Icma.az
close
up
RU
“Yelo Bank” 2025 ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb

“Yelo Bank” 2025 ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yelo Bank” 2025-ci ilin yekununa dair maliyyə nəticələrini açıqlayıb.

Rəqəmlərə nəzər yetirdikdə ötən il bank üçün böyümə və sabit inkişaf ili kimi yadda qalıb. Xüsusilə kredit və depozit portfelində, aktivlərdə və faiz gəlirlərində əhəmiyyətli artım müşahidə olunub.

Belə ki:

- 2025-ci ilin sonuna “Yelo Bank”ın aktivləri 1 mlrd 515 mln manat təşkil edib. Bu da əvvəlki ilin sonu ilə müqayisədə 18% - 235 mln manatdan çox artım deməkdir.

- Bankın kredit portfeli böyüyüb: 2025-ci il ərzində kredit portfeli 154 mln manat və ya 16% artımla 1 mlrd 89 mln manata yüksəlib.

- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 15%, yəni 86 mln-dan çox artımla 673 mln manatı keçib. Bank real sektorun maliyyələşdirilməsində aktiv mövqeyini qoruyaraq il ərzində mikro bizneslərə 418 mln manat vəsait ayırıb. İlin sonuna mikrokredit portfelinin həcmi 417,5 mln manat təşkil edib, bu da 2024-cü ilin analoji dövründən 20%, 70 mln manat çoxdur.

- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 26 mindən çox müştəriyə istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 68 mln manat, yəni 20%-lik artımla 415 mln manatı ötüb.

- “Yelo Bank”ın əmanətləri cəlbedici olmağa davam edib: 2025-ci ilin sonunda Bankın əmanət portfeli 1.1 mlrd təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 165 mln manat və ya 18% çoxdur. 2025-ci ildə portfeldəki 11 mindən çox fiziki şəxsin əmanətləri 809 mln manat təşkil edib.

- 2025-ci ildə faiz gəlirləri də artıb. İl ərzində 28 mln manatdan çox - 19% artan faiz gəlirləri 180 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 20 mln manatı ötüb.

- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 175 mln manat təşkil edib, bu da əvvəlki ilin eyni dövründən 18%, yəni 26 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.62%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.48% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

- Bankın 2025-ci ildə xalis mənfəəti isə 31.3 mln manat təşkil edib.

Bankın İdarə Heyətinin sədri Anar Həsənov 2025-ci ilin göstəricilərini belə şərh edib: “2025-ci il “Yelo Bank” üçün dayanıqlı böyümə və sabit inkişaf ili oldu. İlin əvvəlindən qarşıya qoyduğumuz hədəfləri tamamladıq və hətta bəzi göstəricilərdə gözləntiləri üstələyə bildik. Kredit portfelində, xüsusilə biznes kreditlərində müşahidə olunan ikirəqəmli artım real sektorun maliyyələşdirilməsinə verdiyimiz töhfəni gücləndirdi. Əmanətlərdəki yüksəliş isə fiziki müştərilərin “Yelo Bank”a güvənərək gələcəklərini bizimlə planlaşdırdıqlarını göstərir. Bu il innovativ bank həllərinin tətbiqi, mövcud xidmətlərimizin daha da rahatlaşdırılması əsas prioritetlərimiz olacaq. İnanırıq ki, 2026-cı il inkişaf imkanları ilə zəngin bir il olacaq və “Yelo Bank” müştərilərinə daha parlaq bankçılıq təcrübəsi təqdim etməklə bazarda mövqeyini daha da möhkəmləndirəcək”. 

Bank xidmətlərinə aid əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya “Facebook”, “Instagram”, “Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin. 

“Yelo Bank”– Parlaq bankçılıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri