Yəməndə husilər hərbi düşərgəyə raket zərbəsi endirib, 53 nəfər ölüb YENİLƏNİB
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Yəmənin cənubundakı Şəbva əyalətində husilərin təhlükəsizlik üzrə təlim mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.
APA xəbər verir ki, bu barədə Şəbva qubernatorluğunun “Facebook” sosial media platformasında yaydığı açıqlamada bildirilib.
***
15:34
Yəmənin Şəbva əyalətində husilərin hərbi düşərgəyə raket hücumu nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.
Bu barədə “Anadolu” agentliyi Şəbva qubernatorunun müavininə istinadən məlumat yayıb.
Məlumata görə, husilər Cərdan rayonundakı Əl-Ələm düşərgəsinə üç ballistik raket atıblar. Düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul olunan şəxslər təlim keçirmiş.
Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi də düşərgənin üç ballistik raketlə vurulduğunu təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Oktyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















