Icma.az
close
up
RU
​Yazıçılıq öyrədilə bilərmi? Tanınmış qələm adamlarından fərqli baxışlar

​Yazıçılıq öyrədilə bilərmi? Tanınmış qələm adamlarından fərqli baxışlar

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaradıcı sahələrin böyük əksəriyyəti illərdir ali məktəblərdə və xüsusi kurslarda tədris olunur. Rəssamlıq, musiqi, aktyorluq, rejissorluq, ssenaristlik və bəstəkarlıq üzrə həm nəzəri, həm də praktiki dərslər keçirilir. Amma yazıçılıq sahəsində sistemli və geniş yayılmış təhsil modeli demək olar ki, formalaşmayıb. 

Bu vəziyyət isə müzakirələr yaradır: yazıçılıq doğrudan da öyrədilə bilməyən sənətdir, yoxsa bu sahəyə sadəcə kifayət qədər diqqət ayrılmır? Yazıçılıq kursları həqiqətən yeni müəlliflər formalaşdıra bilərmi?

“Azpolitika” mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Yazıçı Seyran Səxavət: “Heç vaxt, heç vaxt, heç vaxt formalaşdıra bilməz”.

Yazıçı Fəxri Uğurlu: “Yazıçılıq istedadı olanların, əlbəttə, yaxşı təhsilə də, ustad sözü eşitməyə də, təcrübəli şəxslərin laboratoriya məşqlərində iştiraka da ehtiyacı var. Könül istərdi ki, bu istiqamətdə bir məktəb, institut fəaliyyət göstərsin, təcrübəli qələm adamlarıyla gənc istedadlar arasında birbaşa ünsiyyət yaransın. Amma hər dəfə bunu arzulayanda bir suala dirənib durursan: bunları kim eləsin, necə eləsin?”

Şair Xanəmir Telmanoğlu: “Azərbaycan yazıçısından danışa bilərəm. Bu gün ən çox oxunan və təqdir olunan bir çox yazıçılarımızın xarici filmlərdən götürdükləri ideya, süjet, mövzu və ya məzmun əsasında yazdıqları kitabları bir yana qoysaq (hansı ki, ədəbi prosesdə ərsəyə gələn ədəbi-bədii, ictimai və elmi fikirlərin formalaşması da bu zəmin və mühitdən təkan alır və fikir formalaşdırmaqda öz məharətini göstərir), məncə, yazarlarımız bir az da başqa cəmiyyətlərə, coğrafiyalara və yaşamlara səfər etməlidirlər.

Üzərindəki uydurulmuş yazıçı obrazını atıb qurtulmalı, yazıçı kimliyinin diktatorluğundan və istibdadından xilas olub insanlıq kimliyinə, əzəldəki səmimiyyətinə qayıtmalı, özünün insanlıq haqqını tanımalıdır. Eyforiyalara qapılmaq gərəkməz. İndi əvvəlki dövr deyil. Dünya və kosmik hərəkətlənmələr böyük dəyişikliklərini mənəviyyat üzərindən davam etdirir.

Bir az da Azərbaycan yazıçısı hicrətlilik, tibetlilik, məbədlilik və inzivalılıq prinsiplərinin təkamülü ilə hərəkət etməli, yaşamalıdır. Sonra isə yazarlıq səriştəsi coşanda, dəmə gələndə, ona olan olacaq, yazdığını yazacaq. Amma bir şərtlə: çağdaş yazar mühit və ortamların tilsimlərinə olan təslimçilikdən də azad olmalıdır. Əlbəttə, bir qarışqanın rəngi və yürüşünün, bir damla suyun çıxardığı səsin yazara öyrədəcəyini yüzillik akademiyalar öyrədə bilməz. Bunlar aydın “konseptlərdir”. Sadəcə bu gün elə bir tarixi dövrdə yaşayırıq ki, yazar ədəbiyyatın, poetikanın, bədii düşüncənin sərhədlərini aşmalı, digər sənət və elm sahələrindən aldığı gərginliyi və təlatümü öz düşüncə-sənət coğrafiyasına daşımalı və ya uyğunlaşdırmalıdır. Bu artıq yazarın öz işidir.

Sadəcə anladığım qədəri ilə bizim qəbul etdiyimiz ölçülərdə artıq yazarlıq anlayışı, yazıçılıq qlamuru və stereotipləri dağılmaqdadır. Əvvəllər yazar insanlara oxumağı öyrədirdisə, bu gün yazar oxucuya həm də yazmağı öyrədir. Bu gün oxucu yazarla eyni məsafədə yürüyə bilir, eyni dünya problemlərinə dair fikrini ifadə edə bilir. Bəzən oxucu yazardan daha çox irəligörüşlülük nümayiş etdirir.

Demək, yazarlıq var, amma missiya dəyişib. Yazı və yazmaq sözlərinin kökündə “yaz” – yəni yazılan, yozulan illuminativ bir proses dayanır. Yazarın müəlliflik etdiyi fikir, ideya və mətn min illərdir xəyal gücü və yuxu iyerarxiyası üzərindən dünyaya və mədəniyyətə meydan oxuyur.

Bu gün isə o yozulan, şərh edilən xəyal və yuxu məhsulu olan mətn, fikir və ideya mənəvi və batini təcrübə ilə dünya ilə üz-üzə gəlir. İnsan nə qədər mənəvi-əxlaqi və metafizik səriştəsini işə sala bilsə, bir o qədər yozumdan uzaqlaşıb yazıya yaxınlaşacaq. Yəni yazı yozumdan, yazıçı isə yozumçuluqdan tədricən uzaqlaşır.

Adəmin varlıq təminatçıları olan insanlıq məhz bu gün yazıya başlayıb, zənnindəyəm. Adımızda yazıçılıq statusu olsa da, bu söz yalnız ilkin mənası ilə yozulan bir hadisədir. Bəşəriyyət indi-indi şifahilikdən yazıya keçid edir. Şifahilik erası bitir, yazıçılıq-yazarlıq, yazı erası başlayır. Şifahi ənənə yazıya təslim olur və öz estafetini şifahi dövrdən yazı dövrünə, çətin də olsa, dözülməz də olsa, vermək zorundadır və bu gedişatı olduqca usta və sinsi şəkildə reallaşdırır.

Dini kitabdakı “oxu!” əmrinə (yəni danış, özünlə, zamanla, kosmosla dialoqa gir) qarşılıq olaraq “yaz!” əmri də sabitdir. Bu gün mədəniyyət oxumaqdan çox yazmaq vasitəsilə özünü ifadə edir. Oxumaq konseptində dialoq, ünsiyyət və birgəlik şəbəkəsi vardısa, yazı–yazı–yazmaq psevdokonsepsiyasında inventar, individual təklik, kimsəsizlik və antitoplumçuluq cığallığı baş alıb gedəcək. Bu da bir səriştə və mədəniyyət ölçüsü kimi formalaşıb, kosmik-metafizik zərurətin bir təyinatı kimi yenidən (yazarlıq) üzə çıxacaq. Bəli, yazmaq yeni bir dövrün əsas hərəkətidir.

Yazmaq öz antioxu vərdişini varlığın dövriyyəsinə buraxır və yeni deyilən mədəniyyətin qoxusunu yaxından hiss edir. Yazmaq keçmişi yozumdan çıxarıb yazıya çevirən yeni mədəniyyət formasının hələlik yasını tutur. Bir azdan yeni şaxseylər-vaxseylər baş alıb gedəcək. Qara çadırlardan yüksələn ah-nalələr, mollalarımızın yeni avazı, məzarlıqlarda yeni dəfnlər və üçlər, yeddilər, qırxlar, üç yüz altmış beşlər növbəti ədəbi şəriətin pan-yazıçılıq alqısını İsanın dönəmindən alıb Məhəmmədin epoxasına necə təslim etdiyini görəcəyik”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyun 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri