Icma.az
close
up
RU
Yaxşı maaş üçün hansı ixtisasları seçmək lazımdır?

Yaxşı maaş üçün hansı ixtisasları seçmək lazımdır?

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali məktəblərə ixtisas seçiminin yekunlaşmasına sayılı günlər qalıb. Demək olar ki, hər gün sosial şəbəkələrdə valideynlərin, abituriyentlərin seçimlərini paylaşaraq, insanlardan “Necə seçilib? Qəbul şansım var? Kəsilmərəm ki?” suallarına cavab istəyirlər. Baxanda görürsən ki, ixtisasların çoxu sadəcə “qəbul olum”,-deyə seçilib. O sahələrdə iş imkanı isə çox zəifdir.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Lent.az-a açıqlamasında ixtisas qrupları üzrə maaşı və tələbatı yüksək, həmçinin aşağı olan ixtisaslar barədə danışıb.

“Bir çox abituriyent yüksək bal toplasa da, ixtisas seçimindən sonra peşman olur. Onların ya iş sahəsində gözləntiləri qarşılanmır, ya da ümumiyyətlə iş tapmırlar.

I ixtisas qrupunda informasiya texnologiyaları, təbiət elmləri, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarına tələbat çox yüksəkdir. Bu sahələrdə maaş yüksələn və artan dinamika ilə irəliləyir. Həmçinin dövlət və özəl sektorlarda iş tapmaq asandır, qlobal sahələrə çıxış imkanları var. Evdə oturaraq xarici şirkətlərə hər hansısa proqram yazmaqla da, maliyyə əldə etmək mümkündür.

Həmçinin bu ixtisas qrupundakı mühəndislik sahələrinə daxil olan elektronika, energetika və mexanika da tələbatlı ixtisaslardır. Burada maaş ortadan yuxarı doğru irəliləyir. Sahəsinin mütəxəssisi olanlar qətiyyən işsiz qalmırlar. Bunlardan fərqli olaraq neft-qaz mühəndisliyinə artıq əvvəlki tələbat yoxdur. Kimya mühəndisliyi isə məhz akademik yöndə çalışmaq istəyənlər üçün idealdır.

II ixtisas qrupunda isə iqtisadiyyat və idarəetmə ixtisaslarının kadrlarına ehtiyac çoxdur. Biznesin idarəedilməsi, rəqəmsal marketinq, iqtisadiyyat, maliyyə sahələrinə tələbat var, lakin burada diplom yox, əsas şərt praktiki bacarıqdır. Əmək haqqı bağlanğıc üçün orta, zamanla isə yüksələndir. Bu qrupdakı menecment ixtisası aşağı tələbatlıdır, həmçinin bu sahədə işləmək üçün mütləq ixtisaslaşma lazımdır. Dövlət və bələdiyyə idarəedilməsində isə iş tapmaq çətindir.

III ixtisas qrupunda hüquqşünaslığa yüksək bilik tələb olunur, tələbat isə həmişə yüksəkdir, lakin rəqabət olduqca çoxdur. Dövlət sektorunda çalışmaq çətindir, əlavə imtahan və praktika tələb olunur.

Filologiya az gəlirli sahədir. Tarix, kitabxanaçılıq, fəlsəfə kimi ixtisaslara tələbat çox aşağıdır, iş tapmaq demək olar ki, mümkünsüzdür. Vakansiyalar üzrə maaşlar əlverişli deyil. Bu ixtisaslara həqiqi maraq yoxdursa, yalnız bala uyğun seçim düzgün deyil.

IV ixtisas qrupunda tibb, stomatologiya, əczaçılıq ixtisaslarına tələbat çox yüksəkdir, amma uzunmüddətli və çətin təhsil yolu var. Maaş yaxşı olsa da, dövlət müəssisələrində bir qədər aşağıdır. Bu ixtisasları bitirib, özəl klinikalarda işləmək daha məqsədəuyğundur. Bu qrupda biologiya, kimya kimi ixtisaslarda isə tələbat zəifdir.

Ümumiyyətlə, hansı ixtisas qrupu olmasından asılı olmayaraq, seçim edərkən diploma yox, bacarığa önəm vermək lazımdır. İxtisasın adına yox, gələcəkdə hansı iş imkanları verə biləcəyinə fikir vermək lazımdır. Ən yaxşı ixtisas şəxsin maraqlarına uyğun seçiləndir, amma bu rahatdır deyə yox, real tələbat və gəlir imkanlarına görə olmalıdır”,-deyə ekspert fikrini yekunlaşdırıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri