Icma.az
close
up
RU
Yeddi körpənin ölüm ilə bağlı işdə FHN əməkdaşı məcbur məhkəməyə gətiriləcək MƏHKƏMƏ QƏRARI

Yeddi körpənin ölüm ilə bağlı işdə FHN əməkdaşı məcbur məhkəməyə gətiriləcək MƏHKƏMƏ QƏRARI

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Respublika Perinatal Mərkəzdə baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahid qismində Tural Süleymanov ifadə verib. 
O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin eksperti vəzifəsində işləyir: "Hadisənin şahidi olmayıb, amma yanğından sonra hadisə yerinə baxış keçirmişəm. Yanğın söndürüləndən bir saat sonra hadisə yerinə dəvət olunmuşuq. Hadisə yerinə baxış keçirdik, akt tərtib etdik. Kömürləşmənin daha çox olduğu yerdə yanğının çıxdığı yer olduğu müəyyən etmişik. Sonra videoya baxandan sonra yanğının baş verdiyi yeri düzgün müəyyən etdiyimizi müəyyən etdik. Tədqiqitlara görə yanğının izadıcıdan baş verdiyini müəyyən etdik. Yanğın baş verən otaqda hər şey yanmışdı. Amma digər otaqlardan götürülən əşyalardan uzadıcı olmasını müəyyən etmişik. Uzadıcının üzərində olan pilka şirkətin istehsal etdiyi yazılıb. Həmin qeyd olunan pilkada uzadıcının zavod istehsalı olduğunu müəyyən etmək olur. Biz ümilikdə yanğın olan mərtəbədən 4-5 uzadıcı götürmüşük. Mənim işim yanğının baş verməsinin baş verməsini müəyyən etmək olub. Texniki avadanlıqların təhlükəsizliyinə cavabdeh deyilik. Daxili yanğın su kranları işlək olmadığını müəyyən etdik. Bu da yanğının qısa müddətdə qarşısının almaq mümkün olmayıb. Bununla bağlı yanğından mühafizə xidməti tərəfindən alt tərtib olunub" 
Tural Süleymanovun sözlərinə görə, yanğının baş verməsini müəyyən etmək üçün elektirik cihazlarını, küveyzi götürüblər: "Elektrik naqillərinin hamısı yanaraq kömürləşmişdi. Biz götürdüyümüz nümunələri labaratoriya təqdim etmişik. Biz yanğın çıxan otaqdan götürdüyümüz kömürləşmiş uzadıcıların qonşu otaqlardan götürdüyümüz uzadıcılarla eyni olmasını müəyyən etmişik. Elektirik üzrə mütəxəssis dəvət olundu. O, tədqiq apardı".
Şahid deyib ki, ilkin baxış zamanı rəy verib və ilkin ehtimala görə yanğının elektrik naqillərindən baş verdiyini müəyyən ediblər: "Məndən əvvəl yanğının səbəbləri barədə fikir bildirən olmasını bildirməsi yadımda deyil. Əgər bu fikiri bildirən olsaydı belə, bu, bizim işimizin tədqiqinə təsir edə bilməzdi". 
Daha sonra şahid qismində ifadə verən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Mənsur Atakişiyev bildirib ki, təqsirləndirilən şəxsləri tanımır və hadisədək mərkəzdə olmayıb: "Xətai rayonu mənə təhkim edilib. Hadisə baş verən gecə iş yoldaşım mənə zəng edib məlumat verib. Öz avtomobilimlə ora getdim. Mən gedəndə artıq yanğınsöndürənlər orada idi və yanğını söndürürdülər. Dördüncü mərtəbədə qatı tüstü var idi”.
Şahid deyib ki, 2023-cü ilin noyabr ayında o təyinat alıb və 2023-cü ilin yanvat ayında işə başlayıb. Onun sözlərinə görə, təyinatdan qısa müddət sonra hadisə baş verib. Bunun üçün də mərkəzdə olmayıb. Yoxlama və təlim keçirməyib.
Hakim elan edib ki, hazırda dindirilməyən iş üzrə beş şahid, iki hüquqi varis qalıb. Məhkəmə bir şahidin barəsində məcburi gətirilmə qərarı çıxarıb. Digər şahid və hüquqi varislərin məhkəməyə dəvət olunması üçün məktəb göndəriləcəyi açıqlanıb. Barəsində məcburi gətirilmə qərarı çıxarılan şahid Aqşin Səmədovdur və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətininn əməkdaşıdır. 
Daha sonrabMehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov bildirib ki, hadisədən sonra uşaqların bəziləri Yeni Klinika və "Semaşko" xəstəxanasına köçürülüb. Perinatal Mərkəzdən 3-nəfər "Semaşko"ya gedən zaman onları buraxmayıblar. Vəkil bu məsələni müəyyən etmək üçün sözügedən şəxslərin dindirilməsini istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Növbəti proses dekabrın 15-də davam edəcək.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri