Icma.az
close
up
RU
Yaz sağlamlıq və gümrahlıq gətirir

Yaz sağlamlıq və gümrahlıq gətirir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəs nasazlıqların artması nədəndir?

Bahar süstlüyü yazın başlaması ilə bağlı yorğunluq, güc itkisi və ya depressiya vəziyyətidir. Bu halın isti temperaturlara orqanizmin reaksiyası nəticəsində yaranması mümkündür və allergiya, yaxud əks-mövsümi pozuntu kimi tibbi əsaslara malik ola bilər. Rusiyalı professor Tatyana Petrova bahar yorğunluğundan danışarkən deyib: “Bu hala vitamin, əsasən, vitamin D çatışmazlığı, orqanizmin qışda normadan kənar istehsal etdiyi melatonin artıqlığı, fəsillərin dəyişməsinə reaksiya xasdır. Bu zaman sinir, immun və endokrin sisteminin fəaliyyəti dəyişir.

Professor onu da bildirib ki, emosional olaraq qeyri-sabit, xroniki xəstəlikləri və tükənmişlik sindromu olan insanlar yazda orqanizmdə baş verən dəyişikliklərə adekvat reaksiya verə bilmirlər. Bu fəsildə onların həyatında daim narahatlıq olur. Belə süstlüyə günəş işığı ən təsirli kömək hesab edilir. Günəş fiziki və ruhi sağlamlığı dəstəkləyir, enerji və əhval-ruhiyyə yaradır. İşıq terapiyası insana bioritmlərinin tənzimlənməsini sürətləndirməyə, enerji səviyyələrini və əhval-ruhiyyəsini yüksəltməyə və yorğunluğu azaltmağa kömək edə bilər. Qışdan sonra təbiətin yaşıl rəngləri gözləri rahatladır və beyini dincəldir. Qadınlarda estrogenlərin, kişilərdə isə androgenlərin ifrazı artır.

Diaqnoz olmayanda yaz yorğunluğu xəstəliyin əlamətlərindən hesab edilmir. Sağlam insan buna tez uyğunlaşır. Bununla belə, fəsillərin dəyişməsindən təsirlənən insanlar xəstəliklərin mövsümi kəskinləşməsini yaşayırlar. Belə insanlar üçün bu dövr çox çətin ola bilər.

Bizim ölkəmizdə necədir? Belə hallarla bağlı həkimə müraciət edən olurmu? Tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva XQ-yə müsahibəsində xroniki yorğunluq sindromundan bəhs etdi:

– XX əsrin tibb təcrübəsində kəşf olunan xəstəliklərdən biri kimi xroniki yorğunluğun etiologiyası tam şəkildə məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verib, lakin bu günə qədər xəstəlik haqqında xeyli müəmmalar mövcuddur.

Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilib. Bu xəstəlik gənc ali təhsilli insanlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada “cavan karyeristlərin qripi” də adlandırıblar. ABŞ-da müxtəlif yaşlarda olan gənc və yaşlılar üzərində aparılan araşdırmalara əsasən, ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir.

– Doktor, xəstəlik özünü necə göstərir?

– Xəstəliyin klinikasından danışanda öncə onu deməliyik ki, psixoterapevtlərin fikrincə, əgər insan gün ərzində 10 saatdan çox iş barədə fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu sindromun yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssislərin fikrincə, xroniki yorğunluq sindromu immun-əsəb sisteminin pozulması ilə yaranır. Xəstəliyin səciyyəvi cəhətləri kimi insanın özünü daim yorğun hiss etməsi, uzun müddət istirahət etməsinə baxmayaraq, bu halın keçməməsi göstərilir. Bir az konkretləşdirərək əsas əlamətlər kimi tez yorulmanı, diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar və tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren tutmaları, yuxunun pozulması – gecələr yuxusuzluq, gündüzlər yuxulama hallarını göstərmək olar.

Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir, onlar əmək qabiliyyətini artırmaq məqsədilə psixostimulyatorlar, gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər. Bəzi xəstələr isə çıxış yolunu gündüzlər siqaret çəkməkdə, gecələr isə əsəb-psixi oyanıqlığı aradan qaldırmaq üçün spirtli içkilər qəbul etməkdə görürlər ki, bu da xəstəliyin gedişini daha da ağırlaşdırır, bəzi hallarda alkoqoldan asılılığa gətirib çıxarır. Eləcə də bir qrup insanlarda çəkinin azalması, azhərəkətli həyat tərzi sürən imkanlı şəxslərdə isə əksinə, 1–2-ci dərəcəli piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və onurğa sütunu əzələlərində uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval-ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzən isə təlaş da xəstəlik üçün səciyyəvidir. Belə xəstələr, adətən, tez-tez depressiyaya düşür, yalqız qalmaq istəyirlər, saçları tökülür, barmaq izləri yox olur.

– Xroniki yorğunluğun yaranma səbəbləri və əlamətləri hansılardır?

– Şəkərli diabet, böyrəküstü vəz problemləri, mineral və vitamin çatışmazlığı, qan azlığı, revmatizm, xroniki bağırsaq xəstəlikləri, depressiya, iş stresi, infeksiya, müxtəlif mənşəli yaralar xroniki yorğunluğu yaradan başlıca səbəblərdir. Xəstəliyin əsas simptomları kimi – baş ağrısı, daimi gərginlik, depressiya, arterial hipertoniya, impotensiya, əzələ ağrıları, yuxululuq və yuxusuzluq hissi, mədə-bağırsağın funksional pozğunluğunu misal göstərə bilərik.

Pasiyentlərin çoxu belə halsızlığın hər hansı xəstəliyin təsirindən yarandığını düşünərək xroniki yorğunluq sindromunun başlamasından şübhələnmirlər. Yorğunluğu, halsızlığı digər orqanlarda baş verən dəyişikliklərlə əlaqələndirirlər.

– Xəstəliyə məruz qalmamaq üçün nə edək? Nə tövsiyə edirsiniz?

– Konfliktdən uzaq durmaq, hər şeyə müsbət tərəfdən yanaşmaq, özünü sevmək və təmiz havada gəzməkdən çəkinməmək, sifəti soyuq su ilə yumaq, hər gün havada 1–1,5 saat gəzmək, ən nəhayət və vacib olan – həftə sonlarını təbiət qoynunda keçirmək lazımdır.

Tövsiyəm odur ki, iş və istirahət rejimində yaşayın, eyni vaxtda oyanıb, eyni saatda yatın, əsəbləşməyin və idmanla məşğul olun. Unutmayın ki, yuxu və oyaqlığın balanslaşdırılmış növbəsi hormonların düzgün ifrazını dəstəkləyir və bu, ümumi rifaha təsir edir.

İdman bədənə lazım olan hormonların – endorfin, dofamin və serotoninin səviyyəsini artırmağa və saxlamağa imkan verəcək. Sağlam qidalanmaq və spirtli içkiləri azaltmaq yazda rifahı xeyli yaxşılaşdırır. Eləcə də bol maye qəbul etmək, mövsümi meyvə-tərəvəzlərə üstünlük vermək nəinki xroniki yorğunluq yaranmasının qarşısını alır, hətta sindromu aradan qaldırır.

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see431

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see385

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see365

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see305

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see289

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see289

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see286

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see276

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see262

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see262

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see261

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see232

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see230

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see226

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see211

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see200

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see197

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see181

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri