Icma.az
close
up
RU
Yazıçı Faruk Mustafa Paşanın hekayəsi

Yazıçı Faruk Mustafa Paşanın hekayəsi

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Faruk Mustafa Paşanın "Yazıçı" hekayəsini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

Suriyalı türkman nasir, publisist, araşdırmaçı, tərcüməçi, ictimai xadim Faruk Mustafa Paşa (1945-2015, 20 dekabr) Hələb vilayəti Gerablus rayonunun Mihriban Mirkan (Salva) kəndində anadan olub. Atasının xidməti vəzifəsiylə əlaqədar ölkənin bir sıra bölgələrində yaşayıb. Lazikiyə Jül Jamal Liseyini bitirib, İstanbul universitetinin ədəbiyyat, Hələb universitetinin hüquq fakültələrini bitirib, təhsilini Dəməşq Universitetində tamamlayıb (1967). Müəllimlik edib, 1971-ci ildən Hələb Universitetində müxtəlif vəzifələrdə çalışıb, Mədəniyyət Nazirliyinin Hələbdəki Baş Kitab İşləri Komitəsinin məsləhətçisi olub. Ərəb Yazıçılar Birliyinin üzvü olub, eyni zamanda, türkmanların hüquqlarının qorunması sahəsində xidmətlər göstərib.
Ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlayıb, məqalələri, qısa hekayələri təkcə Suruyada yox, Livan və Küveytdə də dərc olunub. Dədə Qorqud dastanlarını, X.E.Adıvar, Ə.Nesin, H.Taner, N.Hikmətin, F.Sümər, Nədim Gürselin əsərlərini ərəb dilinə çevirib və nəşr etdirib. “Orta sütun” adlı roman qələmə alıb.
Əsərləri ilə Suriya türkmanlarının mənəvi dirçəlişinə sanballı töhfə vermiş yazıçı kimi tanınır.

***

Lap qədimlərdən insanların həyat adlandırdıqları şey fitnədi...
Həyat - həyatın özündən, günün təfərrüatlarından, yaşayanlardan ibarətdi.
Həyat – fəlsəfədi!.. Çox gözəl...
Amma bundan uzaqlaşıb mənimlə maraqlanaq.
-Görmürsənmi, iş məni boğur? – Fatih dostundan soruşurdu.

-Başa düşdüm, sənin üçün neyləyə bilərəm?
Neçə illərdi masasının arxasında əyləşib, özünü işləyən kimi göstərə-göstərə vaxtını keçirir, qalstukunu heç taxmır, kostyumunun cibində gəzdirirdi.
Ayaqqabılarını nadir hallarda təmizləyirdi. İş nəzərə alınmasa, həmkarlarıyla nadir hallarda danışırdı, çox vaxt bayırın, küçənin, dənizin, bağın, qəhvəxananın rahatlığına doğru can atan rəhbərlikdən qaçır, kimsənin xəbəri olmadan gözdən yayınırdı.
Amma o, ancaq yazanda sözlər yardımına çatır, qəzetlərdə dərc edilməyə layiq olan mətn müqabilində oyana bilməyəcəyi sonsuz arzular içində boğulanda həmişə özünü yazıçı kimi hiss eləyirdi. Özünü başqalarına “Başlanğıcı cizgi” sərlövhəli həftəlik köşə yazıları yazıb dərc etdirməklə tanıdırdı.
Dostunun köşə yazısını oxumaq mərəzinə tutulmuş Fatih səlahiyyətlərini həddən artıq büruzə verən xəbərdaredici tərzdə sataşdığına görə tənqid eləmiş, amma onun dəfələrlə eyni xəbərdarlıqla hələ də gündəlik məsələləri çeynəməkdən əl çəkməsinə nail ola bilməmişdi.
-Köşə yazısı yumor hissinə, lağlağı tənqdə ehtiyac duyur.
-Qəzetə köşə yazısı yazmaq söz oyununda ustalaşmalı olan sehirbaz meydanına oxşayır, - dostuna belə deyirdi.
-Əziz dostum, köşə yazısı yazı sənətidi: ya ustalaşmalısan, ya da atmalısan...
-Qəzetdəki köşə yazısı qətiyyən dil tapmaq yeri deyil!...
-Özünün xüsusiyyətləri var...
-Hər yazıçının öz üslubu var, bu da mənim üslubumdu, bu da mənim çörəkpulumdu.
-Hekayəni yaxşı yazırsan.
-Hekayə başqa məsələdi, bəzən qısa əhvalatdan ibarət olur...
-Allaha şükür, daha heç dəyişməyəcəksiniz!
-Bu daha yaxşı!
Ancaq bütün bunlar inancında əhəmiyyətli deyil, ən vacibi işinin çıxılmazlığından qurtulmağın bir yolunu tapması, təmiz hava olduğu müddətdə özünü arzularına və yazmaq ehtirasına həsr eləməsidi, çünki bu, onun nəfəs almaq istəyinə cavab verir.
İnsanların öz həyatlarını və güzəranlarını təmin eləmək üçün yazmaq onun ən ideal taleyidir, bəlkə də bunun xətrinə bu qəribə dünyanın, bəzən insana rəhmsiz olan bu fani dünyanın qoynunda yaşayır.
Mənə görə iş çıxılmazlığa, yaxud qaçılmaz pisliyə oxşayır. Yazmağa gəlincə, bu, dinləmək, dərk eləmək və onu insanlara, yerlərə, təfərrüatlara doğru çəkən rəmzi körpüdür.

İnsanın həyatını, güzəranını öz əməyilə təmin eləmək, bu barədə də yazmaq, həyatının əlindən gedən anlarından olub-qalanı kağıza köçürmək üçün seçimi onu gələcəklə bağlı bir neçə hədəfə yönləndirən kompasdır.
Kitabının cildində, cildin arxa tərəfində şəklini görəndə duyduğu sevinci, xoşbəxtliyi heç kəs təsəvvür eləyə bilməz, çünki ilk kitabı, xüsusi olaraq bu münasibətlə aldığı qəlyanını sümürə-sümürə çəkdirdiyi şəkli, fotoqraf onlarla kadr çəkəndən sonra yazıçının və kitabının mahiyyətini çatdıran birini seçmək lazımdı.
Məşhur bir kitab dükanında ilk kitabının çap olunduğunu bildirdiyi məqamda özünü çox xoşbəxt sayacaq. Fatih də bu böyük uğura heyrətlənəcək!..
Universitetdə işləyən yoldaşı Hüda ona illərlə etinasız münasibət bəsləyəndən sonra heyran qalacaq, çünki onu yalnız nazirlikdə çalışan adi bir işçi sayırdı. Dəfələrlə Hüdaya cürbəcür bəhanələrlə yaxınlaşmağa çalışsa da, əziyyəti havayı getdi!..
Bundan sonra müdiri hadisənin qorxuncluğundan dəhşətə gələcək, hər cür ayrı-seçkiliyə yol verəndən sonra bunu qəbul eləmək məcburiyyətində qalacaq, məncə, işlədiyi universitetin dəhlizlərində dolaşa-dolaşaq bir qərinə keçirməkdən daha qorxunc şey ola bilməzdi.
Ailəsi, qonşuları, dostları, onu tanıyanlar da, illərlə görməzliyə vuranlar da qiymətini və ucalığını dərk eləyəcək, prinsiplərinin düzgünlüyündən, xurafat və fitnələrdən uzaq durmasının həddən artıq yerendə olmasından əminlik duyacaqdılar.

İnsani dəyərləri, həyatı və güzəranı gündəlik çörəkpulunu necə qazanacağına və bunun haqqında yazacağına görə, heç zaman yolundan dönməyəcəyini göstərir.
Düzdür, kitabın şümal cildinin arxa tərəfindəki şəkli bir qədər keyfiyyətsiz olduğuna, istədiyi rəngdə verilmədiyinə görə, ovqatı bir qədər korlanmışdı, amma bunun eybi yox idi. Çünki şəkil zahiri illüstrasiyadı, kitabın ümumi görkəmini xeyli gözəlləşdirir.
Əsərlər yazdıqca, bir-birinin üstünə qaladıqca da, ömür qısa olduğu, boş sərf eləməyə vaxtı qalmadığı üçün nazik cildlər halında toplanan əsərləri külliyyatını yaradacaq, beləcə, bir ömür anlarının yükünü azaldan minlərlə səhifədən xilas olacaq.
Yazıçılıq - geniş məna daşıyan, yaradıcı məzmunlu, şəxsi, tarixi və qaçılmaz taledir.


Tərcümə etdi : Nəriman Əbdülrəhmanlı

Evlənəndə bir qoşunun iştirak etdiyi məclisdənsə... - Biz insanıq yoxsa at? "Primitiv məzmunlar çoxaldıqca..." - Əndərəbadi cümlələr nə məna kəsb edir? "Xalqa bu qəzeti oxumağa mane olmasınlar..." - Həsən bəy Zərdabi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see179

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see178

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see164

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri