Icma.az
close
up
RU
“Yay Fest 2025” üçün qeydiyyat başlayıb

“Yay Fest 2025” üçün qeydiyyat başlayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycanın ən böyük və sevilən gənclər festivalı olan “Yay Fest 2025” üçün qeydiyyat açıq elan edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Yay Fest” hər il gənclər arasında şəbəkələşmənin gücləndirilməsi, yeni dostluqların qazanılması və vətəndaş cəmiyyətinə töhfə verəcək təşəbbüslərin formalaşması baxımından unikal imkanlar yaradır. Bu il “Konstitusiya və Suverenlik İli”nə həsr olunan festival Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda təşkil olunacaq.

Ənənə halını alan və 5-ci dəfədir ki, keçirilən festivalın məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində genişmiqyaslı və sistemli maarifləndirmə işinin aparılması, Qarabağ Zəfərinin 5 illiyinin qeyd edilməsi, gənclərin milli ruhunun artırılması, onların milli ideoloji hazırlığının gücləndirilməsi və hüquqi biliklərinin artırılmasıdır.

7 iyul-29 avqust tarixlərini əhatə edəcək festival çərçivəsində “Milli-mənəvi dəyərlər” (“Milli kimlik”), “Həmrəylik”, “Humanizm”, “Ədalət və qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi”, “Qalib diplomatiya” adlı 8 ardıcıl düşərgə təşkil olunacaq. Festivalda ümumilikdə 2 mindən çox gəncin iştirakı nəzərdə tutulub. Düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən təmin ediləcək.

Çadır tipli düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada müxtəlif mövzular üzrə dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələr, “Konstitusiya və suverenlik” mövzusunda maarifləndirici sessiyalar, peşəkar təlimlər, idman yarışları, əyləncəli və intellektual oyunlar, master-klasslar, vörkşoplar, konsert proqramı və s. təşkil olunacaq.

Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək düşərgədə iştirak üçün seçimlərə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arasında olan və ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri