Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Yelisey Sarayı beynəlxalq qınaq qarşısında

Yelisey Sarayı beynəlxalq qınaq qarşısında

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Avropanın böyük çətinliklərlə üzləşən dövlətlərindən biri də Fransadır. Makronun iki prezidentliyi dönəmində həyata keçirdiyi ardıcıl olmayan səriştəsiz siyasət Fransanı bir növ quyunun dibinə salıb. Ölkə istisnasız olaraq hər sahədə ciddi uğursuzluqlarla üzləşir.  Ancaq Makron iqtidarı xarici və daxili siyasətindəki qeyri-sabitliyə görə öz məsuliyyətini unudaraq ölkə hüdudlarından kənarda günahkar axtarır. Son vaxtlarda Yelisey Sarayının təmsilçilərinin Fransanın problemlərinin guya bir sıra xarici dövlətlərdən, o cümlədən də Azərbaycandan ixrac edildiyinə dair səsləndirdikləri iddiaların sayı artıb. Bu xüsusda Fransanın daxili işlər və dənizaşırı ərazilər nazirləri, Milli Assambleyasının üzvü və digərləri danışıblar. Respublikamız Fransada daxili sabitliyi pozmaqda, müxtəlif coğrafiyalarda Yelisey Sarayının siyasətinə qarşı təbliğat aparmaqda günahlandırıb.

Azərbaycan qətiyyətlə rədd edir

Təbii ki, Makron komandasının sırf daxili auditoriyaya hesabladığı bu kimi iddialarının hansa bir obyektiv əsası yoxdur. Azərbaycan heç bir ölkənin, o cümlədən də Fansanın daxili işlərinə qarışmır. O başqa məsələdir ki, ölkəmizin siyasəti müstəqillik, suverenlik, ədalət və beynəlxalq hüquq normalarına əsaslanır. Bu kimi məsələlərdə selektiv yanaşmalara yol vermək olmaz. Azərbaycan milli maraqları, azadlığı uğrunda mübarizə aparan xalqlara həmişə mənəvi-siyasi dəstək verib və bu mövqeyinə gələcəkdə də sadiq qalacaq.

Azərbaycan Yelisey Sarayının rəsmilərinin, Fransa parlamentinin təmsilçilərinin absurd iddialarını qətiyyətlə rədd edir. Parisdən gələn bu kimi iddialara Bakıdan verilən cavab özünü çox gözlətməyib. Bu günlərdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFMTV”yə müsahibəsi zamanı ölkəmiz əleyhinə səsləndirdiyi əsassız iddialara dair yerli medianın sualını cavablandırıb. Jurnalistlərin “Fransanın dənizaşırı ərazilər naziri Manuel Valls “BFMTV”yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırıb. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi nədən ibarətdir?” sualına mətbuat katibi belə cavab verib: “Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün ölkəmizi ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik.

Ölkəsini “nadir güc” kimi qələmə verən nazir Manuel Valls səsləndirdiyi ziddiyyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir. Nazir Manuel Vallsın fikirləri, Fransanın öz “strateji maraqları” müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində, bu ölkənin ikili standartlar yanaşmasından xəbər verir. Fransa tərəfindən bu kimi iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”.

Yelisey Sarayının saxta demokratiyası

Bu gün Fransa Azərbaycan kimi ölkələrə demokratiya dərsi keçməyə çalışır. Sual edirik: Yelisey Sarayının buna mənəvi haqqı çatırmı? Sualın cavabı birmənalıdır: Yox! Fransanın demokratiyası başdan-ayağa saxtadır. Amerika Birləşmiş Ştatlarının Milli Coğrafiya Cəmiyyətinin hesabatına görə, Fransa 200 il ərzində nəinki Afrika qitəsinin təbii sərvətlərini mənimsəyib, eləcə də quldarlıqla məşğul olub. Fransa hərbçiləri Afrikada 1,4 milyon insanı qul kimi satıb. Cəmiyyət arxiv sənədlərinə istinadla bildirib ki, gəmilərlə Amerika və Avropaya daşınan qulların 15 faizi yolda acından ölüb. XIX əsrdə Fransa limanlarına “insan yükü” ilə dolu 1800 gəmi lövbər atıb. Bordo limanına 480 gəmi ilə 150 min, Qvard limanına 240 gəmi ilə 70 min, Nant limanına 256 gəmi ilə 166 min qul gətirilib. Fransa tərəfinin hazırladığı “Qara kodeks”də Afrikadan gətirilən qullar insan deyil, əşya kimi qeyd edilirdi. Kodeksdə “bir nəfər” deyil, “bir ədəd” qul yazılırdı.

Fransanın müstəmləkə ərazilərində törətdiyi ekoloji terror heç bir humanizm normasına sığmır. Afrikanın, dənizaşırı ərazilərin ekologiyası Yelisey Sarayının sümürmə siyasətindən ciddi şəkildə təsirlənib.  1960-1990-ci illərdə Fransa ordusu Əlcəzair və Polineziya ərazisində 210 dəfə nüvə bombası sınağı keçirib. Nəticədə vəhşi heyvanların populyasiyası 70 faiz azalıb ki, bu da təbiətə vurulan ən güclü zərbə olub. Aparılan nüvə sınaqlarının daha ciddi fəsadları isə insanların bir sıra sağalmaz xəstəliklərə düçar olmalarıdır.

Mədəni sərvətlərin oğurlanması Yelisey Sarayının bəşəriyyət qarşısında ən böyük günahlarından biridir. Həmin sərvətlərin bir çoxu bu gün Parisdəki Luvr muzeyində nümayiş olunur. Fransa tarixçiləri Benedikt Savua və Flavin Sarranın 2018-ci ildə hazırladıqları hesabata əsasən, Afrika xalqlarının milli mədəniyyət və incəsənət nümunələrinin 90 faizi Luvr və Branli muzeylərində saxlanılır. Bu tarixi abidələrin geri qaytarılması üçün hazırda Avstraliya, Qazaxıstan, Əlcəzair, Efiopiya, Nepal, Seneqal, Mali, Madaqaskar və digər dövlətlər Fransa qarşısında tələb qoyublar.

Fransanın Cənubi Qafqazda pozuculuq əməlləri

Makron komandasının üzvlərinin Yelisey Sarayının daxili və xarici siyasətdə uğursuzluqlarına görə Azərbaycanı günahlandırması yalnız rəsmi Bakı tərəfindən etirazla qarşılanmır. Eyni zamanda, Fransa hakimiyyətinin subyektivliyi, ədalətsizliyi, Azərbaycana qərəzli münasibəti beynəlxalq səviyyədə ciddi qınaqla üzləşir. Tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qlobal yəhudi mediasının nəhəngi, ABŞ-da yayımlanan “Jewish Press”də dərc etdirdiyi  “Fransa Azərbaycan və Ermənistan arasında” sərlövhəli məqaləsində ifadə olunan fikirlər buna misaldır.

Fransanın Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sabitliyi pozmağa yönələn siyasətinin təhlili aparılan yazıda qeyd olunub ki, kənar müdaxilə bölgədə sabitliyi pozan əsas amil kimi görünür. Buna baxmayaraq Qərb dövlətlərinin, xüsusən də Fransanın siyasəti regionun inkişafına mane olur.

Müəllif Azərbaycanı xarici təsirlərə boyun əyməyi qəbul etməyən və Ermənistanla sülh danışıqlarında üçüncü tərəfin iştirakına razı olmayan ölkə kimi səciyyələndirib. Diqqətə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasında gedən proseslərdə mərkəzi oyunçuya çevrilməyə cəhd göstərən Paris İkinci Qarabağ müharibəsindən sonra İrəvanın himayədarı rolunu öz üzərinə götürüb. Fransa uzun müddətdir ki, ardıcıl olaraq Ermənistanı dəstəkləyir və bu, mediada işıqlandırılan iddia deyil, artıq təsdiqlənmiş faktdır. Belə ki, Fransa həddindən artıq və yanlış tənqidlərə görə Azərbaycanla münasibətlərini itirmək riski ilə üz-üzədir.

Məqalədə Avropa İttifaqının Azərbaycanla əlverişli iqtisadi münasibətlərə baxmayaraq, açıq şəkildə Ermənistanın tərəfini tutmasına diqqət çəkilib. Xüsusilə Aİ-nin müşahidə missiyasının Ermənistanda qalma müddətinin daha iki il uzadılması ciddi narahatlıq doğurur.Vurğulandığı kimi,  Bakı ehtiyat edir ki,  Aİ-nin, o cümlədən də qurumun Ermənistandakı missiyasının iştirakı sülh prosesinə xələl gətirər və İrəvandakı sülhə qarşı çıxan revanşist qrupları dəstəkləyər.

Ermənistanla Azərbaycan arasında hərbi kampaniyanın başa çatdığına və iki ölkənin bir neçə məsələ istisna olmaqla, münaqişə ilə bağlı əksər məsələləri danışıqlar yolu ilə nizamladığına diqqət çəkən müəllif Parisin İrəvana verdiyi dəstəyi gərginliyi artırmaq, münaqişəni qızışdırmaq cəhdi kimi xarakterizə edib. “Aydındır ki, fransızlar öz siyasi və diplomatik məqsədləri üçün Cənubi Qafqazda münaqişənin saxlanmasında maraqlıdırlar”, - deyə tanınmış jurnalist sonda vurğulayıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri