Icma.az
close
up
RU
Yayılmış qadın probleminin xalq təbabəti vasitələrlə ÇARƏSİ

Yayılmış qadın probleminin xalq təbabəti vasitələrlə ÇARƏSİ

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Qardnerellyoz və ya bakterial vaginoz ginekoloji xəstəliklər arasında çox geniş yayılmışdır.

Gardnerella vaginalis bakteriyaları hər bir sağlam qadının uşaqlıq yolunun normal mikroflorasının tərkibində var, lakin laktobakteriyalar ilə balans halında olduğundan xəstəlik törətmir. Laktobakteriyaların sayının azalması ilə müşayiət olunan hallar zamanı disbalans yaranır və xəstəlik əlamətləri baş qaldırır.

Səbəbləri

- Cinsi partnyorların tez-tez dəyişilməsi;
- Antibiotiklərin uzun müddət ərzində qəbulu;
- Bağırsaq disbakteriozu;
- Birdəfəlik qadın bezlərinin uzunmüddətli istifadəsi;
- Aybaşı zamanı gigiyenik qaydaların pozulması;
- Hormonal disbalans;
- Sintetik alt paltarlarının geyilməsi;
- İmmundefisit hallar.

Əlamətləri

Əsas və yeganə əlaməti – uşaqlıq yolundan çoxlu miqdarda eynicinsli, bozumtul və ya sarımtıl-ağ rəngli, xoşagəlməz və iylənmiş balıq iyli ifrazatın gəlməsidir. Həmçinin sidiyəgetmə və cinsi akt zamanı uşaqlıq yolunda qaşınma, yanma kimi hallar da baş verir.

Xalq təbabəti reseptləri

Yuyunma vasitələri

- Hərəsindən 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri, düzqalxan qaytarma və bağayarpağı yarpağı qarışdırılır, üzərinə 1 litr qaynar su əlavə edilir, yarım saat dəmlənərək süzülür. Gündə iki dəfə – səhər və axşam uşaqlıq yolu yuyulur.
- 1 xörək qaşığı palıd qabığı üzərinə 200 ml qaynar su əlavə edilir, qaynar su hamamında 10 dəqiqə saxlanır, sonra dəmləmə termosa tökülərək daha 3 saat dəmlənir, soyudulur, süzülür. 7 gün axşamlar uşaqlıq yolu yuyulur.
- 1 xörək qaşığı meşə gilası üzərinə 300-400 ml su əlavə edilir, yüksək temperaturda qaynayana qədər saxlanır, sonra temperatur azaldılaraq 20 dəqiqə vam ocaqda dəmlənir, soyudulur və süzülür. 1 həftə hər gün uşaqlıq yolu həmin məhlulla yuyulur.
- 5 filtr-bağlama Profemin çayı üzərinə 500 ml qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlənilərək soyudulur. Səhər və axşam uşaqlıq yoluna şırınqa edilir.
- 5 hisə çobanyastığı çiçəkləri, 5 hissə qoz yarpaqları, hərəsindən 3 hissə adaçayı yarpaqları və əməköməci otu,  2 hissə palıd qabığı qarışdırılır, qarışıqdan 2 çay qaşığı üzərinə 1 litr qaynar su əlavə edilir, 30 dəqiqə qaynadılır, soyudulandan sonra süzülür. Həftədə 2 dəfə uşaqlıq yolu yuyulur.
- Hərəsindən 3 hissə dəvədabanı yarpaqları və ardıc meyvəsi, hərəsindən 2 hissə solmazçiçəyi, çölqatırquyruğu, xəşəmbül, evkalipt və armudgülü qarışdırılır, qarışıqdan 1 çay qaşığı üzərinə 1 stəkan qaynar su əlavə eildir, 30 dəqiqə dəmlənir. 2-3 həftə günaşırı uşaqlıq yolu yuyulur.
Tampon
- Əzvay şirəsi 1:1-ə nisbətində Fitooil Çaytikanı yağı ilə qarışdırılır, hazır gigiyenik və ya steril tənzifdən hazırlanan tampon həmin qarışıqda isladılır, yatmazdan əvvəl uşaqlıq yoluna qoyularaq 7-8 saat saxlanır.

Oturaq vannalar

- 250 qram palıd qabığı üzərinə çıxana qədər soyuq suda 3-4 saat isladılır, sonra qarışıq 20 dəqiqə qaynadılır, süzülür və əvvəlcədən hazırlanmış vannaya tökülərək 20-30 dəqiqə oturaraq vanna qəbul edilir.
- Eyni miqdarda vələmir samanı, qoz yarpaqları, ardıc meyvəsi, palıd qabığı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə çıxana qədər qaynar su əlavə edilir, 45 dəqiqə bişirilərək, süzülür. Əvvəlcədən hazırlanmış vannaya əlavə edilir.
- Yarım litr qaynar suya 2 xörək qaşığı çiçək balı əlavə edilir, əvvəlcədən hazırlanmılş vannaya əlavə edilir.
İmmun sistemi möhkəmləndirən vasitələr
- 2 filtr-bağlama İmmunotea çayı 200 ml qaynar suda 15-20 dəqiqə dəmlənir. Gündə 3 dəfə yeməkdən əvvəl 200 ml qəbul edilir.
- 2 stəkan albalı meyvələri tumlardan təmizlənir, əzilir. 1 ədəd heyva, 2 ədəd alma və 1 ədəd limon qabıqlı şəkildə sürtgəcdən keçirilir, 10 diş sarımsaq. Sarımsaq əzilir, qarışdırılır və üzərinə 9 stəkan qaynar su əlavə edilir, ağzı bağlı qabda yarım saat dəmlənir. Gündə 4 dəfə 100 ml qəbul edilir.
- Gündə 2 dəfə səhər və günorta 1 xörək qaşığı Şəfa şərbəti qəbul edilir.
- 2 xörək qaşığı qurudulmuş quşarmudu meyvələri üzərinə 400 ml su əlavə edilir, qaynama həddinə qədər çatdırılır və zəif ocaqda 15 dəqiqə bişirilir. Üzərinə 2 çay qaşığı bal əlavə edilərək bir qədər qaynadılır, gündə 4 dəfə 1 xörək qaşığı yeyilir.
Mənbə: "Herba Flora" jurnalı


Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri