Icma.az
close
up
RU
Yeni dövrün PRİORİTETLƏRİ

Yeni dövrün PRİORİTETLƏRİ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə azad edilən bölgələrə səfəri simvolik məna daşıyır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Qarabağ müharibəsi girdabına yuvarlanmış gənc respublikanın kövrək müstəqilliyini qorumaq üçün ilk növbədə, Qarabağı işğaldan azad etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaq vəzifəsini qarşıya qoydu.
Bunun üçün çox ağır, mürəkkəb və çətin vəzifələrin öhdəsindən gəlmək lazım idi: dünya birliyinin Azərbaycan torpaqlarının işğalı məsələsinə münasibətini dəyişmək, erməni təcavüzkarlığını ifşa etmək və işğal altına düşən 20 faiz ərazini geri almaq.
Böyük qələbənin iqtisadi təməlləri necə atıldı?
Sovetlər birliyinin süqutu ilə pozulan əlaqələri bərpa etmək, iqtisadiyyatı gücləndirmək və Qarabağı geri qaytarmaq çox güclü səylər, çevik diplomatiya və fasiləsiz təbliğat tələb edirdi.
Ulu Öndər hələ hakimiyyətinin ilk dövründə - XX əsrin 60-80-ci illərində Azərbaycanı geridə qalmış bir respublikadan qabaqcıllar sırasına necə daxil etmişdisə, ötən əsrin 90-cı illərində gənc respublikanı ayaqda saxlamaq və müharibə yaralarını sağaltmaq üçün daha cəsarətli addımlara ehtiyac yaranmışdı.
 

Çünki, Qarabağ tək ərazi deyil, həm də mənəviyyat, geoiqtisadi maraqlar məsələsi idi. Ona görə də Ermənistana havadarlıq edən, onun işğal siyasətini dəstəkləyən dövlətlərlə işləmək, həmin dövlətlərin iqtisadi maraqlarına cavab verən layihələrlə təsəvvürləri dəyişmək artıq zamanın tələbinə çevrildi.


Diplomatik məharət nümayiş etdirən Heydər Əliyevin irəli sürdüyü və 1994-cü il sentyabrın 20-də beynəlxalq konsorsiumun iştirakı ilə imzaladığı “Əsrin müqaviləsi” adlı neft strategiyası Azərbaycanın müstəqillik tarixinin dönüş anı sayılmalıdır. Neftin dünya bazarlarına çıxarılması üçün
-1996-cı ildə Bakı-Novorossiysk,
-1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi,
-Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşası
karbohidrogen ehtiyatlarının ixrac marşrutlarının şaxələndirilməsinin təməli hesab olunur. 1999-cu ildə Heydər Əliyevin fərmanı ilə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftin satışından daxil olan vəsaitlərin səmərəli idarəsi, həmin gəlirlərin prioritet sahələrin inkişafına yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondunun yaradılması yeni neft strategiyasının təntənəsi deməkdir.
Ulu Öndərin ikinci hakimiyyəti dövründə qəbul olunmuş iqtisadi qanunlar isə Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşması və islahatların vətəndaşların mənafeyinə uyğun həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı
-70-dən artıq qanun qəbul edildi,
-100-dən çox fərman və sərəncam imzalandı,
-30-a yaxın dövlət proqramı təsdiq edildi.
 

Ümumiyyətlə isə, 1993-2003-cü illərdə qəbul edilmiş, ictimai-siyasi, iqtisadi-sosial, mədəni və digər sahələr üzrə 1715 qanun və qərardan 975-i parlamentə məhz Ümummilli liderin təşəbbüsü ilə təqdim olundu.


Beləliklə, Heydər Əliyevin dövlət quruculuğu strategiyasının uğurla həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı alındı və 1995-ci ildən inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başladı.
-1996-2003-cü illər ərzində ümumi daxili məhsul 1,9 dəfə,
-dövlət büdcəsinin gəlirləri 3,9 dəfə,
-sənaye məhsulunun həcmi 22,4 faiz,
-kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz artdı,
-inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi,
-iqtisadiyyata yönəlmiş investisiyaların həcmi 16 milyard dolları keçdi.
Əlimiz hər an tətikdə olmalıdır!
Bir sözlə, Ulu Öndər Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə əldə etdiyi iqtisadi uğurları müstəqillik dövrünə səmərəli şəkildə transfer etdirdi və bununla da, erməni faşistlərinin işğalı altında olan Qarabağın azad edilməsinin iqtisadi əsaslarını formalaşdırdı. Mayın 10-da Zəngilan şəhərinə səfər edən Prezident İlham Əliyevin bu sözləri isə ümummilli liderin torpaqlarımızın azad edilməsindəki müstəsna xidmətlərinə tam aydınlıq gətirir.
 

“Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik”.


Azərbaycanda müasir ordu quruculuğu prosesinin başlanması da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin tez-tez cəbhə xəttinə səfərləri, hərbçilərlə məhz səngərdə görüşməsi, döyüş texnikası ilə tanış olması bir tərəfdən, əsgərlərin düşmən qarşısında motivasiyasını qaldırır, onların əhval-ruhiyyəsinə təsir edir və vətənpərvərlik duyğularını gücləndirir, digər tərəfdən, AXC-Müsavat dövründən fərqli olaraq dövlətin ordunun arxasında olduğunu təsdiqləyir.
Məhz Ümummilli liderin hərbi doktrinasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sonda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə nəticələndi.
Bu gün dövlət başçısı yeni, daha müasir tipli ordu qurur, komando briqadaları, xüsusi təyinatlı birləşmələr yaradılır, Azərbaycan ən modern döyüş silahlarını hərbi arsenalına daxil edir. Rəsmi Bakı İtaliya, Çexiya, Ukrayna, Belarus, Latviya, Türkiyə, Pakistan və bir sıra digər dövlətlərlə hərbi əməkdaşlığını gücləndirir, müxtəlif xarakterli hərbi təlimlərdə iştirak edir.
Üstəlik, Azərbaycan beynəlxalq silah sərgilərində uğurla təmsil olunur. Məsələn, Səudiyyə Ərəbistanı Krallığında dünyanın aparıcı müdafiə sənayesi tədbirlərindən sayılan “World Defence Show 2026” beynəlxalq sərgisində ölkəmiz 180, Türkiyədə təşkil olunan “Saha 2026” sərgisində isə 75 adda müdafiə sənayesi məhsullarını təqdim etdi. Bu isə o deməkdir ki, Azərbaycan artıq silah idxal edən respublikadan silah ixracı həyata keçirən dövlətə çevrilir.
Beynəlxalq təşkilatlar yeni avantüraları stimullaşdırır
Ordu quruculuğunu davam etdirməyi zərurətə çevirən səbəblər çoxdur. Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən son sammiti günlərində Avropa Parlamenti, ermənipərəst qüvvələr, eləcə də Ermənistan daxilindəki revanşistlərin bəyanatlarından bir daha aydın oldu ki, Cənubi Qafqazda bu gün qurulan sülh kövrəkdir və hər an proseslər hərbi eskalasiya mərhələsinə adlaya bilər. Çünki, erməniləri stimullaşdıran mərkəzlər Azərbaycanın güclənməsi və regionun lider dövlətinə çevrilməsindən ciddi narahatdır.
 

Ölkəmizin hələ 2001-ci ildə - Ulu Öndərin dövründə üzv olduğu Avropa Şurası Parlament Assambleyası, habelə, Avropa İttifaqının qanunverici orqanı sayılan Avropa Parlamentinin davamlı şəkildə anti-Azərbaycan qətnamələr qəbul etməsi onu düşünməyə əsas verir ki, bədxah dairələr regionda yenidən müharibəni alovlandırmağa çalışır.


Hətta Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində indiki hökumətin məğlub olacağı təqdirdə hakimiyyətə müharibə tərəfdarlarının gələcəyi və bölgədə yenidən gərginliyin artacağı versiyaları irəli sürülür. Bu isə Prezident İlham Əliyevin də Zəngilanda vurğuladığı kimi, ayıq olmağımızı tələb edir.
 

Doğrudur, Azərbaycan qarşı tərəfin istənilən hərbi avantürasına cavab vermək gücündədir, lakin müharibə proqnozları 30 ildən sonra regionda start götürən sülh və iqtisadi əməkdaşlıq prosesini təhdid altına sala bilər.


Bu nöqteyi-nəzərdən, dövlət başçısının Ulu Öndərin doğum günü Zəngilandan verdiyi mesajlar Qarabağda quruculuq prosesinin geridönməz olduğu, Azərbaycan dövlətinin bölgəni yeni dövr hədəflərinə uyğunlaşdırmaqdan ötrü təhlükəsizliyin təmininə xidmət edəcək addımlar atacağı reallığını ortaya qoyur. 

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 May 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri