Icma.az
close
up
RU
Yenə əzəlkidir, baxışın, səsin... Anna Axmatovanın şeirləri

Yenə əzəlkidir, baxışın, səsin... Anna Axmatovanın şeirləri

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün görkəmli şair, yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi Anna Axmatovanın doğum günüdür.

Kulis.az onun şeirlərini Nəriman Qasımoğlunun tərcüməsində təqdim edir.

1. “İsinib hər iki üzü balışın...”

İsinib hər iki üzü balışın,
Bu da ikinci şam, əriyib sönür.
Qarğa qarıltısı çöldən qarışır,
Otaqda sükuta dolur, gömülür.
Yata bilməmişəm bütün gecəni,
Gec olar yuxuya dalım bu dəmdə...
Necə də bəyazdır ağ pəncərənin
Üstünə zərifcə çəkilən pərdə.
Salam.

2. “Yenə əzəlkidir, baxışın, səsin”

Yenə əzəlkidir, baxışın, səsin,
Yenə əzəlkidir kətan saçların.
Bir il əvvəlkisən, həminsən, həmin.
Keçir gün şüası şüşədən, qalır.
Əhəngli divarda əlvan izləri...
Tər zanbaq qoxusu dolur otağa,
Bir də ki, sadədən sadə sözlərin.

SON GÖRÜŞ NƏĞMƏSİ

Necə də üşütmə tutmuşdu, fəqət,
Çəkib aparırdı ayağım məni,
Özümdə deyildim, çaşqındım əlbət,
Sağ ələ geymişdim sol əlcəyimi.

Çoxaldı gözümdə pilləkən sayı,
Yaxşıca bilsəm də üçcə pillədir.
Qəfil pıçıldadı bir ağcaqayın:
“Payızdır, bir yerdə ölək, taledir.

Aldandım rüzgara, bax, əzib məni,
Ömrüm puça getmiş bu yelbeyinlə”.
Söylədim: “Əzizim, əzizim mənim,
Mən də sənin kimi. Ölləm səninlə”.

Son görüş nəğməsi, bu da ayrılıq.
Gözüm bir qaranlıq evə zillənir.
Yataq otağına laqeyd sarılıq,
Salmışdı şamların titrək dilləri.

SIXDIM ƏLLƏRİMİ QARA TÜL ALTDA...

Sıxdım əllərimi qara tül altda...
“Rəngin niyə qaçıb, nə olub sənə?”
- Tünd kədər camını xoş bir saatda,
İçirtdim, içdiyi vurdu beyninə.

Çıxdı, səntirlədi, getdi səmirsiz,
Üzündə-gözündə əzab, həyəcan.
Enib pillələrdən sürahilərsiz,
Yüyürdüm təngnəfəs darvazayacan.
“Dediyim nə varsa, bil, zarafatdı,
Getsən ölərəm mən” - qışqırdım bərkdən.
Qorxunc təbəssümlə bircə söz atdı
Mənə sakit-sakit: “Durma küləkdə”.

QARSIRDI İŞIĞI, İSTİLƏNİRDİM...

Qarsırdı işığı, istilənirdim,
Duydum baxışından şüalanıram.
Diksinib fikrimdən tüstülənirdim -
Tək onun vəslində olaram aram.
Əyildi... hə, nəsə indi deyəcək...
Meyittək ağardım, dondu həsrətim.
Ömrümün üstündə məzar daşıtək,
Qoy yatıb uzansın bu məhəbbətim.

Hə, məni sevmirsən? Nolar, baxsana.
Necə də gözəlsən, lənətə gəlmiş.
Tabım yox göylərə qalxım cövlana,
çocuqkən çaldığım qanad əzilmiş.
Gözlərim dumanlı, görmür heç nəyi
Qarışıb hər nə var biri-birinə...
Qırmızı zanbaqdır, yalnızca dəyir,
Gözümə, taxılıb düymə yerinə.

Gəlib yaxınlaşdı nəhayət səssiz,
Sadə ədəb vardı bu əməlində.
Bir az nəvazişlə, bir az həvəssiz
Əyilib önümdə öpdü əlimdən -
Tuşlandı üzümə səmt ikonalar,
Sehirli gözləri müqəddəslərin...

Yuxusuz gecələr, naləli anlar,
Bir də ki, on illik sükut səsləri
Sığışdı sakitcə bir söz içinə.
Nahaqdan söylədim, bu sözü, heyhat.
Getdin, aralandın, qəlbimə yenə
Doldu o əzəlki boş, aydın həyat.

ÇOX BAXDIN, ÜZÜLDÜM, BAX ÜZÜLMƏYİM...

Çox baxdın, üzüldüm, bax üzülməyim,
Mənə öyrədibmiş əzab verməyi.
Fəqət qabırğandan düzəldilməyim,
Qoyarmı heç səni sevmirəm deyim.

Mən sənin şad-xürrəm bacın olmalı,
Belədir vəsiyyət əzəl taledən.
Pozdum vəsiyyəti, sən kam almalı,
Ən şirin, işvəkar, həris köləndən.

Elə ki, ram olub donub qalıram,
Qardan bəyaz sinən üstə leş kimi.
Ağıllı ürəyin necə də bayram,
Eləyir yurdumda şən günəş kimi.

AYRILA BİLMİRİK, BU BİZLİK DEYİL...

Ayrıla bilmirik, bu bizlik deyil,
Gəzirik yollarda çiyin-çiyinə.
Artıq toran düşür, günəş əyilir,
Sən öz aləmində, mənsə lal yenə.

Giririk kilsəyə...nikah, xaç suyu,
Rəhmət oxuyurlar bir də ölüyə.
Çıxırıq... qəlbimi cavabsız qoyur,
Bir sual, bizimki alınmır niyə?

Ya da məzarlığa çökmüş qar üstə
Əyləşib dəririk nəfəsimizi.
Əbədi cütlükdə yaşatmaq istər,
Çubuqla cızdığın otaqlar bizi.

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi "Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri “Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri