Yeni baş məşqçinin qarşısına şərt qoyuldu 13 oyunda 13 qələbə! (AÇIQLAMA) İdmanXəbər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
Azərbaycan II Liqa klubu “Şəfa”nın yeni baş məşqçisi açıqlanıb. Elgiz Kərimli bu posta təyin edilib. Onunla 6 ay +1 illik şərtilə sözləşmə bağlanıb.
Mövsümün ilk yarısını ikinci pillədə tamamlayan komandada hədəf çempionluqdu. Rəhbərlik yeni baş məşqçilə məqsədlərinə çatacaqlarına inanır.
Bu barədə “Şəfa”nın prezidenti Sərdar Salmanzadə İdmanxeber.az saytına açıqlama verib:
“Biz lider “Şahdağ Qusar”dan 5 xal geri qalırıq. Əsas rəqibimizə məğlub olmağımız düşünürəm ki, təcrübəsizliyimizdən irəli gəldi. Lakin ikinci dövrəyə daha iddialı başlamaq istəyirik. Yeni baş məşqçimiz Elgiz Kərimli ilə də bu barədə danışığımız olub. Qarşısına 13 oyunda 13 qələbə məqsədi qoyulub. Klub olaraq da, şirkət olaraq da bu qələbələr üçün bizdən tələb olunan hər şeyi verməyə hazırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Dekabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















