Icma.az
close
up
RU
Yaxşı sürücü qışda tanınar Yolda qalmaq istəməyənlər üçün vacib qaydalar

Yaxşı sürücü qışda tanınar Yolda qalmaq istəməyənlər üçün vacib qaydalar

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkədə keçən cari mövsümünə xarakterik olmayan hava şəraitindən sonra artıq bir neçə gündür payız-qış mövsümü özünü hiss etdirməyə başlayıb. Payız-qış mövsümünün gəlişi ilə isə hava şəraiti sürücülər üçün əlavə risklər yaradır. Soyuq, qar, buzlu və dumanlı hava şəraiti yalnız sürüş təhlükəsini artırmır, eyni zamanda avtomobilin texniki hazırlığının da vacib olduğunu aktuallaşdırır. Bu səbəbdən, yola çıxan hər bir sürücünün həm öz təhlükəsizliyini, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün müəyyən qaydalara riayət etməsi çox böyük əhəmiyyət kəsb edir.

Avtosfer.az xəbər verir ki, "Qaynarinfo" belə havalarda yola çıxan sürücülər ekspertlərin açıqladığı bir neçə əsas təhlükəsizlik qaydasını təqdim edir: 
Maşında daha az istifadə edin

Ekspertlər ilk olaraq vurğulayırlar ki, hava və yol şəraiti çətinləşdikdə ən təhlükəsiz davranış vacib olmadıqca maşından istifadə etməməkdir. Onlar bildirir ki, asfalt sürüşkən olduğu vəziyyətlərdə sürəti azaltmaq, ani sükan hərəkətləri, ani sürətlənmə və ani əyləc istifadə etmədən sabit bir sürüş təmin edin etmək lazımdır.  Xüsusi ilə yenicə avtomobil idarə etməyə başlayan sürücülər üçün hava və yol şəraiti çətinləşdikdə ən təhlükəsiz davranış avtomobil istifadə etməməkdir. Əgər işiniz səbəbilə avtomobil ilə çıxmaq məcburiyyəti yoxdursa, ən yaxşısı, belə havalarda ictimai nəqliyyatdan istifadə etməkdir.

Qış təkərləri vacibdir

Artıq mövsüm başlayarkən avtomobilinizin təkərlərini mövsümə uyğun dəyişmək lazımdır. Bəzi ölkələrdə bu hətta məcburi bir qaydadır. Qış təkərlərinin diş hündürlüyü minimum 4 mm olmalıdır. Qarlı havada yarana biləcək qəzanın qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də təkər zəncirinin olmasıdır. Bu zəncirlər işlək vəziyyətdə olmalıdır. Qeyd edək ki, bütün qar zənciri növlərinin istehsalçılarına görə maksimum sürət adətən 30 mph (48,28 km/s) təşkil edir. Bu, qarla örtülmüş yollarda təhlükəsiz sürüş təmin edir. Sürət həddinə riayət etmək, zəncirlərin yol səthinə zərər verməsinin qarşısını da alır.
Elektromobillərdə diqqət edilməli məqamlar

Ekspertlər mövsümlə bağlı elektrikli avtomobil istifadəçilərinə də xəbərdarlıq edir.  Onlar bildirir ki, avtomobilin isitmə sistemini yoxlamaq çox vacibdir. Həmçinin tamamilə enerjisiz yolda qalmamaq üçün şarj stansiyalarının ünvanlarını əvvəldən müəyyən etmək lazımdır.
Səhər saatlarına diqqət edin

Nəqliyyat ekspertləri vurğulayır ki, xüsusi ilə səhər saatlarında asfaltın sürüşkən olduğu vaxtda təhlükənin qarşısının alınmasında ən yaxşı üsullardan biri sürət həddinin aşağı salınmasıdır. Unutmayın, sizin üçün çətin olan şərait, digər sürücülər üçün də çətindir deməkdir.  Asfaltın sürüşkən olduğu vaxtlarda sürətinizi azaldın, ani sükan hərəkətləri etməyin, ani sürətlənmə və ani əyləc etmədən sabit bir sürüş təmin edin. Özünüz üçün təhlükəsizlik məsafəsi saxlayın. Təhlükəsiz məsafə üçün sürətinizin yarısı metr hesabı çətin ola bilər, amma qanuni sürət limitlərində və quru, açıq havada 3–4 saniyə sayaraq önünüzdəki avtomobildən uzaqda olmalısınız. Yerin yaş, sürüşkən və ya bərbad olduğu, havanın dumanlı olduğu hallarda bu məsafə 6–8 saniyəyə qədər artırılmalıdır.
 Diqqət rula - kənar maneələrdən uzaq durun

İstər qarlı havalarda, istərsə də digər günlərdə sürücülərin diqqətini dağıdan əsas maneələrdən biri mobil telefonlardan istifadədir. Çünki telefonlardan istifadə zamanı ani diqqət yayğınlığı baş verir ki, bu da ölümlə nəticələnən qəzalara da səbəb ola bilir. Unutmayın, avtomobilinizi qış mövsümünə hazırlamaq sizin və insanların həyatı üçün çox vacibdir.  Soyuq havalarda yola çıxarkən ilk olaraq avtomobilinizin təhlükəsiz sürüş üçün hazır olduğundan əmin olun. Yola çıxmazdan əvvəl avtomobilinizi diqqətlə yoxlayın. Bundan başqa, yola çıxarkən avtomobilinizin şüşə silənlərinin işlək olmasına və suya antifriz qatılmasına diqqət edin.. Qışda antifrizsiz su donar və sürücünü çətin vəziyyətə salır. Antifrizdən sonra ön və arxa şüşələri təmizləyin. Avtomobilin üstündə qalan qar sürüş zamanı ön şüşəni bağlaya bilər, bunu üçün uyğun vasitələrdən istifadə edin”.

Avtomobilinizi yola çıxmağa hazırlamaq üçün ayıracağınız vaxt və xərclər qəza və ya yolda qalma zamanı çəkəcəyiniz vaxt və xərclərdən çox az olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri