Icma.az
close
up
RU
Yeməyi sürətlə yemək qida borusu xərçənginə səbəb olur

Yeməyi sürətlə yemək qida borusu xərçənginə səbəb olur

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Qida borusu xərçəngi təəssüf ki, ilk mərhələdə heç bir əlamətlə üzə çıxmır.

Ona görə də xəstə yalnız vəziyyəti ağırlaşanda xərçəngə yaxalandığını anlayır.

Ən çox yayılan xərçəng növləri arasında 8-ci sırada olan yemək borusu xərçəngi insanları ölümlə təhdid edir.

Tütün, siqaret və spirtli içkilər, köklük, mineral çatışmazlığı (xüsusilə də sink çatışmazlığı) kimi faktorlar və radiasiyaya məruz qalmaq yemək borusu xərçəngi riskini artırır.

Ancaq alimlər bildirirlər ki, yemək borusu xərçənginin ən böyük səbəbi yanlış qidalanma vərdişləridir.

Publika.az bildirir ki, bu təhlükəli xərçəngə yaxalanma riskini artıran 5 yanlış qidalanma vərdişini təqdim edir:

1. İçkiləri çox isti içmək

Qaynar çay, həddən artıq isti qəhvə və isti halda içilən digər içkilər yemək borusu xərçəngi riskini 2 dəfə artırır. Qaynar halda içilən içkilər yemək borusundaki hüceyrələrin məhv olmasına və xroniki yemək borusu iltihabına gətirib çıxarır ki, bu da həmin bölgədə xərçəngin yaranmasına səbəb ola bilər.

Ona görə də çayı, qəhvəni və digər içkiləri ilıq halda içməyə diqqət edin. Mütəxəssislərin belə məsləhəti var - dodaqlar yanmırsa, içkini içə bilərsiniz.

2. Konserv və hazır qidalardan istifadə etmək

Hisə verilmiş balıqlar, kolbosa, sosis, konservlər – hamısı sağlamlığımızın düşmənləridir. Belə qidalarda yüksək miqdarda “benzapyren” maddəsi var. Bu da xərçəngə səbəb olan ən təhlükəli maddələrdən biridir.

Onu da qeyd edək ki, manqalda bişirilən ətdə ortaya çıxan “nitrozamin” adlı kimyəvi maddə də xərçəng səbəbidir.

Ən yaxşısı əti suda, buğda və ya sobada bişirməkdir.

3. Qidaları uyğun gigiyenik şəraitdə mühafizə etməmək

Nəmli və isti mühitdə saxlanılan taxıl, fındıq, fıstıq, qoz, əncir, ərik kimi məhsullarda yaranan bəzi mikroorqanizmlər toksin ifraz edir.

Bu toksinlər yemək borusu xərçənginə səbəb olur.

Buna görə də qidaları soyuducuda və sərin anbarlarda mühafizə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kiflənmiş qidaların üzərini təmizləyib istifadə etmək olmaz.

4. Meyvə-tərəvəzi az yemək

Rasionda təzə meyvə və tərəvəzlər az olduqda da xərçəng xəstəliyi riski artır. Qida menyusunda meyvə tərəvəzə üstünlük verənlərin xərçəngə yaxalnma riski 2 dəfə azalır.

Xüsusuilə də sitrus meyvələri xərçəng riskini azlatmağa qadirdir.

Sağlam həyat üçün gündə 5 tərəvəz, 4 meyvə növündən faydalanmaq lazımdır.

Xüsusilə də pomidor, kök, ispanaq, sarımsaq, brokkoli, turp, kərəviz, gül kələm, kələm, ənginar, soğan və sitrus meyvələrini süfrənizdən əksik etməyin.

Əgər gün ərzində çox meyvə-tərəvəz yeyə bilməmisinizsə, şirəçəkəndən keçirib suyunu için.

5. Qidaları az çeynəmək

Yeməyi kiçik loxmalarla və yavaş-yavaş yemək mədənin həzm prosesini yaxşılaşdırır.

Yemək yeyərkən hər loxmanı ən az 40 dəfə çeynədiyinizdən əmin olun.

Yaxşı çeynəmədən udduğunuz qidalar yemək borusu xərçəngi riskini artırır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri