Icma.az
close
up
RU
Yel qayadan nə alar ki... Olmayan irsin izinə düşənlər Ermənistanın etdiklərini görməzdən gəlir

Yel qayadan nə alar ki... Olmayan irsin izinə düşənlər Ermənistanın etdiklərini görməzdən gəlir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komitəsi (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək. Bu sessiyada həmçinin “erməni mədəni irsinin məhv edilməsi” məsələsi də müzakirə olunacaq.

"Azərbaycan hökuməti erməni mədəni irsini məhv etdiyi üçün Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altında qalır", - USCIRF-in bəyanatında deyilir. Cümləyə fikir verin: 30 il işğal altında qalmış Azərbaycanın Qarabağında erməni irsi məhv edilirmiş. 30 ildə nə irs yaradılıbsa artıq...

Cürətə bax: işğal etdiyin torpaqda, sənə aid olmayan torpaqda irs yaratmaq... Xankəndində əcaib bir abidə quraşdırılıb, Azərbaycan ona belə toxunmayıb. Hansı irsi dağıtmaqdan söhbət gedir? Əksinə biz işağldan azad olunmuş torpaqlarda Ermənistanın yaratdığı “irs”ə baxıb, bu torpaqların bir zamanlar düşmən işğalı altında olduğunu, bu torpaqları geri qaytarmaq üçün qurban verdiyimiz şəhidləri yad edirik. Niyə dağıdaq, niyə məhv edək ki? Bu “irs” bizə qələbəmizi xatırladır, bu “irs” bizə qurtuluşumuzu xatırladır. Və bu “irs” bizə xatırladır ki, 30 il boyunca bütün dünya Azərbaycan torpaqlarının, vətəndaşlarının məhv olunmasına göz yumub. Sizcə bu sübut görünüşlü “irs”i dağıtmaq, məhv etmək olarmı?

Qarabağda, hətta indiki Ermənistan ərazisində olan bütün tarixi və dini abidələr Azərbaycanındır. Həmin ərazilərdə erməni adlı xalq olmayıb. İrsin məhv edilməsinə gəldikdə, Azərbaycana məxsus tarixi, mədəni abidələr məhv edilib, yağmalanıb. Ermənilər 30 il müddətində oirada özlərinə qondarma tarix yaratmağa çalışıblar. Bu vəziyyətin Amerika tərəfindən müdafiə edilməsi də ikili standartların bariz nümunəsidir. Belə olan halda, ABŞ ədalətdən danışa bilməz. Ən azından buna mənəvi haqqı yoxdur.

Bəyanatda vurğulanır ki, Azərbaycanda dini etiqad azadlığı ilə bağlı şərait həyəcanverici olaraq qalır. Ölkənin dini qanunları dini icmaların qanuni şəkildə dini fəaliyyətlə məşğul olmaq üçün qeydiyyatdan keçməsini də tələb edir. Bəs necə olmalıdır? İcazə verilməlidir ki, hər kəs ölkə daxilində istədiyi kimi din pərdəsi altında cəsusluqla məşğul olsun?

Azərbaycan tolerant ölkədir, bütün dinlərə mənsub olan şəxslər və bütün millətlərin nümayəndələri ayrı-seçkilik görmədən rahat yaşaya bilir. Nə dövlət, nə xalq bu millətlərə və ya dinlərə qarşı heç bir aqressiya nümayiş etdirmir.

Görünən odur ki, ABŞ Azərbaycanı dağınıq və müxtəlif dövlətlərin agenturasının inkişaf etdiyi, din adı altında min cür oyun çıxardığı, xaos dolu bir ölkə kimi görmək istəyir. Bu, artıq mümkün deyil. Dövlət və ya hökümət bir tərəfdən, Azərbaycan xalqı da digər tərəfdən belə bir kimi hərcmərcliyə göz yuma bilməz.

Bəyanatda vurğulanır ki, son illərdə İranla münasibətlərin pisləşməsindən sonra Azərbaycan hökuməti rekord sayda şiə müsəlmanı dini zəmində həbs edib. Din adı altında pərdələnərək, terrorla məşğul olan, din adı altında ölkədə çaxnaşma yaratmağa çalışan hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir.

Qısası, Azərbaycana qarşı növbəti haqsızlıq və ədalətsizlik nümayiş etdirilir. Amma biz buna xalq olaraq alışmışıq. Yel qayadan nə ala bilər ki? Azərbaycan bu kimi təxribatların qarşısında boyun əysə idi, bu gün bu qüdrətə sahib ola bilməzdi...

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri