Icma.az
close
up
RU
“Yaxşı bal topla, nüfuzuma kölgə düşməsin” eyhamları ilə yetişən nəsil Daha bir qurban olmasın...

“Yaxşı bal topla, nüfuzuma kölgə düşməsin” eyhamları ilə yetişən nəsil Daha bir qurban olmasın...

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yenə imtahan, yenə intihar..
Bu günlərdə daha bir yeniyetmə imtahan uğursuzluğunun qurbanı oldu.
Məsələnin kökündə uşağın tay-tuşundan geri qalmasının üzüntüsü, valideynlərinin danlağı, məzəmməti, yoxsa ətrafdakıların müzakirəsi dayanır, deyə bilmərik.
Amma bilinən odur ki, uşaqlarımızın çiyninə çəkə biləcəklərindən daha ağır təhsil yükü qoyulub.
İki gün öncə naşir Müşfiq Xanın evdən qaçan 15 yaşlı oğlu Füzulinin valideynlərinə yazdığı məktubda “dərslərdən yorulmuşam, məni sıxır” deməsi bunu bir daha sübut elədi.
Yeniyetmə o qədər haqlıdır ki...
Əgər saat hesabı götürsək, hər həftə bu uşaqların 50-60 saatdan artıq dərs yükü var. Məktəbdəki dərslər bir yana, repetitor hazırlığı, ev tapşırıqları, bitmək bilməyən, uzun-uzadı testlər, əlavə vəsaitlər, sınaq imtahanları və s. Bu, yetkinlər üçün iş həftəsindən daha uzun bir zamandır.
Bunun da acı sonucu nəşəsiz, sevincsiz, aqressiv, yorğun böyüyən uşaqlardır. O uşaqlar ki, rəngbərəng xəyallarını gərgin və qaç-qovlu təhsil həyatına dəyişiblər. İndi onların bircə istəyi var: yemək və yatmaq.
Fərdi maraqlar, zövq verəcək məşğuliyyətlər, əyləncələr isə hər zaman ertələnir:
“Universitetə gir, sonra nə istəsən, eləyərsən”.
Beləcə, fiziki və psixoloji gərginlikdə - valideynlərin “müəllimlərə bir ətək pul tökürük” məzəmməti,  qohum-əqrəbanın “görək bu il nə göstərəcəksən” kimi ictimai nəzarəti, ən kiçik dəcəlliyi belə onlara bağışlamaq istəməyən cəmiyyətin qınaqları və hazırlıq müəllimlərinin “yaxşı bal topla, nüfuzuma kölgə düşməsin” eyhamları ilə yorğun nəsil yetişir.
Tədqiqatlara görə, elmi zövq almadan, öhdəlik kimi mənimsəyən uşaqlar çox zaman illər sonra “uğursuz böyüklər”ə çevrilirlər.
Bir mövqedə qərar tutmayan, iş yerini tez-tez dəyişən, mühitə gec adaptasiya olunan və hətta kiçik cinayətlər törədə bilən insan olurlar.

Sözsüz, hazırkı şagird illər öncəkindən qat-qat fərqli, modern, yeniliklərə açıq və daha intellektual olmalıdır.

Amma bu yük, rəqabət və stress onları əsəbi, hövsələsiz, depressiv və tükənmiş birinə çevirəcəksə, demək, nəsə yolunda deyil. Tədrisdə, təhsildə, öyrətmədə əksiklik var.

Mütəxəssislər deyir ki, intellektə yönələn diqqət, səylər emosional vəziyyətə dəyişməlidir və təhsil üçbucağının - nazirlik, məktəb və valideynin müştərək, fərqli işbirliyinin yeni, daha rahat yolları düşünülməlidir. Müəllimlik görəvi uşaqların ovqatını, psixoloji durumunu hiss edən insanlara həvalə edilməlidir.

Uşaqların yükü azaldılmalıdır!
Çünki biz övladlarımızın çağdaş dünyanın çağırışlarına hazır, zəkalı olduğu qədər gülümsəyən, məmnun görmək istəyirik.
Lütfən, onların əyləncəsini və gülüşünü geri qaytarın!
Rəna Cumaqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Mart 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri