Yazışma zamanı xəyanətkar partnyoru necə müəyyən edə bilərik? Detektivdən AÇIQLAMA
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Xəyanətkarlar yazışmalar zamanı nikahdankənar münasibətləri gizli saxlamaq üçün xüsusi məxfi kodlardan istifadə edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə britaniyalı şəxsi detektiv Pol Cons "Metropoles" nəşri ilə söhbətində danışıb.
O, mesajlarda emoji vasitəsilə vəfasız tərəfdaşı tanımağın yolunu açıqlayıb.
Cons bildirib ki, xəyanət edən partnyorlar yazışmalarda gizli münasibətlərinə işarə edən bütün ifadələri ört-basdır etmək üçün gözə çarpmayan emojilərdən istifadə edə bilərlər. Detektivin sözlərinə görə, onun bir neçə müştərisinin partnyorları sevgililərini səhər yeməyinə dəvət etmək üçün yazışmalarda kruvasan emojisindən istifadə ediblər. Hərf şəklində olan emoji isə əks tərəfin ona yazmağını xahiş etməsini ifadə edib.
Consun sözlərinə görə, son bir ildə nikahdankənar münasibətləri gizlətmək üçün bu metodun populyarlığı xeyli artıb. Eyni zamanda o vurğulayıb ki, əgər partnyorunuz nadir hallarda belə emojilərdən istifadə edirsə, narahat olmağa dəyməz, lakin bu üsuldan sistemli şəkildə istifadə edilməsi əks tərəfdə şübhə doğurmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Avqust 2025 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















