Icma.az
close
up
RU
Yaxın Şərqin taleyi həll edilir Qəzza üçün gözlənilməz sonluq

Yaxın Şərqin taleyi həll edilir Qəzza üçün gözlənilməz sonluq

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Vaşinqton Post nəşri Trampın Qəzzayla bağlı “Yaxın Şərqin rivyerası”nı dərc edib. İki milyon ərəbin köçürüləcəyi və bölgənin turizm zonasına çevriləcəyi qeyd edilib.  Bu planın reallıq dərəcəsi nə qədərdir? Bu cür kütləvi köçürülmə və ərazi dəyişiklikləri Yaxın Şərqdə siyasi və sosial baxımdan mümkün ola bilərmi?

Moderator.az-a danışan politoloq Polad Mehdiyev bildirib ki, “Yaxın Şərq rivyerası” ideyası — Qəzzanın 10 ilə yaxın ABŞ nəzarətində “trasti/kuratorluq” statusuna keçirilməsi, 2 milyona yaxın əhalinin “müvəqqəti və ya könüllü” köçürülməsi, sahilboyu turizm-texnoloji zona və rəqəmsal “torpaq tokenləri” kimi elementlərlə — kağız üzərində yazılan bir plan kimi var, amma siyasət, hüquq və logistika baxımından gerçəkləşmə ehtimalı hazırkı şərtlərdə çox aşağıdır.  Onun sözlərinə görə, belə ideyalar de-fakto kütləvi didərginlik riskini və humanitar böhranı daha da dərinləşdirir:

“Belə bir layihə beynəlxalq hüququn əsas prinsiplərinə – xüsusən də Cenevrə Konvensiyasının məcburi köçürməni qadağan edən müddəalarına ziddir.  Əhalinin öz torpağında qalmaq, öz doğma yurdunu tərk etməmək hüququ beynəlxalq hüquqla tanınmış təbii və ayrılmaz hüquqdur.  1949-cu il Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsi işğal olunmuş ərazilərdən fərdi və ya kütləvi məcburi köçürməni və deportasiyanı istənilən motivdən qadağan edir.   Roma Statutunun 7(1)(d) bəndi “deportasiya və ya məcburi köçürməni” insanlığa qarşı cinayət kimi müəyyənləşdirir; “forcibly” təkcə fiziki güc deyil, qorxu, təzyiq və “koersiv mühit”dən istifadəni də əhatə edir.   Digər tərəfdən “trasti/kuratorluq” ideyası - BMT Qəyyumluq sisteminin dirçəldilməsi həm siyasi, həm də prosedur baxımından real deyil. Belə rejim yalnız çoxtərəfli razılaşma və fələstinlilərin razılığı ilə mümkündür. Əks halda, de-yure status yaratmaq çətindir”. 

Politoloq qeyd edib ki, bu planın iqtisadi və logistik tərəfləri də əslində onu qeyri-real edir:

“Burada 70–100 milyard dollar dövlət, 35–65 milyard dollar özəl sərmayənin cəlb olunacağı iddia olunur. Amma belə bir miqyasda kapitalın müharibə gedən əraziyə yönəldilməsi çox çətindir. Çünki bölgə münaqişə zonasıdır, investisiyalar üçün sığorta imkanları yoxdur, əlavə olaraq sanksiya və siyasi risklər də yüksəkdir. Ən önəmlisi isə 2 milyona yaxın insanın köçürülməsi məsələsidir. Region ölkələri – xüsusilə Misir və İordaniya bu tip kütləvi köçürülmə ideyalarını qətiyyətlə rədd edir, BMT sistemində isə belə bir planın legitimləşdirilməsi praktik olaraq mümkünsüzdür. Deməli, nə iqtisadi, nə də logistik baxımdan planın reallaşması real görünmür. Əslində bu cür layihələr daha çox siyasi təzyiq vasitəsi kimi gündəmə gətirilir, çünki  icrası bir çox baxımdan real deyil”. 

Polad Mehdiyev sonra  vurğulayıb ki, ədalətli yanaşma yalnız fələstinlilərin hüquqlarının qorunması, onların öz torpaqlarında təhlükəsiz və azad yaşamaq imkanının bərpası, humanitar böhranın həlli və sülh prosesinin canlandırılmasıdır. İstənilən yenidənqurma və iqtisadi təşəbbüs yalnız fələstin xalqının iradəsi və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri