Icma.az
close
up
RU
Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Yaxın Şərqdəki münaqişə qlobal xam neft tədarükündə təxminən 1 milyard barel itkiyə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveçdə yerləşən “Rystad Energy” müstəqil tədqiqat şirkətinin məlumatında deyilir.

Bildirilir ki, ilin sonuna kimi kumulyativ təchizat itkisi, hətta, optimist ssenaridə belə 2 milyard barelə çatacağı gözlənilir.

“Fevralın 28-də münaqişə başlayandan bəri qlobal neft tədarükündə əhəmiyyətli fasilələr yaranıb. Bu dövrdə xam neft tədarükündəki 1 milyard barel ümumi itki ABŞ-ın strateji neft ehtiyatlarından təxminən 2,5 dəfə çoxdur. Münaqişədən əvvəl Körfəzdəki 6 ölkənin ümumi neft tədarükü gündəlik 24,2 milyon barel olub, hazırda isə istehsal 12,4 milyon barelə düşüb. Səudiyyə Ərəbistanında gündəlik təxminən 3,8 milyon barel tədarükə təsir ümumi fasilələrin təxminən 32 faizini təşkil edir. Buna baxmayaraq, yüksək neft qiymətləri və Şərq-Qərb Xam Neft Boru Kəməri vasitəsilə Yanbu Limanına daşımalar ölkənin ixrac gəlirlərinin mart ayında 24,6 milyard dollara çatmasına səbəb olub ki, bu da 2022-ci ildən bəri ən yüksək səviyyədir. İraqda isə cənub yataqlarının Hörmüz boğazı vasitəsilə dəniz yolu ilə ixracdan asılılığı səbəbindən gündəlik təxminən 2,8 milyon barel tədarükə təsir edib. Ölkənin ixrac gəlirləri fevral ayında 6,8 milyard dollar olub, apreldə isə 1 milyard dollaradək geriləyib. Küveytin gündəlik tədarük itkisi təxminən 2 milyon bareldir”, - deyə məlumatda qeyd olunur.

Vurğulanır ki, Hörmüz boğazında gəmi trafikinin aşağı səviyyədə qalıb. Fevralın 27-də təxminən 120 gəmi olan gündəlik tranzit trafiki mart ayında 5-10 gəmiyə düşüb və aprel-may aylarında münaqişədən isə əvvəlki səviyyələrdən 20 faiz aşağı qalıb. Səudiyyə Ərəbistanındakı Yanbu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanları alternativ çıxış yolları kimi ortaya çıxıb, lakin onlar Hörmüz boğazını tam əvəz edə bilməyib.

“Rystad Energy” istehsal və ticarət axınlarında bərpanın qəfil artım əvəzinə tədricən “S əyrisi” prosesini izləyəcəyini proqnozlaşdırıb. Bildirilir ki, tankerlərin yenidən yerləşdirilməsi prosesin ilk maneəsini təşkil edəcək və Hörmüz boğazı yenidən açılsa belə, normal istehsal və logistika axınlarına qayıtma prosesi 2-3 həftə gecikəcək. İtirilmiş həcmlərin təxminən 85 faizinin oktyabr ayına qədər bərpa olunacağı gözlənilir. Lakin İraq və Küveytdəki istehsal sahələrindəki məhdudiyyətlər səbəbindən tam normallaşma 2027-ci ilin yanvar ayına qədər davam edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri