Yeni çəkilən velosiped və avtobus zolaqları Bakıya girişi daha da çətinləşdirdi ŞİKAYƏT
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinə çəkilən velosiped və avtobus zolaqları tıxac problemini daha da dərinləşdirib və sürücülərin narazılığı ilə qarşılanıb.
Bu barədə Oxu.Az-a paytaxt sakinləri müraciət ediblər.
Qeyd olunub ki, yeni çəkilən zolaqlar Moskva və Tbilisi prospektlərində - "20 Yanvar" dairəsindən üzü şəhərə doğru onsuz da uzun zamandır müşahidə olunun sıxlığı daha da artırıb. Faktiki olaraq bu gün səhər saat 8 radələrindən "20 Yanvar"dan "Nizami" metro stansiyası istiqamətində ağır tıxac müşahidə olunub.
Vurğulanır ki, Cəfər Cabbarlı küçəsində çəkilən zolaqlardan sonra "Nizami" metro stansiyası istiqamətinə doğru hərəkət edən zaman darboğaz yaranır, avtomobillər üçün faktiki bir hərəkət zolağı işlək olur. İkinci zolaqda sağa dönənlər sıxlıq yaradır, hərəkət mümkünsüz olur, digər zolaqlar isə avtobus və velosipedlər üçün ayrılıb.
Sözügedən vəziyyət isə sürücülər üçün çətinlik yaradıb, tıxac problemini daha da dramatikləşdirib.
Belə ki, paytaxta şimal istiqamətindən giriş zəncirvari hərəkət xarakteri daşıdığından və yeni zolaqlar səbəbindən şəhərə daxil olmaq "Şamaxinka" adlanan ərazidən, "20 Yanvar" dairəsi ətrafından başlayaraq yubandığı üçün sıxlıq ikiqat artıb. Bu ardıcıllıqla Biləcəri, Masazır, Xırdalan, Sumqayıt istiqamətindən Bakıya gələnlərin də hərəkət sürəti xeyli zəiflədiyindən bu gün Sumqayıt-Bakı yolunda tıxac Masazır körpüsündən başlayıb.
Sürücülər deyirlər ki, son aylarda şəhərə giriş bugünkü qədər çətin olmayıb. Yeni çəkilən zolaqlar Cəfər Cabbarlı küçəsində darboğaz yaratmayana qədər səhər saatlarında "Avropa" hotelinin qarşısından "Nizami" metro stansiyasınadək ciddi sıxlıq olmurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Yanvar 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















