Icma.az
close
up
RU
Yeddi il sonra gələn qisas: Tanışların köhnə ədavəti yenidən alovlandı

Yeddi il sonra gələn qisas: Tanışların köhnə ədavəti yenidən alovlandı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 10-da rayonun qəsəbələrindən birində baş verib. 
Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Alim Vəliyev həmin gün saat 17 radələrində yaşadıqları qəsəbənin ərazisində yerləşən qəbirstanlığın yaxınlığında həmyerlisi Vüqar Cəfərov (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. 
Onların arasında mübahisəyə səbəb V. Cəfərovun təqsirləndirilən şəxsin barəsində yeddi il əvvəl nalayiq sözlər işlətməsi səbəbindən yaranıb. Şəxsi münasibətlər zəminində onlar yenə də bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. 
Buna görə aralarında yaranmış sözlə mübahisə zamanı A. Vəliyev zərərçəkmişdən qisas almaq niyyəti ilə bir neçə dəfə yumruq zərbələri ilə onun sifət nahiyəsindən qəsdən vurub. Ona hər iki gözaltı nahiyəsinə xəsarətlər yetirib. 
Hadisəni törədən A. Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 10-da, saat 13 radələrində V. Cəfərova zəng edib, onunla görüşmək və yaşadıqları qəsəbənin ərazisində yerləşən kafelərin birində çay içmək istədiyini bildirib: “Vüqar təklifimi qəbul edərək diş həkimində olmasını, yaşadığımız qəsəbəyə gələn kimi zəng edəcəyini dedi. Günortadan sonra yaşadığımız qəsəbənin ərazisindəki parkın qarşısında görüşdük. Orada Vüqara qəsəbə ərazisində yerləşən qəbiristanlığın yanına getməyimizi, orada söhbət etmək istədiyimi bildirdim. Vüqar razılaşaraq hər ikimiz qəsəbə ərazisində yerləşən qəbiristanlığın yanına getdik. Tanışlarımız – Əli və Vaqif də olduğumuz yerə gəldilər”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün, saat 17 radələrində qəbiristanlığın yaxınlığında zərərçəkmiş şəxsdən onun barəsində yeddi il əvvəl nalayiq ifadələr işlətməsinin səbəbini soruşub: “Orada hər ikimiz bir-birimizə söydük. Bu vaxt qisas almaq məqsədi ilə yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir neçə dəfə vurdum. Məndən başqa Vaqif də yumruqla Vüqarın sol alın nahiyəsindən, Əli isə təpik zərbəsi ilə sol qabırğalarından vurdular. Bu vaxt qəsəbə sakinləri olan şəxslər də gələrək bizi aralamaq istədilər. Zərərçəkmiş şəxs ilə aramızda baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etdi. Sonradan əməlimdən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etdim. Ona dəymiş ziyanı tamamilə ödədim, onunla barışdım”. 
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən də aralarında barışıq olması ilə bağlı məhkəməyə müraciət edib. 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri