Icma.az
close
up
RU
Keyfiyyətsiz geyimlərin artmasının əsas səbəbi NƏDİR? EKSPERT RƏYİ

Keyfiyyətsiz geyimlərin artmasının əsas səbəbi NƏDİR? EKSPERT RƏYİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Son onilliklərdə geyim sənayesi sürətlə “fast fashion”, yəni “tez moda” modelinə keçib. Bu modelin mahiyyəti -geyimləri çox ucuz, kütləvi və qısa ömürlü şəkildə istehsal etməkdir. Dünyada hər il 100 milyarddan çox geyim istehsal olunur. Onların çoxu Çin, Banqladeş, Hindistan, Pakistan və Vyetnamda az əmək haqqı ilə çalışan işçilər tərəfindən tikilir. Keyfiyyətə nəzarət çox zəifdir, çünki əsas məqsəd sürətli satış və ucuz qiymətdir. Bu səbəbdən də geyimlər tez deşilir, rəngi solur, bəzən isə dəri allergiyası, qıcıqlanma kimi sağlamlıq fəsadlarına yol açır.

Azərbaycandakı vəziyyət: Azərbaycanda bazar iqtisadiyyatı azaddır, yəni malın idxalına ciddi keyfiyyət nəzarəti mexanizmi yoxdur. Gömrükdə əsasən sənədlər, rüsum və vergi hissəsi yoxlanılır. 2023-cü ildə ölkəyə 415 milyon ABŞ dolları dəyərində geyim idxal olunub, bu da əvvəlki ildən 42% çoxdur. İdxalın böyük hissəsi Türkiyə, Çin və Özbəkistandan gəlir. Lakin bu geyimlərin keyfiyyəti ilə bağlı rəsmi yoxlama və ya şikayət statistikası aparılmır. Yəni, bazara daxil olan məhsulun sağlamlıq üçün təhlükəli olub-olmaması, dəridə allergiya yaradıb-yaratmaması praktik olaraq izlənilmir.

Məsələyə münasibət bildirən Yeni Yazarlar İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, müasir dünyada geyim artıq təkcə zəruri ehtiyac deyil, həm də sosial statusun, estetik zövqün və fərdi kimliyin göstəricisinə çevrilmişdir:

"Bu sahədə həm dünya bazarında, həm də Azərbaycanda ciddi problemlər mövcuddur. Geyim mədəniyyətinin səviyyəsi, insanların geyim seçimindəki baxış bucağı, keyfiyyətə və uyğunluğa olan münasibət hələ də istənilən səviyyədə deyil. Azərbaycan cəmiyyətində geyim mədəniyyəti, təəssüf ki, çox vaxt səthi yanaşma ilə müşahidə olunur. İnsanlar çox zaman geyimin funksional və estetik tərəflərinə deyil, onun zahiri parıltısına və dəbə uyğunluğuna üstünlük verirlər. Nəticədə ziyafətdə cins şalvar geyinən xanımlardan, yas mərasiminə uyğun olmayan geyimlə gələn insanlara qədər fərqli, lakin mədəni baxımdan uyğunsuz geyim nümunələri ilə tez-tez rastlaşmaq mümkündür. Əslində geyim sadəcə bədəni örtən bir paltar deyil o, insanın yaşadığı mühitə, iqlimə, sosial mövqeyə və bədən quruluşuna uyğun şəkildə seçilməlidir. Təbii materiallardan: pambıq, yun, ipək kimi xammallardan hazırlanan geyimlər sağlamlıq və komfort baxımından daha üstündür. Lakin sürətlə inkişaf edən sənaye və nano texnologiyalar nəticəsində, xüsusən Çin və digər Asiya ölkələrindən gətirilən sintetik və yarı-sintetik materiallar dünya bazarında üstünlük qazanmışdır.

XX əsrin əvvəllərində dünya əhalisinin sayı 1–2 milyard olduğu halda, bu gün 8 milyardı keçmişdir. Bu qədər insanın geyim tələbatını yalnız təbii xammalla ödəmək real deyil. Məsələn, bir pambıq parça istehsalı üçün böyük su, enerji və əmək resursu tələb olunur. Buna görə də sənaye ucuz, lakin ekoloji və tibbi baxımdan təhlükəli olan sintetik materiallara üstünlük verir. Azərbaycanda geyim bazarı da bu qlobal tendensiyalardan kənarda qalmamışdır. Özbəkistan, Hindistan, Pakistan, Türkiyə, Rusiya və Ukraynadan gətirilən paltarların böyük hissəsi keyfiyyət baxımından nəzarətdən tam keçmir. Çünki ölkədə idxal olunan geyim partiyalarının hər biri texniki cəhətdən yoxlanıla bilmir, yalnız nümunəvi şəkildə analiz edilir. Bu isə bazarda keyfiyyətsiz, mənşəyi müəmmalı məhsulların çoxalmasına səbəb olur.

Digər tərəfdən, alıcıların geyim seçimi də problemlidir. İnsanlar geyimin tərkibinə, bədənə uyğunluğuna və sağlamlıq təsirinə diqqət yetirmək əvəzinə, televiziya və sosial şəbəkələrdə gördükləri dəbə kor-koranə tabe olurlar. Halbuki, geyimin əsas funksiyası bədəni xarici təsirlərdən qorumaq, nəfəs almasına imkan yaratmaq və komfort təmin etməkdir. Minimalizm anlayışı artıq qlobal moda mədəniyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu yanaşma geyimdə sadəlik, funksionallıq və ekoloji məsuliyyət prinsiplərini önə çəkir. Təəssüf ki, Azərbaycanda bu tendensiya hələ geniş yayılmayıb. İstehlakçılar hələ də çoxlu sayda, lakin keyfiyyətsiz geyim almağa üstünlük verirlər. Bu vəziyyət həm insan orqanizminə, həm də ətraf mühitə zərər verir. Sintetik parçalarda istifadə olunan kimyəvi boyalar və maddələr allergiya, dəri xəstəlikləri və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Hər yeni geyim istehsalı isə su, enerji və resurs sərfiyyatını artıraraq planetin ekoloji balansına mənfi təsir göstərir.

Geyimə münasibət həm fərdi, həm də ictimai səviyyədə dəyişməlidir. İnsanlar daha çox maarifləndirilməli, geyim alarkən keyfiyyət, uyğunluq və ekoloji təhlükəsizlik kimi meyarlara diqqət yetirməlidirlər. Həm dövlət qurumları, həm də media bu sahədə maarifləndirici addımlar atmalıdır. Geyim insanı varlı və ya ağıllı göstərmək üçün deyil, onun şəxsiyyətini və zövqünü təbii, sadə və sağlam şəkildə əks etdirmək üçün vasitədir. Hər yeni geyim həm məsuliyyət, həm də seçim mədəniyyəti tələb edir”.

Mövzu ilə bağlı Azad İstehsalçılar Birliyinin sədri Əyyub Hüseynov isə deyib ki, bugün artıq iqtisadiyyat qlobal səviyyədə tam inteqrasiya olunmuş bir sistemə çevrilib. Artıq “yerli bazar” anlayışı öz əvvəlki mənasını itirib, çünki bu gün dünyanın istənilən nöqtəsində istehsal olunan mal, bir neçə gün, hətta saat ərzində başqa bir ölkənin bazarına daxil ola bilir. Bu proses qloballaşma və azad bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunur: "Azad bazar iqtisadiyyatı o deməkdir ki, istehsalçılar və ticarətçilər bazara dövlətin birbaşa müdaxiləsi olmadan daxil ola, mallarını istədikləri qiymət və istiqamətdə sata bilirlər. Bu sistemdə əsas məqsəd rəqabət və mənfəətdir. Sahibkar harada satış və gəlir imkanı görürsə, dərhal həmin istiqamətə məhsul göndərməyə çalışır. Biznes qlobal aləmdə bir növ “dünyanı ovuc içində saxlayır” yəni, bazarın istiqamətini artıq dövlətlər deyil, tələb və təklif müəyyənləşdirir.

Azərbaycan da bu prosesin fəal iştirakçısıdır. Ölkə iqtisadiyyatı açıq bazar prinsipləri ilə fəaliyyət göstərir, xaricdən müxtəlif istehsal və sənaye malları, xüsusilə də geyim, məişət və elektronika məhsulları idxal olunur. Bu, bir tərəfdən bazarın müxtəlifliyini və rəqabət mühitini artırsa da, digər tərəfdən keyfiyyətə nəzarət məsələsində müəyyən problemlər yaradır.

Hazırda Azərbaycana idxal olunan bir çox mallar, o cümlədən Özbəkistan, Türkiyə, Çin və digər ölkələrdən gətirilən sənaye məhsulları gömrükdən əsasən sənədlərə və rüsum ödənişlərinə əsasən keçir. Yəni məhsulun sertifikatı, mənşə sənədi və vergi ödənişi varsa, onun fiziki və kimyəvi tərkibinə dair ayrıca laborator və texniki yoxlama aparılmır. Bu, bir növ beynəlxalq ticarət azadlığının nəticəsidir , çünki azad bazar şəraitində dövlətin müdaxiləsi minimum səviyyədə saxlanılır. Əslində, bu mexanizm bir çox hallarda effektiv işləyir. İdxal olunan sənaye mallarının əksəriyyəti ilə bağlı bu günə qədər ciddi kütləvi şikayətlər qeydə alınmayıb. Lakin bu, keyfiyyətə tam zəmanət demək deyil. Qlobal ticarət axınında malların miqdarı o qədər çoxdur ki, hər partiyanın tam yoxlanması texniki və iqtisadi cəhətdən mümkün olmur.

Bu vəziyyət azad bazarın həm üstün, həm də riskli tərəfini göstərir: dövlət azad ticarətə mane olmur, lakin eyni zamanda istehlakçının təhlükəsizliyinə dair nəzarəti də tam təmin edə bilmir. Məsələn, geyim sənayesində və bəzi istehsal sahələrində məhsulların keyfiyyəti, istifadə olunan kimyəvi maddələr və insan sağlamlığına təsiri məsələləri çox vaxt istehsalçı ölkənin standartlarına əsaslanır. Halbuki bu standartlar ölkədən-ölkəyə dəyişir və bəzən istehlakçı üçün risk yaradır. Bu səbəbdən, azad bazar şəraitində keyfiyyətə ictimai nəzarət və maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Əgər dövlət hər məhsulu texniki olaraq yoxlaya bilmirsə, bu halda istehlakçının məlumatlılığı və seçimi ön plana çıxmalıdır. İnsanlar nə alır, haradan alır, məhsulun mənşəyi nədir bunları bilməlidir.

Azad bazar iqtisadiyyatı təkcə pul qazanmaq və ticarət etmək sistemi deyil. O, həm də məsuliyyətli istehlak, etik biznes davranışı və keyfiyyətli məhsul istehsalı prinsiplərini tələb edir. Əks halda, iqtisadi azadlıq, sosial məsuliyyətsizliyə çevrilə bilər”.

Müəllif: Günay Hacıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri