Icma.az
close
up
RU
Yeni dələduzluq növü: İnsanların pulu kütləvi şəkildə mənimsənilir

Yeni dələduzluq növü: İnsanların pulu kütləvi şəkildə mənimsənilir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Yeni bir platforma ilə dələduzlar kütləvi şəkildə vəsaitləri mənimsəyirlər".

Oxu.Az xəbər verir ki, bu sözləri texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qurbanların hər birindən 10 000 dollardan çox pul götürülüb:

"Platforma təmiz hazırlanıb. Məntiqi anlamaq üçün kiçik məbləğlə özümü qurban kimi təqdim etdim və məsələ belədir. Cəmi 20 dollar investisiya ilə pul qazanmaq vədi verilir. Bununla bağlı vətəndaşa "WhatsApp" üzərindən yazırlar.

Bütün hesab yaratma, oyun qaydaları, "Binance"dan pul göndərmək, pul çıxarmaq izah edilir. Vətəndaş 20 dollar yatırım edir və günlük gələn 18 ədəd yemək sifarişini onlayn sadəcə düyməyə basmaqla icra edir. Hər gələn sifariş ilk başlayanda 20 dollara qədər olur. Məntiq odur ki, 1 sifarişin qiyməti balansından az olmalı deyil. Yəni 20 dolların varsa, sifarişi icra edirsən, sonra öz 20 dolların balansına qaytarılır və icra üçün sənə əlavə komissiya 3% verilir. Bir növ 20 dollar depozit kimidir. İlk gün qazandıqdan sonra vəsaiti rahatlıqla nağdlaşdırmaq olur və 20 dollar yatırıb 50 dollara qədər qazanırsan. İkinci gün gələn yemək sifarişləri isə artıq bahalaşır. 18 sifarişdən birinin qiyməti təsadüfən 60 dollar olur və baxırsan ki, balansın 50 dollardır. Sifarişi icra etmək üçün mütləq 10 dollar da depozit qoymalısan. Qoyursan və icra edib həm öz pulunu, həm də 3% komissiyanı götürürsən. Bütün bu ardıcıllıq məbləğin artması ilə davam edir və növbəti günlərdə sifarişlər arasında 500 dollarlıq yeməklər də olur. İcra üçün balansı artırırsan, daha çox komissiya alırsan və pulu çıxarırsan.

Və bir gün gəlir ki, sifariş icra etdiyin anda 9000 dollarlıq yemək düşür və kombo bonus adlanır. Əgər sən depozit qoyub sifarişi icra etsən, 3% komissiya alırsan və 9000 dollar daxil bütün qazancını da nağdlaşdıra bilirsən. Elə hər şey də burada başlayır. Bu günə qədər vətəndaşda inam yaradan platforma, ona ödəniş edən şirkət 9000 dolları götürür və aradan çıxır. Pulu çıxarmaq üçün isə 15 000 dollarlıq yemək sifarişi gəlir. Burada bütün pulunu çıxarmağa cəhd edən vətəndaş çalışır ki, yeni depozit edib, sifarişi icra eləsin, amma sistem onu elə çıxılmaz vəziyyətə salır ki, heç cür pulunu götürə bilmir. Beləcə bu metodla minlərlə dollarını itirən vətəndaşlar var".

O vurğulayıb ki, son aylarda bu cür maxinasiya və məntiqlə çalışan platformalar çoxdur və xidmətlər fərqli olsa da, ssenari eynidir:

"Düşündüm ki, bu ssenarini paylaşsam, faydalı olar və kimsə rastlaşanda avtomatik yadına düşər. "Buna kim inanar?" deməyin. Oyun psixoloji olaraq mükəmməl qurulub və sistem "support"a qədər əla çalışır. Şəxsən dələduz olduqlarını bilə-bilə oynayanda da inanmaq istəyirdim ki, bu, gerçəkdir. Məlumatı bölüşərək daha çox insana çatmasına dəstək olmanızı xahiş edəcəyəm. Qurban sayı çoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri