni bir münaqişənin, bəlkə də, yeni bir dövrün başlanğıcıdır.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri