Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Yenə “Barsa” “Real”ı, Flik Ançelottini məğlub etdi

Yenə “Barsa” “Real”ı, Flik Ançelottini məğlub etdi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ölkə kubokunun finalı qalmaqalla müşayiət olundu.

“Real”ın klub telekanalı təkcə meydandakı yox, VAR-da çalışan hakimləri də hədəfə aldı, onların Madrid klubu ilə oyunlarda yol verdiyi səhvlərlə bağlı süjetlər hazırladı. Hətta “Real”ın finalı boykot edəcəyi ilə bağlı da şayiələr yayılmışdı. Ancaq iş bu yerə gəlib çatmadı. Və elə yaxşı ki çatmadı! Axı komandalar futbolsevərlərə çox maraqlı “el klasiko” bəxş etdi. Həm “Barselona”nın hesabı açdığı ilk yarıya, həm də ümumilikdə 60-cı dəqiqəyə qədər olan oyuna əsasən kataloniyalıların yenidən rəqibin müdafiəsini yaracağını, asan qələbə qazanacağını düşünmək mümkün idi. Ancaq təcrübəli Ançelotti vaxtında oyunun axarına müdaxilə etməklə nəinki hesabı bərabərləşdirməyə, hətta irəli çıxmağa da nail oldu. Artıq hesabda geri düşən “Barsa” 84-cü dəqiqədə bərabərlik qolunu vurmaq üçün özündə güc tapdı. Uzatma dəqiqələrində oyunun taleyi həll oluna bilərdi.
Maraqlıdı ki, həmin dəqiqələrdə bir mübahisəli penalti epizoduna görə hakim VAR monitoruna dəvət olundu, digərində yox. Hər halda, biz nə oyunda penalti gördük, nə də penalti seriyasını. Əlavə vaxtda “Barsa”nın daha yaxşı təsir bağışladığını etiraf etmək lazımdı. “Blauqrana” rəqibin sonradan meydana çıxan oyunçularının səhvindən lazımınca yararlandı. Sonluq yenə qalmaqal və meydandan kənarda olan futbolçulara göstərilən qırmızı vərəqələr ilə yadda qaldı. Ancaq bunlarsız “el klasiko”nun nə ləzzəti! “Barselona” ölkə kubokunda qələbə sayına görə rekordunu yenilədi, “Real” isə indi yalnız əsas rəqibinin çempionatda büdrəyəcəyinə ümid edir.
final
Barselona – Real 3:2 (1:0, 1:2, 1:0), əlavə vaxtda

Barselona: Şensnı, Kunde, Kubarsi, Martines, Martin (Arauxo, 85), De Yonq (Qavi, 85), Pedri (E.Qarsiya, 98), Yamal, Olmo (Lopes, 64), Rafinya, Torres (Viktor, 115).
Real: Kurtua, Vaskes (Modriç, 55), Asensio, Endrik (Rüdiger, 110), Mendi (F.Qarsiya, 11), Valverde, Çuameni, Sebalyos (Gülər, 55), Bellingem, Rodriqo (Mbappe, 46), Vinisius (Dias, 89).
Qollar: Pedri, 28 (1:0). Mbappe, 70 (1:1). Çuameni, 77 (1:2). Torres, 84 (2:2). Kunde, 116 (3:2).
Vərəqələr: Çuameni, 31. Martin, 37. De Yonq, 68. Modriç, 90+1. Lopes, 90+4. Rafinya, 90+10. Bellingem, 107 – sarı. Rüdiger, 120+3 (meydandan kənarda). Vaskes, 120+4 (meydandan kənarda). Bellingem, 120+4 (meydandan kənarda) – qırmızı.
Hakim: Rikardo De Burqos Benqoeçea (Bilbao).
26 aprel. Sevilya. 57619 tamaşaçı.
Faktlar
* “Barselona” kuboku 32-ci dəfə qazanmaqla öz rekordunu yenilədi. “Atletik” 24, “Real” 20 dəfə bu turnirin qalibi olub.
* “Barsa” cari mövsümdə “Real”la keçirdiyi oyunların hamısında qələbə qazanıb. Kataloniyalılar madridliləri yanvarda Superkubokun finalında darmadağın etmişdi – 5:2. Oktyabrda Madriddə keçirilən çempionat oyununda da “Barsa” qalib gəlmişdi (4:0). Komandalar mayın 11-də 4-cü dəfə üz-üzə gələcək.
* Flik Ançelotti ilə indiyəqədərki duellərin hamısından qalib ayrılıb. Bu, onların 3-cü dueli idi. Əvvəlki iki oyunun ümumi hesabı 9:2 alman mütəxəssisin xeyrinədi.
* “Real” əvvəllər heç vaxt Ançelottinin rəhbərliyi altında bu qədər oyunda uduzmayıb. Madrid nəhəngi cari mövsümdə 13-cü dəfə məğlubiyyətlə barışdı. Bunların 6-sı Çempionlar Liqasında, 5-i La Liqada, 1-i Superkubokda, 1-i də ölkə kubokunda qeydə alınıb. Əvvəllər Ançelottinin çalışdırdığı komanda mövsüm ərzində maksimum 12 dəfə uduzmuşdu.
* Flik indiyə qədər heç bir finalda uduzmayıb. Almaniyalı mütəxəssis yüksək liqa klublarını çalışdırdığı müddətdə 9-cu titulunu qazandı. O, “Bavariya”nın “sükanı arxasında” olarkən iki dəfə bundesliqa çempionluğunu, həmçinin Almaniya kubokunu və Superkubokunu, Çempionlar Liqasını, klub dünya çempionluğunu və Avropa Superkubokunu qazanıb. “Barselona”ya gələndən sonra isə İspaniya kubokuna və Superkubokuna yiyələnib. Yəni Flik bu iki komanda ilə çıxdığı 7 finalın hamısından qalib ayrılıb.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Yaxı oyun alındı. İlk yarı bizim üçün çətin keçdi, ikincidə daha yaxşı oynadıq. Oyuna nəzarət əlimizdə idi. Qələbəyə çox yaxın olduq. Mübarizəni davam etdirmək lazımdı. Bu gün yaxşı çalışdıq, komandamı heç nədə suçlaya bilmərəm. Qələbə qazansaydıq, bu, sensasiya olmayacaqdı. İkinci yarıda rəqiblə müqayisədə biz qələbəyə daha yaxın idik. Mbappe 90 dəqiqə oynaya bilməzdi, odu ki, onu 2-ci hissədə buraxmağa üstünlük verdim. Onda oyunun ümumi sürəti bir qədər aşağı düşmüşdü. Mbappe yaxşı oynadı, hesabı bərabərləşdirdi. Kuboku başımız üzərinə qaldıra bilmədiyimizə görə acı çəkirik. Ancaq məhz oynamalı olduğumuz kimi oynadıq”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Komandaya, oyunçularımın bu gün gözəl çalışmasına görə sevinirəm. Onlar, sadəcə, möhtəşəm idi. Komandamlar qürur duyuram. “Real”la oyunda titul qazanmaq həmişə xüsusi hadisədi. Oyunçulara və bu gün stadiona gələn 26 min “Barsa” fanatına görə sevinirəm. Onlar bu kuboku haqq edi. Bu qələbəni bayram edəcəyik. Növbəti gün isə hədəf yalnız və yalnız bərpa olunmaqdı. Trebl mümkündü, ancaq bunun üçün çalışmaq lazımdı”.


Yeri gəlmişkən...
Karlo Ançelotti ən yüksək ödənişli yığma məşqçisi ola bilər. Onun mövsüm bitəndən dərhal sonra “Real”dan ayrılacağını və iyunda Braziliya yığmasının “sükanı arxasına” keçəcəyini iddia edən mənbələrin sayı çoxdu. Həmkarımız Sezar Luis Merlonun yazdığına inansaq, Braziliya Futbol Konfederasiyası artıq italiyalı mütəxəssisə rəsmi maaş təklifi dö göndərib. Ançelotti təklifi qəbul etsə, yığma məşqçiləri arasında qazancaq görə hamını qabaqlayacaq. Don Karloya DÇ-2030-a qədər olan dövr üçün müqavilə təklif olunub, o hələ son sözünü deməyib.
Maraqlıdı...
Ançelotti “Real” rəhbərliyindən analitiklərin sayını artırmağı xahiş etsə də, “yox” cavabı alıb. “Relevo”nun yazdığına görə, italiyalı mütəxəssis çoxdan rəhbərliyə belə xahişlə üz tutub. Axı başqa klublarda analitiklərin sayı daha çoxdu. Məsələn, kubokun final oyununda “Barsa”nın 7 (4 kompütür və kamera ilə), “Real”ın isə cəmi 2 (hər biri noutbukla) analitiki çalışıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:334
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri