Icma.az
close
up
RU
Yazıçılar Birliyində qalmaqal PİK HƏDDƏ: Tərəflər nə deyir?

Yazıçılar Birliyində qalmaqal PİK HƏDDƏ: Tərəflər nə deyir?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Yazıçılar Birliyində (AYB) qalmaqal böyüyür. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AYB üzvü şair Taleh Mansur öz Feysbuk profilində yazıb. 

O qeyd edib: "Əziz dostlar, heç vaxt sizdən kömək və ya dəstək istəməmişəm, nə maddi, nə də mənəvi. Necə deyərlər, gün bu gündür,  bıçaq sümüyə dirənib deyə,  hər birinizdən ürək və vicdanınızın imkanı yetəcək qədər mənəvi dəstək gözləyirəm Birbaşa mətləbə keçəcəm. Deməli, adı və əməlləri ilə hamıya yaxşı tanış olan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov illərdi şəxsimə qarşı qərəzli mövqeyi ilə at oynadır... Səbəbi isə çox sadədir, bəziləri kimi boyun əymirəm, "ipə-sapa yatmıram",  haqqı deyirəm və haqdan yanayam". 

Şairin sözlərinə görə,  bu adama qurum daxilində dur deyə biləcək şəxs də yoxdur:

"Ümidim göydə Allaha, yerdə məmləkətin Prezidentinə,  hüquq-mühafizə orqanlarına, ziyalılara, yazıçı və şairlərə,  jurnalist həmkarlara, dostlara, yoldaşlaradı.  Qanun çərçivəsində  adamın şəxsimə yönəlik qərəzli davranışlarına hüquqi və mənəvi qiymət verilməsini istəyirəm!".

İttihamlara cavab verən Rauf Aslanov məlum postdan xəbərsiz olduğunu söyləyib. O, Bakıvaxtı.az-a bildirib ki, Taleh şair kimi də, insan kimi də çox yaxşıdır:

"O, AYB-də deyil, “Ulduz” jurnalında çalışır. Onu ayda bir dəfə görürəm, ya görmürəm. Ona qarşı nə qərəzim ola bilər? Bilirəm, çətinlikləri var, kirayədə qalır, ev almaq da çətindir. Amma bilməlidir ki, Qazax qeydiyyatında olub, 5 il müddətində AYB-dən ev ala bilməz. Mən bunu da anlyıram. Hirslənib, yazıb. Amma yaxşı oğlandır. Gənc, istedadlı oğlandır. Onun yaxşı gələcəyi var. Mən hara, o hara?  Aramızda nə qərəz ola bilər?! AYB-nin Anar müəllim kimi rəhbəri var”. 

Müsahibimiz T.Mansurun belə status yazmasının onun üçün gözlənilməz olduğunu söyləyib:

“O, bunu eləyibsə də, yenə səhvini başa düşə bilər. Onun barəsində pis söz deyə bilmərəm. Yaxşı oğlandı. Çətinlikləri var, damarına düşüb yazıb, sağ olsun. Araşdırsa, səhvini tapar. Nə sözü varsa, “Ulduz”un rəhbəri Qulu müəllimə müraciət edə bilər. Qulu müəllim də bizim dostumuzdur”. 

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyul 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri