Icma.az
close
up
RU
Yazda sular qaynayır, təzyiq isə “oynayır”

Yazda sular qaynayır, təzyiq isə “oynayır”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaz ürək və qan damarları ilə bağlı təhlükənin artdığı fəsildir. Kardioloqların fikrincə, məhz yazda təzyiq böhranları, infarktlar daha çox müşahidə edilir. Bəs nə səbəbdən ilin bu fəsli ürək və qan damarları üçün qorxulu hesab edilir? Terapevt Məlahət Məmmədova XQ-yə açıqlamasında bu suala belə cavab verdi:

– Yazda hava son dərəcə qeyri-sabit keçir. Adətən, səhər soyuq, gündüz isti, axşam isə yenidən soyuq ola bilir. Gün ərzində temperatur və atmosfer təzyiqindəki bu cür dəyişikliklər qan damarlarının tonuna təsir edərək onların daralmasına və ya əksinə, genişlənməsinə səbəb olur. Bunun da öz növbəsində, ürək-damar sisteminə əlavə stress yaratması və müxtəlif – hipertensif böhranlar (qan təzyiqində kəskin yüksəlmə), xroniki ürək çatmazlığının kəskinləşməsi kimi pozuntular yaratması mümkündür.

Qışdan sonra orqanizm ürək üçün vacib olan – qan təzyiqini və ürək ritmlərini tənzimləyən maqnezium, miokardın funksiyasını dəstəkləyən kalium, hipertoniya riski ilə əlaqələndirilən D vitamini, damarları iltihabdan qoruyan Omeqa-3 və digər maddələrin çatmazlığından əziyyət çəkir. Bu elementlərin azlığı qan damarlarının elastikliyini zəiflədir, stress və təzyiq dəyişikliklərinə daha həssas edir.

Yazda gündüz saatlarının artması ilə əlaqədar elə bil orqanizm yenidən qurulur. Xüsusilə, hormonların istehsalında əhəmiyyətli dəyişikliklər baş verir. Bu isə yuxunun keyfiyyətinə və sağlamlığın digər fizioloji əsaslarına təsir göstərir. Bədənin belə dəyişikliklərə uyğunlaşmaq üçün əlavə enerji sərf etməsi yorğunluğu artırır, əsəbilik, yuxu problemləri, həyəcan yaradır.

Həkim onu da vurğuladı ki, məhz yaz aylarında hipertoniya, ateroskleroz, ürək-damar xəstəlikləri (KD) və şəkərli diabet xəstələri özlərini daha zəif, yorğun və gərgin hiss edirlər:

– Bu patologiyalar temperatur və rütubət dəyişiklikləri ilə əlaqədar qan damarlarının spazmlara həssaslığını artırır, qan laxtalarının daha çox əmələ gəlməsinə səbəb olur və aritmiya yaradır.

Bahar istiliyinin gəlişi ilə bir çox insanlar iş yükünü kəskin şəkildə artırır. Məsələn, çalışmağa, idmanla məşğul olmağa və ya ümumi təmizliyə başlayırlar və açıq havada daha çox vaxt keçirirlər. Amma yadda saxlamaq lazımdır ki, belə vaxtlarda ürəyi və ya qan damarları sağlam olmayan bir insan qışda az hərəkət edirsə, qəfil yüklənmə və ya onların kəskin artması infarkt da daxil olmaqla bir çox təhlükəli pozuntulara yol aça bilər.

Yazda ürək və damarları qorumaq üçün öncə qan təzyiqinə nəzarət edilməlidir. Əgər hipertoniya və ya təzyiq dalğalanmalarına meyillisinizsə, hər gün, bir neçə dəfə qan təzyiqi ölçülməlidir. Gündəlik həyatda qəfil hərəkətlərdən, məsələn, yataqdan tez qalxmaq kimi adətdən çəkinmək lazımdır.

Həkimin tövsiyə etdiyi dərmanlar (antihipertenziv, antiplatelet agentləri) təyin edilmiş rejimə uyğun olaraq qəbul edilməlidir.

Ürək üçün düzgün qidalanmanın vacibliyini vurğulayan həkim sonra dedi:

– Yazda daha çox tərkibində maqnezium və kalium olan qidalar yemək lazımdır. Maqnezium sinir hüceyrələri üçün də vacibdir və enerji yaratmaqla zülalların, yağların və karbohidratların kimyəvi və bioloji dəyişikliklərini təmin edir. Kifayət qədər maqnezium olmadıqda, əzələlərdə enerji yığılmır, sinir sistemi, vəzilər, böyrəklər, əzələlər, beyin, ürək və damarlara pis təsir edir və xəstəliklər meydana gəlir.

Paxlalılar, soya unu, yaşıl yarpaqlı tərəvəzlər, bəkməz, balqabaq, qoz, şokolad, fıstıq, çuğundur yarpaqları, yulaf əzməsi, bişmiş kartof, kakao tozu, şüyüd, keşniş, adaçayı, kərəviz, reyhan, quru xardal, kəklikotu, razyana, tərxun, kimyon maqnezium tərkibli qidalardır.

Pəhrizdə Omeqa-3 doymamış yağ turşularının mənbələri – balıq, qoz-fındıq, bitki yağları, kətan toxumu və yağı, qırmızı mərci, xardal və dənələri olmalıdır. Amma gündə bir ovuc qoz, mərcimək, 2 xörək qaşığı kətan toxumu yağı içməklə orqanizmi Omeqa -3-lə təmin etmək mümkündür.

Duz qəbuluna ciddi nəzarət etmək lazımdır. Ondan gündə 5 qramdan çox istifadə düzgün hesab edilmir. Bu, onunla bağlıdır ki, duz bədəndə suyu saxlayır. Bu əlavə su isə qan damarlarının divarlarına təzyiq göstərir. Rasiona kalium tərkibli qida məhsullarının əlavə edilməsi qan təzyiqinin azaldılması üçün duzdan imtina edilməsi ilə müqayisədə daha səmərəli ola bilər. Pomidor püresi, maya, protein tozu, qızardılmış püstə, kişmiş, qarışıq quru meyvələr, gavalı, balqabaq toxumu, təzə cəfəri, səhər yeməyi üçün badam yağı, banan kaliumla zəngin qida məhsullarıdır.

Kifayət qədər – gündə 1,5 – 2 litr su içilməli və kofedən sui-istifadə edilməməlidir.

Oturaq həyat tərzinə son qoyulmalı, fiziki fəaliyyət artırılmalıdır. Yazda idmana başlamaq istəyənlər yadda saxlamalıdırlar ki, təlim keçməyiblərsə bədənin yüklənməsinə nəzarət edilməlidir. İdman hərəkətlərinə həkimin tövsiyəsi ilə yüngül hərəkətlərdən başlayıb, gün keçdikcə məşqlərin növünü və vaxtını artırmaq lazımdır.

Z.HÜSEYNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri