Yay Fest 2026 çərçivəsində Şuşa fləşmobu keçirilib
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Gənclər Fondunun dəstəyi keçirilən Yay Fest 2026-nın "Müasir Şəhərlər və Texnologiya" düşərgəsi çərçivəsində "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Şuşaya həsr olunmuş fləşmob keçirilib.
525.az xəbər verir ki, fləşmobun keçirilməsində əsas məqsəd keçmişin zəngin irsini gələcəyə daşımaq, gənclərdə tarixi və mədəni irsə bağlılıq hissini gücləndirmək, milli kimlik şüurunu təşviq etmək, həmçinin keçmişdən gələcəyə uzanan inkişaf baxışını formalaşdırmaq olub.
Düşərgə iştirakçılarının fəal iştirakı ilə ərsəyə gələn fləşmob birlik, həmrəylik və ortaq dəyərlərin təcəssümü kimi diqqət çəkib. Hazırlanan kompozisiya Şuşanın Azərbaycanın tarixi yaddaşındakı və mədəni irsindəki müstəsna yerini, eyni zamanda gələcəyə inam və inkişaf ideyasını simvolik şəkildə ifadə edib.
Qeyd edək ki, Yay Fest 2026-nın "Müasir Şəhərlər və Texnologiya" düşərgəsi gənclərin şəhərsalma, memarlıq, innovasiya, süni intellekt və dayanıqlı inkişaf sahələrində bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 05 Avqust 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















