Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Yeddinci mərtəbədəki işıq və ya “Şərq”ə gecikən təbrik

Yeddinci mərtəbədəki işıq və ya “Şərq”ə gecikən təbrik

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən əziz və doğma “Şərq” qəzetinin 29 yaşı tamam olub. Jurnalistika fəaliyyətinə başladığım, 8 il müxbiri, 8 il isə redaktoru olduğum qəzetin yubiley yaşına qədəm qoymasına təbrik yazısı yazmağa başladım, bir baxdım ki, yazı iki min işarəni keçib, amma mən hələ təbrikə keçə bilməmişəm. “Şərq”ə təbrik yazmaq əvəzinə ölkəmizdəki qəzetlərin problemlərindən, qəzetçilik ənənəsinin öləziməsinin fəsadlarından, qəzet jurnalistikasının dövlət və cəmiyyət üçün faydalarından yazıram. Əlimi saxladım, axı mən 16 il işlədiyim doğma qəzetimə təbrik yazıram, qəzet jurnalistikasının faciəvi vəziyyətindən yox. Bu, geniş və ayrıca mövzudur, bəlkə də gələn dəfələrdə yazaram. Yazmasam da, onsuz da vəziyyət bəllidir, bu haqda çox danışılıb, yazılıb. Həmin o iki min yetmiş yeddi işarəlik yazını “delate” etməyə də əlim gəlmədi. Təbrik yazımın sonunda “PS” kimi yerləşdirəcəm, istəsəniz oxuyarsınız.  Oxumasanız da olar. Əsas doğma qəzetimi təbrik etməkdir...

Hə, “Şərq”i deyirəm axı, gənclik yaşını tamamlayan, müdrikliyə doğru addımlaran 29 yaşlı qəzeti. Belə də ki, “Şərq” onsuz əvvəllər də müdrik olub. Tərif deyil, həqiqətdir. 16 səhifəsinin hər biri rəngarəng məlumatlarla, analitik mətnlərlə ictimai-siyasi yazılarla, mədəni-maarifləndirən məqalələrlə, vətəndaşların şikayətləri, dərd-səri ilə oxucuların görüşünə gələn qəzet müdrik deyil də, nədir?!

1996-cı ilin 1 noyabrında indiki Əməkdar jurnalistlər Akif Aşırlı və Yusif Nəzərli “Şərq”i davamlı “çıxarmağa” başladılar – dar bir otaqda, 1-2 əməkdaşla. Ona görə davamlı deyirəm ki, 1994-cü ildə 4 nömrəsi işıq üzü görüb, sonra iki illik fasilə yaranıb. Akif bəy əvvəllər “Şərq”dən danışarkən həmin 4 nömrəni yada salırdı, son vaxtlar niyəsə demir, bəlkə də deyir, mən eşitmirəm. Çoxdandır “Şərq”də deyiləm axı... Əlqərəz. Bəlkə Akif bəy və Yusif bəy 1996-cı ilin bu günlərində onları qarşıda hansı məhrumiyyətlərin, hansı çətinliklərin gözlədiyini bilmirdilər, bəlkə də bilirdilər, bilərəkdən bu yola çıxdılar. 29 il belə bir məmləkətdə qəzet “çıxarmaq” asan deyil, hətta qəhrəmanlıqdır. Amma “Şərq”i bu iki fədakar jurnalist və məni kimi yetişdirdikləri jurnalistlər köşklərdən əskik olmağa qoymadılar. Müqəddəs missiya isə davam edir.

Artıq qocamanlığa doğru gedən bu iki bəy jurnalistikaya hər zaman peşəkarcasına yanaşıblar, nəticə isə göz qabağındadır – 29 ildir “Şərq” “çıxır”. Bununla yanaşı, bu fədakar bəylər 200-dən çox jurnalistin yetişməsində, püxtələşməsində, elə həyatlarında da bu və ya digər şəkildə rol oynayıblar. Ona görə də, “Şərq” həm də bir məktəbdir – jurnalistika məktəbi. “Şərq”də yetişən 200-dən çox jurnalistin hər biri bu gün ayrı-ayrı media qurumlarında, dövlət orqanlarında müxtəlif vəzifələrdədirlər.

“Ən çox oxunan qəzet” – məlum, indi qəzet az oxunur, amma azsaylı qəzet oxucularının ən çox oxuduğu elə “Şərq”dir. Bunun və 30 yaşı haqlamağın səbəbi “Şərq”in özəlliyidir.

“Şərq”in özəlliyi ondadır ki, bu jurnalistika ocağında hər zaman sözə həqiqi qiymət verilib, sözə xəyanət edilməyib. “Şərq”in redaksiyasında hər zaman demokratik mühit olub, əməkdaşlar fikrini açıq şəkildə deyiblər – qəbul edilib, edilməyib, o başqa. Plüralizm bacarılan qədər qorunub. “Şərq” kompromat savaşlarının meydanı olmayıb. “Şərq” milli maraqlara zidd mətnlərə səhifələrində yer verməyib. “Şərq” “Əkinçi” ənənələrini qoruyan və qəzetçiliyin həm də maarifçilik missiyası olduğunu unutmayan nəşr olub. “Şərq” oxucuları üçün təzə xəbərin ünvanı olub. Azərbaycan Nəşriyyatının yeddinci mərtəbəsində üç pəncərənin işığı gecə yarıyadək yanır. Həmin vaxt o işığın altında “Şərq”in səhifələrinə ən son xəbərlər yerləşdirilir. “Şərq”in bu özəllikləri bu gün də davam edir, gələcək sabahlarda da davam edəcəyinə şübhəm yoxdur. Bu özəlliklər davam etdiyi müddətdə “Şərq” də oxucularının görüşünə gələcək...

Az qala unudurdum, “Şərq”in redaksiyası həm də Azərbaycan Mətbuat Muzeyidir. Milli mətbuatımızla bağlı eksponatlar nümayiş olunur. Necə deyərlər, “Şərq” redaksiyası milli mətbuatın tarixini yaşadır. Akif Aşırlı Azərbaycan mətbuatına böyük zəhmət hesabına “Şərq”i bəxş etdiyi kimi, min bir əziyyətlə də mətbuatın muzeyini də ərmağan edib.  

Əziz “Şərq” və “şərqçilər”, günümüz mübarək! Günəş hər gün Şərqdən çıxdığı kimi, “Şərq” də hər gün “çıxsın”.

P.S Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yüzlərlə qəzet qeydiyyatdan keçib, çap olunub. Uzun illər əvvəl araşdırmışdım, qəzet adına uyğun adların bir dənəsi də boş deyildi, bütün adlar necə deyərlər, “zanit” idi. Həmin qəzetlərin 70 faizi çap olunmurdu, eləcə adı qeydiyyatda idi. Təxminən 10 faizi ya həftədə bir dəfə, ya 15 gündə bir dəfə, ya da ayda bir dəfə “çıxırdı”. Hətta üç ayda bir dəfə “çıxan” qəzetlər də vardı. 10 faizi isə beş-altı, bəzən də ildə bir dəfə oxucularının görüşünə gəlirdi. Necə deyərlər, baş redaktoru pul tapanda, qəzetini çıxarırdı. Yerdə qalan 10 faiz isə davamlı nəşr olunur, ciddi oxucu kütləsinə malik idi. Zaman keçdi, obyektiv və subyektiv səbəblərdən qəzetçilik ənənələrini davam etdirən, ciddi jurnalistika ilə məşğul olan həmin 10 faizin 5 faizi də ələndi. İndi demək olar ki, ölkədə 3-5 qəzet nəşr olunur, varlığını sürdürməkdədir.

Həmin o 5 faizin içərisində mənim də 16 il müddətdə necə deyərlər, külüng çaldığım “Şərq” qəzeti var və nə yaxşı ki, var. Dünən yaşı az qala Azərbaycanın müstəqillik yaşı qədər olan “Şərq” 29-nu tamamladı, yubiley yaşına – 30-a qədəm qoydu. 29 il dayanmadan “çıxmaq”, həm də hər gün oxucuların görüşünə gəlmək zarafat gəlməməlidir. Qəzetçiliklə məşğul olmaq, qəzet “çıxarmaq” indiki dövrdə, xüsusilə də son 15 ildə hansı çətinliklər tələb edir, necə zəhmət istəyir, bilirəm.

Kağız baha, nəşriyyat xərci baha, oxucu da yox səviyyəsində... Belə ağır sosial şərtlər altında  redaksiya saxlamaq, üstəlik, əməkdaşların zəhməthaqqını ödəmək əsl qəhrəmanlıq tələb edir. Bilirəm, indi bu yazını oxuyan bəziləri bığaltı gülümsəyir və deyir: “Əşi, qəzet oxuyan var?!”. Bəziləri bir qədər də aqressiv formada deyir: “Xərc çoxdur, qəzeti bağlasınlar, nə vacibdir, internet xəbərlərlə doludur”. Bəli, etiraf etməliyik ki, internet xəbərlərlə, yazılarla doludur. Bəli, etiraf etməliyik ki, saytlar kağız medianı üstələyib. Amma əlimizi vicdanımızın üstünə qoyaraq özümüzə sual verək – internet məlumatlarına nə qədər etibar edə bilərik? İnternetdə sonuncu dəfə hansı araşdırmanı, müsahibəni oxuyub ləzzət almısınız? Bir gündə eyni saytın eyni hadisə haqqında xəbəri 5 dəfə dəyişdiyi az olub? Yaxud eyni saytın bir gündə bir məşhuru “öldürməsi”, “diriltməsi”, yenə “öldürməsi” az olub? 20 ili keçib ki, qəzet jurnalistikasındayam, bir dəfə də görməmişəm ki, qəzetdə gedən hansısa yazı cəmiyyətdə çaşqınlıq yaradıb. Bu gün jurnalistikada hansı peşəkar jurnalist görürsünüzsə, bilin ki, indisi, yaxud da keçmişi qəzetlə bağlıdır, qəzetə bağlıdır. Elektron media jurnalisti ilə qəzet jurnalisti arasında fərq bilirsiniz nədir?! Qəzet jurnalisti həm yazır, həm yazısında oxucuya “görüntü” verir, həm də “səs”... Elektron media jurnalistinin, xüsusilə, televiziya jurnalistinin isə əlinin altında səs də var, görüntü də...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri