Yazılan mesajlar yoxa çıxacaq “WhatsApp”dan YENİ FUNKSİYA
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“WhatsApp” mətn mesajları üçün birdəfəlik baxış funksiyasının tətbiqi üzərində işləyir.
Lent.az xəbər verir ki, birdəfəlik baxış funksiyası göndərilən mesajın yalnız bir dəfə açılmasına imkan verəcək. Mesaj oxunduqdan sonra isə avtomatik olaraq yox olacaq.
Məlumata görə, bu yenilik istifadəçilərə göndərdikləri məlumatların qarşı tərəfin cihazında nə qədər müddət saxlanılmasına daha çox nəzarət imkanı verəcək. Bundan əlavə, birdəfəlik baxış funksiyası media fayllarını qoruyaraq onların yaddaşa köçürülməsinin, yönləndirilməsinin və ya saxlanılmasının qarşısını almağa kömək edəcək.
Funksiyanın çat pəncərəsindəki xüsusi düymə vasitəsilə aktivləşdiriləcəyi bildirilir. Hazırda yeniliyin tətbiq üzərində sınaqdan keçirildiyi qeyd olunur.
Hazırda “WhatsApp”da birdəfəlik baxış funksiyası yalnız fotoşəkillər, videolar və səsli mesajlar üçün mövcuddur.
Məlumata görə, eyni funksiyanın mətn mesajlarına da tətbiq edilməsi üzərində iş aparılır. Yenilik hələlik hazırlanma mərhələsindədir və gələcəkdə Android əməliyyat sistemi üçün nəzərdə tutulan yeniləmələrdən birində istifadəyə verilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 İyun 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















