Icma.az
close
up
RU
YENİ DÖVRDƏ MƏKTƏBLƏŞMƏ HƏRƏKATI “Təhsilin keyfiyyətində coğrafiya faktoru aradan qalxmalıdır” AzPolitika onlayn siyasiictimai qəzet

YENİ DÖVRDƏ MƏKTƏBLƏŞMƏ HƏRƏKATI “Təhsilin keyfiyyətində coğrafiya faktoru aradan qalxmalıdır” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Etibar ƏLİYEV

“Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər”.

Elm və təhsil nazirinin məktəblərin rasionallaşması ilə bağlı söylədiyi fikir ölkədə 1500 məktəbin bağlanılması kimi başa düşülüb. Azərbaycanın əleyhinə olan qüvvələr çar çəkiblər ki, ölkədə 1500 məktəb bağlanır. Bəzi bədxahlar anlamırlar ki, Azərbaycanda məktəb bağlanmır, məktəb açılır...

Azərbaycanda məktəbləşmə hərəkatının banisi Ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev 51 il bundan öncə - 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarı imzaladıqdan sonra respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.

Heydər Əliyevin məktəbləşmə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dünyada elə bir dövlət başçısı göstərə bilərsinizmi ki, hər yeni dərs ilinin başlanması ərəfəsində azı 4-5 müasir tipli məktəblərin açılışını etsin?! Göstərə bilməzsiniz. Bu ənənə də unudulmaz Heydər Əliyevdən qalıb.

Rayon məktəblərində problemlər çoxdur: Müəllim çatışmazlığı var, məktəb binaları köhnəlib. Regional Təhsil İdarələrində orta təhsili bilməyən kadrlar məktəbə laqeyd münasibət göstərirlər. Ancaq bu hallar məktəbin bağlanmasına gətirib çıxara bilməz. İşğaldan azad olunmuş rayonlarımızda məktəblərin açılışı onu göstərir ki, Azərbaycanda məktəbləşmə hərəkatı davam edir. Məktəblərin birləşməsi bütün dövrlərdə məktəb islahatı kimi dəyərləndirilib. Bir çox hallarda birləşmə amili qaçılmaz xarakter daşıyır.

Son illər ərzində təhsilin maddi-texniki bazasının yenilənməsi ilə əlaqədar olaraq 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb.

Dövlətin məktəbə misilsiz qayğısı özünü keyfiyyətli təhsildə təsdiqləməlidir. Yerləşdiyi ərazilərdən asılı olmayaraq məktəblər fənn müəllimləri ilə təmin olunmalıdır. Yegənə məqsəd təhsilin keyfiyyətində coğrafiya faktorunu aradan qaldırmaqdır. Rayonların ucqar kəndlərində oxuyan uşaqları hər il yay məktəblərinə cəlb etmək lazımdır. Yazıçılar, şairlər, alimlər tez-tez rayon məktəblərində görüşlər keçirməlidirlər. Təhsil sahəsində bir sıra lazımsız layihələrə xərclənən vəsaitlər kəndlərdə uşaq bağçaları və məktəblərin inkişafına yönləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri